MORFİ

сущ. морфий (наркотическое болеутоляющее и снотворное средство). Morfi qəbul etmək употреблять морфий, morfi vurmaq вводить, ввести морфий
MORFEM
MORFİNİST
OBASTAN VİKİ
Pal Morfi
Pol Mörfi (ing. Paul Morphy; 22 iyun 1837[…], Nyu-Orlean, Luiziana – 10 iyul 1884[…], Nyu-Orlean, Luiziana) — Amerika şahmatçısıdır. O, qeyri rəsmi şahmat üzrə dünya çempionudur. Pol şahmat dahisi idi. Parlaq karyerası olduğu halda şahmatı erkən yaşda tərk elədiyi üçün "Şahmatın Kədəri və Qürüru" adlandırırdılar. Bobbi Fişer Mörfini özünün bütün zamanlarda ən yaxşı 10 şahmatçısı siyahısına salmışdır və indiyə kimi yaşamış ən dəqiq oyunçu kimi təsvir etmişdir. Pol Mörfi Nyu-Orleanda zəngin ailədə doğulmuşdur. Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı: atası, böyük qardaşı və əmisi isə Nyu-Orleanın ən güclü şahmatçılarından sayılırdılar. O, əmisi ilə atasının oyunlarını izləyərək şahmatı öyrənmişdir.
Pol Morfi

Morfi (film, 2008)
"Morfi" (rus. Морфий) — Sergey Bodrovun ssenarisi əsasında rejissor Aleksey Balabanovun çəkdiyi dram filmi. Film Mixail Bulqakovun "Gənc həkimin qeydləri" silsiləsinin və "Morfi" hekayəsinin motivləri əsasında çəkilmişdir. 1917-ci ilin payızı. Gənc həkim Mixail Polyakov (Leonid Biçevin) işləmək üçün kənd xəstəxanasına təyinat alır. Tibb institutunu yenicə bitirmiş Polyakov həkimlik təcrübəsinin başlanğıcında bir çox çətinliklərlə qarşılaşır. Onun birinci xəstəsi difteriyanın ağırlaşmasından vəfat edir. Özünün də bu xəstəliyə tutulacağından qorxan həkim tibb bacısından xahiş edir ki, ona zərdab vursun. Axşam vurulan iynənin yerində kəskin gicişmə özünü göstərir. Ağrının qarşısını almaq üçün tibb bacısı Anna (İngeborqa Dapkunayte) ona morfi iynəsi vurur.
Morfin
Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur. Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur.

Значение слова в других словарях