muskoq
muskovit
OBASTAN VİKİ
Muskoqlar
Muskoqlar — Şimali Amerikanın hindi tayfaları (krikilər, çoktolar, seminollar, mobillər və b.) qrupu. 1826-1837-ci illərdə muskoqlar güclə Missisipi çayından qərbə (indiki Oklahoma ştatına) rezervasiyalara köçürüldülür. Müasir muskoqlar (təqribən 50 min) metisləşmişlər; dindarları xristiandır. Əsasən, kənd təsərrüfatında çalışırlar, bir hissəsi sənətkar, muzdur və fəhlədir; ziyalıları da var.