MÜTƏVƏKKİL

ə. 1) bel bağlayan, ümid edən; 2) bir işi görmək tapşırılan, vəkil edilən.

MÜTƏVƏHHİŞ
MÜTƏVƏQQİ
OBASTAN VİKİ
Mütəvəkkil
Əbu Əl-Fəzl Cəfər ibn Məhəmməd Əl-Mötəsim (ərəb. جعفر بن محمد المعتصم بالله‎) və ya Əl-Mütəvəkkil (ərəb. المتوكل على الله‎) (d. 822 - ö. 11 dekabr 861) — 10. Abbasi xəlifəsi. Beləliklə 847-ci ildə xəlifə Vasiq öldükdən sonra oğlu Məhəmmədə biət etmək istədilər. Fəqət Türk sərkərdələri İtah və Vasif bunu rədd edib, xəlifəliyə Vasiqin qardaşı Mütəvəkkili irəli sürdülər və onu taxta çıxardılar. Mütəvəkkil hakimiyyətinin ilk dönəmində Bizansla aparılan qəzalara türk sərkərdə Buğa əl-Kəbiri göndərmişdi. Buğa qoşunu ilə Anadoluya uğurlu basqınlar etdi.
Yəmən Mütəvəkkili krallığı
Yəmən Mütəvəkkili Krallığı (ərəb. المملكة ‏المتوكلية اليمنية‎) — Müasir Yəmən ərazisində 1918-ci ildən 1962-ci ilə qədər mövcud olmuş dövlət. 1918-ci ildə Osmanlı İmperiyası məğlub oldu. Zeydilər yenidən Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarəti qurdular. 30 oktyabr 1918-ci ildə Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının məğlubiyyətindən sonra İmam Şeyx Yəhya bin Məhəmməd Həmid əd-Din ölkənin müstəqilliyini elan bəyan etdi və üç gün sonra özünü kral elan etdi. Müharibə illərində İngilis qoşunları Yəmənin Kamaran adasını (1915) və Tihamə sahillərini (İngiltərə 1921-ci ildə Asir əmirliyinə vermiş Hudeydə liman şəhərini də) işğal etdi. 1918–28-ci illərdə İngiltərə-Yəmən qarşıdurması yarandı. Yəmən dağları qapadıldı, xarici ticarət əlaqələri kəsildi. Cənub bölgələri İngilis qoşunları ilə Yəmən qəbilələri arasında davamlı qarşıdurmalar teatrına çevrildi. 1918-ci ildə Türklər Taizi yeni müstəqil Yəmən krallığına verdilər.

Значение слова в других словарях