MÜXALİFƏT

(ərəb; latın analoqu oppositio (“qarşıqoyma”)) siyasi mövqe; hakimiyyətə qarşı siyasi mövqe (prinsip etibarilə, hakimiyyət M.-ə qarşı-müxalifdir və M. qüvvələri bir-birinə qarşı M. ola bilər) öz siyasətini, siyasi mövqe, konsepsiya, baxışlarını başqalarının siyasətinə, siyasi mövqe, konsepsiya, baxışlarına qarşıqoyma, ziddiyyət təşkil etmə, əks təsir göstərmə; bir (və ya bir qrup) şəxsin, siyasi partiyanın (ola bilsin, partiyalar blokunun) - hakimiyyətə, hakimiyyətin yürütdüyü siyasi kursa qarşı mübarizə aparma forması, seçicilərin (vətəndaşların) rəğbətini qazanma, hakimiyyətə təsir göstərmə və, hətta hakimiyyəti ələ keçirmə fəaliyyət forması; dövlətdə və cəmiyyətdə hökm sürən siyasi mühitə münasibətdə - siyasi azlıq; seçkilərlə ikinci dərəcəli yer tutan - siyasi azlıq; demokratik institut: 1. radikal M.- son dərəcədə mürtəce mövqedə duran, heç bir kompromisə getməyən, siyasi vəziyyəti gərginləşdirməyə meyilli olan irtica siyasi qüvvə; 2. Parlament M.-i Parlament tərəfindən qəbul edilən hüquqi aktlara (qismən və ya bütövlükdə) müqavimət göstərən (bəzi hallarda isə mütəmadi müqavimət göstərən) siyasi qüvvə bir (və ya bir qrup) Parlament Deputatı, hər hansısa bir partiyanın fraksiyası (və ya müstəqil fraksiya)); 3. “cib M.-i” - ya tamah (korrupsiya), ya qorxutma vasitələri ilə hakimiyyət tərəfinə yönəldilmiş və yaxud elə hakim dairələr tərəfindən süni surətdə formalaşdırılmış, ilk baxışda M. təəsüratı yaradan əslində isə hakimiyyətə xidmət edən irtica siyasi qüvə. Burada “hakimiyyətə xidmət” deyəndə: hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələdə, anda hakimiyyəti (aşkar və ya gizli surətdə) dəstəkləmə; ümummüxalifət mitinqlərinə, hərəkatlarına və digər aksiyalarına qarışmama; hakimiyyətlə barışığa çağırma və, hətta; M.-in xalq arasında nüfuzunu süni surətdə alçaldma və s. başa düşmək lazımdır; 4. -bax partiyadaxili müxalifət.
MÜHARİBƏ TƏBLİĞATI
MÜSADİRƏ
OBASTAN VİKİ
Müxalifət (qəzet)
Müxalifət — Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. "Müxalifət" qəzetini 15 oktyabr 1991-ci ildə mərhum jurnalist Ağamalı Sadiq Əfəndi yaradıb. Qəzetə müxtəlif vaxtlarda Mehman Cavadoğlu, Vaqif Hacıbəyli, Süleyman Osmanoğlu və Nəsir Əhmədli rəhbərlik edib. Hazırda çapında fasilə yaranmış qəzetin baş redaktoru Rövşən Kəbirli və redaksiyanın aparıcı əməkdaşı Yaşar Ağazadənin 2007-ci ildə həbs edilməsi "Müxalifət"in fəaliyyətinə təsir göstərmişdir. R.Kəbirli və Y.Ağazadə 2007-ci il mayın 16-da akademik Cəlal Əliyevin iddiası əsasında həbs olunublar. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalistlər 7 ay 14 gün sonra prezident İlham Əliyevin əfv fərmanı ilə 2007-ci il dekabrın 29-da azadlığa buraxılıblar.
Müxalifət qəzeti

Значение слова в других словарях