muskoqlar
muslin
OBASTAN VİKİ
Muskovit
Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Növ müxtəliflikləri == fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 % MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b. == Xassələri == Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır. == Mənşəyi və yayılması == Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir. Muskovitin incəpulcuqlu növ müxtəlifliyi – serisit hidrotermal filiz yataqlarının adi mineralı olub, ətraf süxurların plagioklazlarının hidrotermal dəyişilmə məhsulu kimi geniş yayılmışdır. Muskovit həmçinin qreyzenlərdə, aşınma qabıqlarında, metamorfizmin bütün pillələrinin metamorfik əmələgəlmələrində və çökmə süxurlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, ortoklaz, almandin, stavrolit, disten, turmalin və b. Mineralın tapıldığı yerlər: Benqal və Mədrəs rayonları (Hindistan); Nyu-Hempşir və Şimali Karolina (ABŞ); Ontario vilayəti (Kanada); Mam rayonu, Kola yarımadası (Rusiya) və b. Azərbaycanda muskovit, xüsusilə serisit, intruziv süxurlardan əlavə, metasomatitlərdə (listvenitlərdə, törəmə kvarsitlərdə, filizətrafı-dəyişilmiş qumlu-gilli süxurlarda), kolçedan, mis-molibden, qızıl filizi yataqlarında (Çıraqdərə-Toğanalı və Tutqun filiz sahələrində, Gədəbəy, Bittibulaq, Nəsirvaz, Ağdərə, Paraqaçay, Filizçay, Katsdaq yataqlarında, Qovurmadərə təzahüründə və b.) tez-tez müşahidə olunur.

Значение слова в других словарях

карпе́тки отщепле́ние папиро́лог перепля́сывание ше́йный я́блоко кру́тость обвенча́ть пойти по линии наименьшего сопротивле́ния углызнуть antinomical beach umbrella clavilux devocalize kilocalory Mildred preclear transfluvial transume vimineous winnow mill Yakut заправский стимулировать эолитический