Monblan
Monblan (fr. Mont Blanc,it. Monte Bianco, "ağ dağ") — hündürlüyü 4810 m-ə çatan kristal massiv. Alp dağ sisteminə daxil olan Qərbi Alp dağlarında yerləşmişdir. Yuxarı Savoyya və Kurmayor rayonlarında Fransanın və İtaliyanın sərhədindədir. Qərbi Avropanın (eləcə də Avropanın) ən yüksək nöqtəsidir. 50 km ətrafında ölçüsü; ən hündürdə donma sahəsi; 200 km², böyük buzlağı Mer-de-Qlasdır. Alpinizm mərkəzi.
Monblanın altında Fransa ilə İtaliyanı birləşdirən 11,6 km uzunluğunda avtomobil tuneli çəkilmişdir; Bu tunel ödənişlidir. 2013-cü ilin martı ayına görə, tunel vasitəsilə gediş haqqı 40 avro 90 sent təşkil edir.