Yekaterina Akakiyevna[1] Msituridze (gürc. ეკატერინე მწითურიძე; d. 10 yanvar 1972, Tbilisi, Gürcüstan SSR) — Rusiya televiziya aparıcısı, kinoşünas və kinotənqidçi, "Variety Russia" jurnalının keçmiş baş redaktoru,[2] "Roskino"nun rəhbəri (2011-ci ildən),[3] Birinci kanalın kino üzrə mütəxəssisi, Sankt-Peterburq beynəlxalq mediaforumunun ideya müəllifi və baş prodüseri.
Yekaterina Msituridze | |
---|---|
gürc. ეკატერინე მწითურიძე | |
Doğum tarixi | 10 yanvar 1972 (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | televiziya aparıcısı, jurnalist, film prodüseri, film tənqidçisi[d] |
Təhsili | |
IMDb | ID5712876 |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının üzvü, Rusiya Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər İttifaqının üzvü, FİPRESSİ beynəlxalq kino mətbuatı Assosiasiyasının üzvü, Rusiya Kinematoqrafiya elmi və incəsənəti Milli Akademiyasının akademiki, tarix elmləri magistri.
10 yanvar 1972-ci ildə Tbilisidə anadan olmuşdur.
1994-cü ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tarix və kinoşünaslıq fakültəsini bitirmişdir[4]. Yekaterinanın tarix fakültəsindəki müdafiə mövzusu XVII əsr italyan missionerinə həsr olunmuşdur. Onun ixtisas sahəsi mediyevistikadır[5]. Kinoşünaslıq fakültəsindəki mövzusu isə Otar İoselianinin yaradıcılığı olmuşdur. Tarix fakültəsindəki diplom işinə görə Yekaterina tarix elmləri magistri dərəcəsini qazanmışdır.
Yekaterinanın aktivində Kann və Venesiya beynəlxalq film festivallarının diplomları və Los-Ancelesdə AFM var[4].
1991—1994-cü illərdə Gürcüstanda "Sinema" jurnalında, "Ekran yenilikləri" qəzetində və televiziyada fəaliyyət göstərmişdir.
1994-cü ildən Moskvada yaşayır.
1995-ci ildə Moskva Beynəlxalq Film Festivalının prezidenti, kinorejissor Sergey Solovyovun köməkçisi olmuşdur.
1996-cı ildə Birinci kanalın səhər proqramında "Bu kinodur" (rus. Это кино) müəllif rubrikasını təqdim etmişdir.
2001-ci ilin iyununda 23-cü Moskva Beynəlxalq Film Festivalında FIPRESCI münsiflər heyətinin üzvü olmuşdur.
2002-ci ilin mayında 55-ci Kann Beynəlxalq Film Festivalında FIPRESCI münsiflər heyətinin üzvü olmuşdur.
2003-cü ilin iyununda 25-ci Moskva Beynəlxalq Film Festivalının debüt filmləri üzrə münsiflər heyətinin üzvü olmuşdur.
2008-ci ilin mayında 61-ci Kann Beynəlxalq Film Festivalında "Xüsusi baxış" proqramında münsiflər heyətinin üzvü olmuşdur.
2008-ci ilin mayından bugünədək Kann Beynəlxalq Film Festivalında Rusiya pavilyonunun təsisçisi və direktorudur.
2010-cu ilin sentyabrından 2011-ci ilin yanvarınadək Aleksey Uçitelin "Kənar" filminin Şimali Amerika PR-ı və reklam kampaniyasını aparmışdır. Film "Qızıl qlobus" mükafatının HFPA Hollivud xarici mətbuatının mükafatına namizədlik hüququ qazanır.
26 aprel 2011-ci ildən "Roskino" ASC-nin (Soveksportfilm) baş direktorudur.
2011-ci ilin sentyabrında Aleksandr Sokurovun "Faust" filminin beynəlxalq PR və reklam kampaniyasını aparmışdır. Film Venesiya Beynəlxalq Film Festivalının əsas mükafatı olan "Qızıl Şir"ə layiq görülmüşdür. 2012-ci ilin iyununda 34-cü Moskva Beynəlxalq Film Festivalı çərçivəsində "DOORS" rus kontentinin Birinci Beynəlxalq Səyyar Kinobazarını təşkil etmişdir.
2012-ci ilin noyabrında 12 rus filminin təşviqi ilə bağlı böyük ABŞ internet portalı olan HULU ilə müqavilə bağlamışdır. 2014-cü ilin mayında isə eyni addımı STS kanalında yayımlanan rus teleserialları ilə bağlı etmişdir.
2014-cü ilin oktyabrında Sankt-Peterburq beynəlxalq media forumunun baş prodüseri olmuşdur[6].
2015-ci ildə 1-ci Moskva yəhudi kinofestivalının[7], 2016-cı ildə isə 2-ci Moskva yəhudi kinofestivalının münsiflər heyətinin üzvü olmuşdur[8].
2017-ci ilin oktyabrında Msituridze 2003-cü il Berlin Film Festivalında və 2004-cü il Venesiya Film Festivalında Hollivud prodüseri Harvi Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalması barədə mətbuata açıqlama yayıb[9][10][11].