Yəmən Mütəvəkkili krallığı
Yəmən Mütəvəkkili Krallığı (ərəb. المملكة المتوكلية اليمنية) — Müasir Yəmən ərazisində 1918-ci ildən 1962-ci ilə qədər mövcud olmuş dövlət.
1918-ci ildə Osmanlı İmperiyası məğlub oldu. Zeydilər yenidən Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarəti qurdular. 30 oktyabr 1918-ci ildə Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının məğlubiyyətindən sonra İmam Şeyx Yəhya bin Məhəmməd Həmid əd-Din ölkənin müstəqilliyini elan bəyan etdi və üç gün sonra özünü kral elan etdi.
Müharibə illərində İngilis qoşunları Yəmənin Kamaran adasını (1915) və Tihamə sahillərini (İngiltərə 1921-ci ildə Asir əmirliyinə vermiş Hudeydə liman şəhərini də) işğal etdi. 1918–28-ci illərdə İngiltərə-Yəmən qarşıdurması yarandı. Yəmən dağları qapadıldı, xarici ticarət əlaqələri kəsildi. Cənub bölgələri İngilis qoşunları ilə Yəmən qəbilələri arasında davamlı qarşıdurmalar teatrına çevrildi. 1918-ci ildə Türklər Taizi yeni müstəqil Yəmən krallığına verdilər.