Mübtəda
Mübtəda — (ərəb. ibtidai, baş, başlanğıc deməkdir) Cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı və yaxud məkanı bildirir.
Mübtəda "kim?", "nə?" bəzən də "hara?" suallarına cavab verir. İsmin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Mübtəda insan məfhumu ifadə etdikdə "kim?", digər canlı və cansız varlıqları ifadə etdikdə "nə?", məkan anlayışı ifadə etdikdə isə "hara?" sualına cavab verir. Məsələn: Humay (kim?) Şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. Onun (kimin?) gözəl paltarı var
Mübtəda cümlənin ən müstəqil üzvü olub qrammatik cəhətdən heç bir üzvdən asılı deyil.
Mübtəda ismin adlıq halında olan sözlər və söz birləşmələri ilə ifadə olunur.