Morfi (film, 2008)

"Morfi" (rus. Морфий) — Sergey Bodrovun ssenarisi əsasında rejissor Aleksey Balabanovun çəkdiyi dram filmi. Film Mixail Bulqakovun "Gənc həkimin qeydləri" silsiləsinin və "Morfi" hekayəsinin motivləri əsasında çəkilmişdir[1][2].

Morfi
rus. Морфий
Janr dram filmi
Rejissor
Ssenari müəllifi
Baş rollarda
Operator
Distribütor Netflix
İlk baxış tarixi 2008
Müddət 107 dəq.
Büdcə 3.600.000 $
Gəlir 766.075 $
Ölkə
Dil rus dili
Rəng rəngli
IMDb ID1186366
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1917-ci ilin payızı. Gənc həkim Mixail Polyakov (Leonid Biçevin) işləmək üçün kənd xəstəxanasına təyinat alır. Tibb institutunu yenicə bitirmiş Polyakov həkimlik təcrübəsinin başlanğıcında bir çox çətinliklərlə qarşılaşır. Onun birinci xəstəsi difteriyanın ağırlaşmasından vəfat edir. Özünün də bu xəstəliyə tutulacağından qorxan həkim tibb bacısından xahiş edir ki, ona zərdab vursun. Axşam vurulan iynənin yerində kəskin gicişmə özünü göstərir. Ağrının qarşısını almaq üçün tibb bacısı Anna (İngeborqa Dapkunayte) ona morfi iynəsi vurur. Narkotik təsirdən yüngüllük hiss edən həkim tibb bacısından inyeksiyanı təkrarlamağı xahiş edir. Sonra isə gizlicə öz-özünə iynə vurmağa başlayır. Eyni zamanda o, bir neçə mürəkkəb əməliyyatı uğurla aparmağa müvəffəq olur. Nəticədə əhalə arasında etibar qazanmağa başlayır. Lakin əsəbi gərginlik onu daha çox əldən salır. Buna görə də daha tez-tez narkotik istifadə etməyə başlayır.

Anna ilə Polyakov arasında eşq yaşanır. Bu zaman Mixailin narkotik asılılığı daha da çox üzə çıxır. Anna Polyakovun morfidən asılılığının səbəbini başa düşməyə çalışır və özü də narkotik qəbul etməyə başlayır. Mixail paralel olaraq, gənc qrafinya Yekaterina Karlovna ilə də yaxın münasibət qurmağa başlayır.

Bir dəfə Mixail təcili çağırışla yaxınlıqdakı mülkə yollanır. Orada tanış olduğu RSDFP üzvü, feldşer Qorenburq ondan xahiş edir ki, xəstəxana əczaxanasından ona morfi gətirsin. Onlar birlikdə Polyakovun xəstəxanasına qayıdanda yolda çovğuna düşürlər. Gecələmək üçün qaldıqları malikanədə zadəgan Vasili Osipoviç Soborevski və onun ailəsi ilə tanış olurlar.

Bir neçə gündən sonra bu malikanədə yanğın baş verir. Xəsarət alanları vaxtında xəstəxanaya çatdırsalar da, Soborevski ilə qızı onlara vurulan, Polyakovun istifadə etdikdən sonra morfi ilə dəyişdiyi xlorid-kalsium inyeksiyasından vəfat edirlər. Polyakov narkotikdən asılılığının fəlakət dərəcəsinə çatdığını dərk edir və Annanın məsləhətilə könüllü müalicə üçün Uqliç şəhərinə psixiatriya xəstəxanasına gedir. Orada olarkən təsadüfən bolşeviklərin azğınlığının şahidi olur: sərxoş matroslar xizəksürənləri saxlayıb onları döyürlər. Polyakov pəncərədən antisemit qışqırıqlara onların diqqətini yayındırır və qarışıqlıq yaranmasından istifadə edərək yolüstü xəstəxana əczaxanasından morfi şüşəsi götürüb xəstəxanadan qaçır. Küçədə artıq narkomana çevrilmiş Anna və bolşevik komissarı olmuş Qorenburqla rastlaşır. Qorenburq Polyakovu tanıyır və bir neçə xəbərdarlıq atəşi açaraq onu saxlamağa çalışır. Lakin Mixail özü ona atəş açıb öldürür və qaçır. Anna öldürülmüş Qorenburqun cibindən morfi şüşələrini çıxarıb aparır.

Absinent sindromundan əzab çəkən Polyakov yaxınlıqdakı kinoteatra gedir. Orada səssiz komediya filmi nümayiş olunur. Qalan sonuncu doza morfini özünə vuran həkim narkotikin təsirindən yüngüllük tapır. Sonra digər tamaşaçılarla birlikdə gülməyə başlayır və tapança ilə özünü güllələyir. Kinoteatrdakı tamaşaçılar açılan atəşə fikir vermirlər və baxdıqları komediyaya gülməyə davam edirlər. Kinoteatr ekranında yazılan "Son" sözü həm də filmin son titrini əks etdirir.

Aleksey Balabanov "Morfi" filminin çəkiliş meydançasında
  • Leonid Biçevin — Mixail Alekseyeviç Polyakov
  • İngeborqa Dapkunayte — Anna Nikolayevna
  • Andrey Panin — Anatoli Lukiç Demyanenko, feldşer
  • Yuri Gersman — Lev Aronoviç Qorenburq, feldşer
  • Sergey Qarmaş — Vasili Osipoviç Soborevski
  • Katarina Radivoyeviç — Yekaterina Karlovna Şeffer
  • Svetlana Pismiçenko — Pelageya İvanovna
  • Aleksandr Mosin — Vlas
  • İrina Rakşina — Aksinya
  • Yuliya Deyneqa — Taneçka
  • Aleksey İstomin — Osip Vasilyeviç
  • Valeri Sinelnikov — Vladimir Favorski
  • Aleksey Poluyan — palata qonşusu, hərbçi
  • Oleq Korıtin — yanğınsöndürən
  • Valeri Zaysev — general
  • Vladimir Sapunkov — qonaq
  • Viktor Vinter — lakey
  • Aqniya Kuznesova — şəfqət bacısı
  • Vasilisa Miridonova — Lidka

Filmin natura çəkilişləri Uqliç[3]Kalyazin şəhərlərində aparılmışdı. Həkim Polyakov rolunu əvvəlcə Sergey Bodrov ifa etməli idi, lakin o, 2002-ci ildə həlak olmuşdu.

İfaçı Mahnı
Aleksandr Vertinski Maqnoliya tanqosu (rus. Танго Магнолия)
Aleksandr Vertinski Qarlı layla (rus. Снежная колыбельная)
Aleksandr Vertinski Kokainetka (rus. Кокаинетка; Yuri Deyneqin işləməsində)
Nina Dulkeviç Payız yuxusu (rus. Осенний сон)
Sergey Kuzmin Öləndə uşaq idim (rus. Погиб я мальчишкой)
Nataliya Tamara Evə gedirdim (rus. Я ехала домой)
Nikolay Severski O qaranlıq gecəni unutmayacağam (rus. Не забуду я ночи той темной)
Varya Panina Qu nəğməsi (rus. Лебединая песнь)
Anastasiya Vyalseva Üçlük (rus. Тройка)
Mixail Vaviç Çarəsiz kədər və qüssə (rus. Грусть и тоска безысходная)
  1. "«Морфий» на сайте кинокомпании «СТВ»". 2009-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-13.
  2. "«Морфий» на сайте кинокомпании «СТВ» (Новая ссылка)". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-08.
  3. "В Угличе пройдут съёмки фильма «Морфий»". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]