MTS

1. Mail Transfer System Poçt ötürmə sistemi 2. Message Transfer System Məlumat ötürmə sistemi
MtE
MTTR
OBASTAN VİKİ
Mtskneti
Əsmələr — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Əsmələr kəndi Maşaver çayının sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 7 km şərqdə, dəniz səviyyəsindən 445 m hündürlükdə yerləşir. 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 66 nəfər, 1926-cı ildə 8 ailədə 43 nəfər, 2002-ci ildə 91 ailədə 286 nəfər, 2006-cı ildə 91 ailədə 268 nəfər.
Mtsxeta
Mtsxeta (gürc. მცხეთა) – Gürcüstanda şəhər. Tbilisinin 20 kilometr uzaqlığında, Araqvi çayının Kürə töküldüyü yerdə yerləşir. Gürcüstanın ən qədim şəhərlərindən biridir. V əsrə qədər İberiya çarlığının siyasi və iqtisadi mərkəzi olmuşdur.
Mtsxeta-Mtianeti
Mtsxeta-Mtianeti diyarı (gürc. მცხეთა-მთიანეთის მხარე), Gürcüstanın doqquz diyarından (gürcücə: მხარე) biri. İnzibati mərkəzi Gürcüstanın qədim paytaxtı olan Mtsxeta şəhəridir. Ölkə Rusiya ilə həmsərhəddir və bir neçə gürcü tarixi bölgələrini əhatə edir: Ertso-Tianeti, Mtiuleti, Xevi, Xevsureti, Pşaviya və Daxili Kartli. Mtsxeta-Mtianetinin bir hissəsi hal-hazırda separatçı Cənubi Osetiya qüvvələrinin işğalı altındadır. Mtsxeta-Mtianeti rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Duşeti bələdiyyəsi Kazbegi bələdiyyəsi Mtsxeta bələdiyyəsi Tianeti bələdiyyəsi Axalqori bələdiyyəsi — hal-hazırda tanınmamış Cənubi Osetiya respublikasının işğalı altındadır. Qafqaz dağları ölkəni iki yerə bölür. Daha kiçik olan şimal hissəsində Kazbegi və qismən Duşeti bələdiyyəsi yerləşir, qalan bələdiyyələr isə cənubdadır. 1801-ci ildə Rusiya imperiyasının tərkibinə girməkdən əvvəl Mtsxeta-Mtianetinin ərazisi Kartli-Kaxeti çarlığının bir hissəsi olmuşdur. Çar dövründə 1840–1846 ildə Gürcüstan-İmeretiya quberniyası, sonradan isə Qutayıs və Tiflis quberniyaları arasında bölünmüşdür.
Mtsxeta-Mtianeti mxaresi

Mtsxetiscvari
Mtsxetiscvari (gürc. მცხეთისჯვარი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 251 nəfər idi. 2014-cü ildə 199 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Yekaterina Mtsituridze
Yekaterina Akakiyevna Msituridze (gürc. ეკატერინე მწითურიძე; d. 10 yanvar 1972, Tbilisi, Gürcüstan SSR) — Rusiya televiziya aparıcısı, kinoşünas və kinotənqidçi, "Variety Russia" jurnalının keçmiş baş redaktoru, "Roskino"nun rəhbəri (2011-ci ildən), Birinci kanalın kino üzrə mütəxəssisi, Sankt-Peterburq beynəlxalq mediaforumunun ideya müəllifi və baş prodüseri. Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının üzvü, Rusiya Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər İttifaqının üzvü, FİPRESSİ beynəlxalq kino mətbuatı Assosiasiyasının üzvü, Rusiya Kinematoqrafiya elmi və incəsənəti Milli Akademiyasının akademiki, tarix elmləri magistri. 10 yanvar 1972-ci ildə Tbilisidə anadan olmuşdur. 1994-cü ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tarix və kinoşünaslıq fakültəsini bitirmişdir. Yekaterinanın tarix fakültəsindəki müdafiə mövzusu XVII əsr italyan missionerinə həsr olunmuşdur. Onun ixtisas sahəsi mediyevistikadır. Kinoşünaslıq fakültəsindəki mövzusu isə Otar İoselianinin yaradıcılığı olmuşdur. Tarix fakültəsindəki diplom işinə görə Yekaterina tarix elmləri magistri dərəcəsini qazanmışdır.