münəccimbaşı
münsif
OBASTAN VİKİ
Münxen
Münxen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münxendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münxen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münxen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münxen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. == Tarixi == Münxen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.
Münxen kafedralı
Münxen kafedralı (alm. Dom zu Unserer Lieben Frau‎ - Əziz Xanımın Kafedralı və ya alm. Münchner Dom‎) — Almaniyanın Münxen şəhərində yerləşən Roma Katolik kilsəsinin Münxen və Frayzinq Arxiyeparxiyasının baş kafedralı və onun arxiyepiskopunun iqamətgahıdır. Bu kilsə Bavariya paytaxtının simvolu hesab olunur. Rəsmi adı "Münchner Dom" (Münxen Kafedralı) adlandırılsa da, kilsəni yerli sakinlər "Frauenkirche" (Xanım kafedralı) adlandırırlar. == Basdırılanlar == Kafedral qəbristanlığında Münxen və Frayzinq arxiyepiskoplarının, həmçinin Vittelsbax sülaləsinin digər üzvlərinin məzarları var: IV Lüdviq, Müqəddəs Roma İmperatoru (hakimiyyətdə 1294–1347) V Lüdviq (hakimiyyətdə 1347–1361) II Stefan, (hakimiyyətdə 1347–1375) II İohann, (hakimiyyətdə 1375–1397) Ernest, (hakimiyyətdə 1397–1438) III Vilhelm, (hakimiyyətdə 1397–1435) Adolf, (hakimiyyətdə 1435–1441) Sigismund, (reg. 1460–1467) IV Albert, (hakimiyyətdə 1467-1508) IV Vilhelm, (reg.
Münxen kindl
Münxen kindl (alm. Münchner Kindl‎; azərb. Münxen uşağı‎) - Münxen şəhərinin simvollarından biri. Münxen uşağı anlamına gələn Münxen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münxen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Münxen qətliamı
Münhen qətliamı — 1972-ci ildə Qərbi Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Qara sentyabr təşkilatının üzvləri tərəfindən törədilmiş terror aktı. İsrail Olimpiya Millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələnmişdir. Kirizisin başlamasından qısa müddət sonra onlar İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etmişdilər. Qara sentyabr üzvləri hücumun adını İDF tərəfindən boşaldılmağa məcbur edilmiş iki Fələstin kəndinin şəfərinə İqrit və Biram olaraq adlandırmışdır. Özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif yəhudi və xristian köklərə sahib bir ailədə dünyaya gəlmişdir. Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur. Qərbi Almaniya polisi tərəfindən həyata keçirilən uğursuz girovların xilas edilməsi əməliyyatında Qara sentyabr təşkilatının səkkiz terrorçusundan beşi öldürüldü. Əməliyyat sırasında bir polis əməkdaşı da öldü. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XXXI Yay Olimpiya Oyunlarının açılışından iki gün əvvəl, Münhen Olimpiyadasında həlak olan israilli idmançıların xatirəsinin əziz tutulduğu rəsmən elan olunmuşdur. == Münhen Olimpiyadasından əvvəl == Altı günlük müharibənin üzərindən 5 il keçməsinə baxmayaraq İsrail və Ərəb ölkələri sürətlə silahlanmağa davam etmişdir.
Münxen sazişi
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Qliptotek (Münxen)
Münhen Qliptoteki (alm. Münchener Glyptothek‎) — Bavariya əyalətinə məxsus qədim roma-yunan dövrünə aid heykəllər kolleksiyası. Qliptotek Münhen muzeyi 1813-cü ildə yaradılmışdır. Muzeyin kolleksiyasına ellinizm dövrünə aid "sərxoş catir" , Artemida, Knidoslu Afrodita, Egin adasındakı Afay məbədinin frontal heykəl fiqurları — "eginetlər" və s. daxildirlər. == Binası == Qliptotek binası Münhenin Köniqplas meydanında kral I Lüdviqin hələ xələf şahzadə olarkən göstərişi ilə 1815-ci ildə inşa edilmişdir. İnşaatın memarı Leo fon Klense binanı Karl fon Fişerin layihəsi əsasında antik üslubda tikmişdir. Muzey binasının interyeri daxili həyəti əhatə edən otuz düzbucaqlı və dairəvi zallardan ibarətdir. Binanın girişində on iki ionik sütun vardır. Binanın fəsadında Dedal, Prometey, Adrian, Perikl, Hefest, Fidiyaya aid heykəllər yerləşir.
Bavariya-Münxen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München‎) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi. == Tarixi == Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.
Bayern Münxen BK
Bayern Münhen BK Bayern Münhen idman klubunun tərkib hissəsi olan basketbol komandası. Klub öz yerli liqası Basketbol Bundesliqa (BBL) və beynəlxalq miqyasda Avro Kubokda iştirak edir. == Oyunçular == == Arena == Komandanın ev oyunlarını Audi Dome arenasında keçirir. 6700 nəfərlik tutumu var. Arena 1972-ci ildən fəaliyyət göstərir.
Bayern Münxen FK
Bayern Münxen — Almaniyanın ən nüfuzlu peşəkar futbol klubu. 2013-cü ildən bu yana 11-i ardıcıl olmaqla, 33 milli çempionluq və çoxsaylı Avropa mükafatları ilə yanaşı 20 ölkə kuboku da daxil olmaqla, Almaniya futbol tarixinin ən uğurlu klubudur. 2020-ci ildə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Bayern Münxen bütün matçlarda qalib gələrək UEFA Çempionlar Liqasını qazanan ilk komanda olmuşdur. == Tarixi == == Avrokuboklarda iştirak == Hazırda Almaniyanın, o cümlədən dünyanın ən güclü klublarından biri sayılır. 2009/10 mövsümündə UEFA Çempionlar Liqasında final mərhələsinə yüksəlmiş, lakin finalda İtaliyanın İnter klubuna Militonun 2 qolu ilə 2–0 məğlub olmuş, kuboku qazana bilməmişlər. Bavariya 2011/2012 mövsümündə də UEFA Çempionlar Liqasında yarımfinalda Real Madridi məyus edərək, finala çıxıb. Bavariyanın finaldakı rəqibi Çelsi oldu. Lakin 1–1 bitən maçda penalti zərbələri ilə 4–3 uduzan Bavariya 5-ci dəfə bu kuboku qazana bilmədi.2012/2013 mövsümündə finalda Borussiya Dortmundu məğlub etdi və sevinən tərəf oldu.
Münxen Coğrafiya Cəmiyyəti
Münxen Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft München‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Münxen şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1869-cu ildə Almaniyanın Münxen şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Münxen Texniki Universiteti
Münxen Texniki Universiteti (alm. Technische Universitat München‎) — Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münxen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Almaniyanın təhsil sistemində xüsusi mövqeyə malik ali məktəb Bavariyanın texniki sahə üzrə yeganə universitetidir. == Tarixi == Münxen Texniki Universitetinin əsası 1868-ci ildə qoyulub. Həmin vaxt Bavariya kralı II Lüdviqin Politexnik Məktəbi adlı təhsil müəssisəsinin yaradılması haqqında sənəd imzalayır. 1877-ci ildə adı rəsmi şəkildə dəyişdirilərək Bavariya Kral Texniki Ali Məktəbi, 1970-ci ildə isə universitet statusu qazanaraq Münxen Texniki Universiteti adlandırılıb. Burada 1901-ci ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə başlayır və elmi dərəcələr verilməyə başlanır. 1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və "Veyenştefan" pivə zavodu məktəbə birləşdirilir. 1937-ci ildə Maksim Şmidt Nimfenburqda universitetin binasını yaratmaq layihəsini hazırlayır, lakin İkinci dünya müharibəsi onun planlarını yarıda qoyur.
Münxen aviasiya qəzası
1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası — 6 fevral 1958-ci ildə Münhen-Roma hava limanında baş vermiş təyyarə qəzası. İngilis hava yolu şirkəti "British European Airways"ə məxsus BE609 nömrəli reysi ilə Belqrad-Münhen-Mançester marşrutu ilə uçan təyyarəsi "Airspeed AS.57"ın Münhen hava limanında üçüncü uçuş cəhdindən sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ingilis futbol klubu "Mançester Yunayted"in futbolçuları, məşqçiləri, azarkeş və jurnalistlər var idi. Təyyarədəki 44 nəfərdən 23-ü həlak olmuş, 19 nəfər isə yaralanmışdı. Yaralılar Münhen xəstəxanasına aparılmışdı. Komanda UEFA Çempionlar Kuboku matçından sonra Belqraddan evə qayıdırdı, lakin təyyarə yanacaqdoldurma üçün Münhenə məcburi eniş etmişdi (təyyarənin yanacaq çənlərinin tutumu Belqraddan Mançesterə birbaşa uçuşa imkan vermirdi). Təyyarəyə yanacaq doldurduqdan sonra pilotlar iki dəfə təyyarəni qaldırmağa cəhd etdilər, lakin hər iki cəhd sol mühərrikdə artan titrəyişlər səbəbi ilə mümkün olamadı. Qrafikdən çox da geri qalmaq istəməyən ekipaj komandiri gecəni Münhendə keçirmək istəməyərək üçüncü qalxma cəhdinə qərar verdi. Üçüncü göyə qalxma cəhdində, güclü qar yağmağa başladı və bu səbəbdən uçuş zolağının sonunda iri qar tərəsi yaranmışdı. Qar təpəsinin içərisinə girən təyyarə havaya qalxmaq üçün lazım olan sürətini itirdi və uçuş zolağının sonunda olan çəpərə çırpılaraq, və sol qanadı ilə yaxınlıqdakı bir evə toxundu.
Münxen muzeylərinin siyahısı
== Bədii muzeylər ==
Münxen Lüdviq-Maksimilian Universiteti
Münxen Lüdviq-Maksimilian Universiteti (alm. Ludwig-Maximilians-Universität München‎) — Almaniyada, Münxen şəhərində yerləşən ali təhsil müəssisəsi. Almaniyanın ən tanınmış elmi-tədqiqat mərkəzlərindən biri olan universitet öz fəaliyyətində şəffaflıq, yaradıcı yanaşma və novatorluq prinsiplərinə üstünlük verir. == Tarixi == Münxen Lüdviq-Maksimilian Universiteti 1472-ci ildə İnqolştadt şəhərində Roma Papasının dəstəyi ilə bavariyalı Hersoq Lüdviq tərəfindən təsis edilib. İlk olaraq təhsil ocağının tərkibində dörd fakültə - İncəsənət (hazırkı Fəlsəfə fakültəsi), Tibb, Hüquq və İlahiyyat fakültələri fəaliyyət göstərib. Universitet islahatlar dövründə Martin Lüter və onun tərəfdarlarına qarşı mübarizədə böyük rol oynayıb. Sonralar universitet 200 ildən çox Yezuitlər ordeninin təsiri altında olub. 1800-cü ildə Kral I Maksimilianın qərarı ilə ali məktəb Almaniyanın Landshut şəhərinə köçürülüb. Universitetin köçürülməsində əsas məqsəd ali məktəbi yezuitlərin təsirindən azad etmək və yezuitlərə meyilli müəllim heyətini digərləri ilə əvəzləmək olub. 1802-ci ildən universitet bavariyalı Hersoq Lüdviq və Kral I Maksimilianın şərəfinə Lüdviq-Maksimilian Universiteti kimi tanınıb.
Münxen və Frayzinq arxiyeparxiyası
Münxen və Frayzinq arxiyeparxiyası (alm. Erzbistum München und Freising‎, lat. Archidioecesis Monacensis et Frisingensis) — Almaniyanın Bavariya əyalətindəki Roma Katolik Kilsəsinin inzibati vahidi. Münxen və Frayzinq arxiyepiskopu tərəfindən idarə olunur. Onun iki inzibati baş kafedralı var — Münxen kafedralı və Frayzinq kafedralı. İnzibati vahid kimi təxmini 739-cu ildə Frayzinq yeparxiyası kimi Müqəddəs Bonifatsi tərəfindən yaradılmış və daha sonra knyaz-yepiskopluq olmuşdur. Yeparxiya 1803-cü ildə Müqəddəs Roma İmperiyasının dağılmasından sonra ləğv edildi, buna baxmayaraq yepiskop titulyar olaraq hakimiyyətə iddia edirdi. 1818-ci il aprelin 1-də Papa VII Piy yeparxiyanı Frayzinq deyil, Münxendəki yeni iqamətgahı ilə arxiyeparxiyaya yüksəltdi. Baş yeparxiya 758 prixoda və ilə qırx dekanlığa bölünür. Onun suffraqan yepiskopları Auqsburq yepiskopu, Passau yepiskopu və Regensburq yepiskopudur.
Müqəddəs Mixail kilsəsi (Münxen)
Müqəddəs Mixail kilsəsi (alm. Institutskirche St. Michael‎) — Almaniyanın cənubunda, Münhendə yerləşən yezuit kilsəsidir, Alp dağlarının şimalındakı ən böyük İntibah kilsəsidir. Binanın üslubu Cənubi Almaniyanın erkən barokko memarlığına böyük təsir göstərmişdir. 1556-cı ildə Bavariya hersoqu V Albert Yezuitlər ordeninə Münhendə Vilhelms gimnaziyasının yaradılmasına icazə vermişdi və beləliklə, ordenin şəhərdə mövcudluğu başlamışdı. Kollegial kilsə yalnız onun oğlu, Bavariya hersoqu V Vilhelmin hakimiyyəti dövründə qurulmuşdu. Vilhelm yezuitlərin əksreformasiya prinsiplərinin tərəfdarı idi və buna görə də "Mömin" ləqəbi ilə məşhurlaşmışdı. Kilsə on dörd illik tikintidən sonra nəhayət 1597-ci ildə təqdis olundu. Yezuitlər sıxışdırılıb Avropanın əksər katolik ərazilərində qadağan edildikdə, kilsə Bavariya kral ailəsinin və daha sonra Almaniyanın respublikaya çevrildiyi vaxt Bavariya əyalətinin ixtiyarına keçdi.