monofiliya

monofiliya
monofaqlar
monofizit
OBASTAN VİKİ
Monofiliya
Monofiliya (q.yun. μόνος – tək; φῦλον – tayfa, cins, növ) — müəyyən qrup orqanizmin ümumi əcdaddan əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi. Həyat ağacı ümumi kökdən başlanğıc alır və 2 gövdəyə (bitkilər və heyvanlar aləmi) ayrılır. Bunların hər birindən iri gövdələr – tiplər əmələ gəlir, o da tədricən siniflər, dəstələr, fəsilələr və nəhayət cinslərə budaqlanır. Cinslər ayrı-ayrı budaqlar dəstəsindən ibarət növlərdən təşkil olunmuşdur. Çarlz Darvin bitki və heyvan yetişdirmək sahəsindən dəlillər gətirməklə monofiliyanı əsaslandırmışdır. O, müasir ev göyərçinlərini tədqiq edərək göstərdi ki, onların əcdadı vəhşi göyərçindir (Columba livia). Darvindən sonra müxtəlif bioloji fənlərin dəlilləri əsasında heyvanlar və bitkilər aləminin təbii qruplarının əksəriyyətinin əmələ gəlməsində monofiliya bir daha sübut edilmişdir. Müxtəlif insan irqlərinin vahid bir mənşədən başlanğıc alması da monofiliyaya misaldır.