MULDA

(alm. Mulde-təknə, ləyən) 1) planda yer qabığının izometrik və ya oval çökək strukturu. 2) Sinklinal formasında tektonik əyilmələrin ümumi adı. мульда trough
MÖVSÜMİ QAR XƏTTİ
MUR
OBASTAN VİKİ
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ernst Muldaşev
Ernst Rifqatoviç Muldaşev (Başq. Мулдашев, Эрнст Рифғәт улы; 1 yanvar 1948, Sermenevo[d], Başqırd MSSR) — Sovet və Rus oftalmoloqu, ən yüksək dərəcəli cərrah, Ufada Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "Ümumrusiya Göz və Plastik Cərrahiyyə Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatının baş direktorudur. Rusiya Federasiyasının əməkdar həkimidir. Bundan əlavə, qədim sivilizasiyaları öyrənmək üçün Krit, Misir və Tibetə ekspedisiyalarla əlaqəli mistik mövzularda bir sıra ezoterik kitabların, qəzet nəşrlərinin və filmlərin müəllifi kimi şöhrət qazanmışdır. Ernst Muldaşev, 1 yanvar 1948-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Beloretski rayonunun Verxne-Sermenevo kəndində sadə bir ailədə anadan olmuşdur. 1955–1965-ci illərdə Muldaşev Salavat şəhərinin məktəbində (Birinci Lisey) oxuyub. 1972–1982-ci illərdə Ufa Göz Tədqiqat İnstitutunda tədqiqatçı, rekonstruktiv və plastik cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1982–1988-ci illərdə Muldaşev 10 saylı Xəstəxananın göz şöbəsində oftalmoloq vəzifəsində çalışmışdır. 1988–1990-cı illərdə Shələrarası Elmi Texniki Kompleksdə "Göz Mikrocərrahiyyəsi"nin göz cərrahiyəsi nəqli laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən Ümumrusiya Oftalmik və Plastik Cərrahiyyə Mərkəzinin direktoru olmuş.
Muldakay (Uçalı)
Muldakay (başq. Мулдаҡай, rus. Мулдакаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 74 km, kənd sovetliyindən (İlçəqol): 9 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 15 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Muldava buzlağı
Muldava buzlağı (bolq. ледник Мулдава, ‘Lednik Muldava’ \'led-nik mul-'da-va\) — 4.4 km uzunluğu, 3.2 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Lyuk buzlağından qərbdə, Nesla buzlağından şimal-şərqdə yerləşmişdir. Lisiya silsiləsinin şimal-qərb yamacını, Perçot dağının şimal yamacını əmələ gətirir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Muldava şəhərinin adını daşıyır. Muldava buzlağı 65°42′10″ c. e. 64°12′10″ q. u. koordinatlarında yerləşmişdir.
Muldaş (Uçalı)
Muldaş (başq. Мулдаш, rus. Мулдашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 105 km, kənd sovetliyindən (İlçəqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 50 km.

Значение слова в других словарях