Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dmitro Mutsak
Dmitro Mutsak (8 noyabr 1995 Borislav, Ukrayna) — Ukraynalı dağ-xizək idmançısı. Dmitro Mutsak Ukraynanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Dmitro Mutsak birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Mutsak 3:11.40 saniyəlik nəticəsi ilə 109 atlet arasında 60-cı yeri tutdu.
Muntjak
Muntjak (lat. Muntiacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Metak
Metak — metal və plastik avadanlıqlar istehsal edən və satışını təşkil edən Azərbaycan şirkəti.Şirkət tikinti, binaların su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulların istehsalı,satışı həmçinin yükdaşıma, kimyəvi analiz ilə məşğuldur. == Tarixi == Şirkət fəaliyyətə 1997-ci ildə ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə başlamışdır. Ardınca polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan ilk sexini qurur. 2002-ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir.2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başlayır. 2017-ci ilin sonlarında şirkət Bakı Fond Birjasında istiqrazların buraxılmasına başlayır.2017-ci ildə Şirkət Balaxanı Sənaye Parkının rezidentlərindən biri olur.2017-ci ildə şirkət Sumqayıt Sənaye Zonasında 3 hektar sahədə şüşə-lifli polipropilen və bazalt lifi istehsalı zavodu tikəcəyini elan edir.2017-ci ili uğurlu keçirən şirkətə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə kredit ayırır.2018-ci ildə fəaliyyət sahəsini genişləndirən şirkət meyvələr yığılan plastik qabların (viol) istehsalına başlayacağını elan edir. == Məhsullar == "METAK" Şirkəti Azərbaycan Respublikası ərazisində yüklərin daşınması üzrə nəqliyyat xidmətləri, metalların kimyəvi analizi üzrə xidmət, plastik boruların montajı və tikinti işləri üzrə xidmətlər göstərir.
Mufta
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Muntiacus muntjak
Muntiacus muntjak (lat. Muntiacus muntjak) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin muntjak cinsinə aid heyvan növü.
Nəhəng muntjak
Nəhəng muntjak (lat. Muntiacus vuquangensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin muntjak cinsinə aid heyvan növü.
Ziya Kutnak
Ziya Kutnak — (1870, Konstantinopol – 1940, İstanbul) Osmanlı generalı. == Həyatı == Hicaz qubernatoru olan Çürüksulu Osman Nuri Paşanın oğlu idi. 1870-ci ildə İstanbulda anadan olub. 1891-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1895-ci ildə mayor, 1897-ci ildə qubernator, 1902-ci ildə polkovnik rütbəsinə yüksəldi. Fransada hərbi təlimlərdə iştirak etmişdi. Fransadan qayıtdıqdan sonra Aydın və Ədirnədə jandarma komandiri vəzifəsində çalışdı. 1907-ci ildə General-mayor rütbəsinə yüksəldi. == Hərbi fəaliyyəti == 1908-ci ildə Rusiyada hərbi təlimlərdə iştirak etmişdir. 1911-ci ildə V Mehmed Rəşad ilə birlikdə Rumeliyə səfər etmişdir.
Mutay Ulbaşov
Mutay Ulbaşov ( qaraç.-balk. Улбашланы Исмаилны жашы Мутай; 1 yanvar 1923-cü il Şaurdat, Çerek rayonu, KBMSSR - 9 dekabr 2005, Nalçik, Kabarda-Balkariya ) — rəqqas, baletmeyster, xoreoqraf. Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, RSFSR xalq artisti, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, "Kabardinka və "Assa" rəqs ansambllarının rəhbəri. == Həyatı == Ulbaşov Mutay İsmayıl oğlu 1 yanvar 1923-cü ildə Şaurdat kəndində anadan olub. Milliyyətcə balkardır. 1933-cü ildə orta məktəbi bitirdikdən sonra Nalçikdə yerləşən Kabardino-Balkariya ansamblında rəqqas kimi fəaliyyətə başlayır. 1942-ci ilin iyul ayında 1943-cü ilin iyul ayına qədər Sovet ordusundan xidmət edib. Xidmətdən geri döndükdən sonra ansamblda fəaliyyətini bərpa edir. 1944-cü ilin mart ayında Qırğızıstan Sovet Sosialist Respublikasının Bişkek (o dövrdə Frunze) şəhərinə sürgün edilib. Bura gəldikdən sonra Qırğız filarmoniyasının rəqqas solisti olur.
Metak FK
Metak FK — və ya digər adı ilə Metak Futbol Klubu. Azərbaycannın Qusar şəhərini təmsil edən futbol klubudur. 1997-ci ildən fəaliyyət göstərən klub, 2018-ci ildən U yaş qrupları üzrə (U10, U11, U12, U13, U14) liqalarda mübarizə aprır. == Tarixi == Metak şirkətinin rəhbərinin futbola olan marağı "Metak" klubunun təməlinin qoyulması ilə nəticələnir. Belə ki, şirkətin rəhbərinin evinin qarşısında park yer alır, bu parkda uşaqlar futbol oynayırdılar. Ardınca bunu görən balaca futbol meydançası tikdirərək uşaqların ixtiyarına verir. Bununlada kifayətlənməyən Metak şirkətinin səlahiyyətlisi Alik Kərimov, onların inkişafına təkan olsun deyə, əməkdar məşqçi Salman Səfərovu uşaqların üzərinə təyin edir. Salman Səfərov da öz növbəsində uşaqlar üçün liqada yer alması barədə təklif verir, bu təklif müsbət qarşılanaraq qəbul olunur. Metak klubu liqaya qəbul olunur və ciddi məşqlərə başlayır. Bunun ardından əhalinin "Metak" rəhbərliyi ilə bağlı yaranan güvəninə görə, futbola marağı olan uşaqlar təlim məşqlərinə gəlirlər.
Malay-Muynak (Uçalı)
Malay-Muynak (başq. Малай-Муйнаҡ, rus. Маломуйнаково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 45 km, ən yaxın dəmiryol stansiyasından (Şartım stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Erhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
Ərhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
Lachesis muta melanocephala
Lachesis melanocephala (lat. Lachesis melanocephala) – lachesis cinsinə aid ilan növü.
Muta Yılqa (Askın)
Muta Yılqa (başq. Мутайылға, rus. Мута-Елга) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Mutabaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 46 km, kənd sovetliyindən (Starıye Mutabaş): 30 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə 237 nəfər yaşayır ki, bununda — 115 (48,5 %) nəfəri kişi, 122 (51,5 %) nəfəri qadındır. Milli tərkib baxşmından başqırdlar (97%) üstünlük təşkil edir.
Gənc qadının porterti (La Muta)
Gənc qadının porterti (it. La Muta) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507–1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadının porterti" əsəri hal-hazırda İtaliyada Urbino şəhərində saxlanılır.
Gənc qadının portreti (La Muta)
Gənc qadının porterti (it. La Muta) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507–1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadının porterti" əsəri hal-hazırda İtaliyada Urbino şəhərində saxlanılır.
Ufak Tefek Cinayetler (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. == Sinopsis == Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. == Çəkiliş == Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. == Əsas rollarda == Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) == Mahnılar == Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
Mihri Müşfik Hanım
Mihri Müşfik Xanım (26 fevral 1886, Konstantinopol – 1954, Nyu-York, Nyu-York ştatı) – Türkiyə rəssamı. Türkiyədə müasir şəkil işlərini ilk başladan qadın rəssamdır. Xüsusilə portretləri ilə tanınır. O, bir çox tanınmış şəxslərin portretlərini çəkib; portretini çəkdiyi insanlar arasında Mustafa Kemal Atatürk və Papa XV Benedictus da var. Qızlar üçün Gözəl Sənətlər Akademiyası olan İnas (Qızlar) Sənayesi Nesiş Məktəbi'nin ilk qadın meneceri oldu və bir çox qadın rəssamların üzə çıxmasında əməyi keçdi. Rəsmə olan sevgisinə görə aristokrat həyat tərzini tərk etdi, bohem və kasıb bir həyat yaşadı. O, rəssam Hale Asafın xalasıdır. == Həyatı == Bohem rəssamı Mihri Müşfik Xanım Ançabadze, 26 fevral 1886-cı ildə İstanbul, Kadıköydə olan Rasim Paşa Konağında, Baklatarlası Məhəlləsində doğulmuşdur. Onun atası Dr. Əhməd Rasim Paşa anatomiya mütəxəssisi idi və Hərbi Tibb Məktəbində hörmətli təlimatçı idi.