Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüseynəli Müntəziri
Hüseynəli Müntəziri (1922-19 dekabr 2009) — din xadimi, müctəhid. == Həyatı == Ayətullah Hüseynəli Müntəziri 1922-ci ildə İsfahan şəhərində dünyaya gəlib. O, 1979-cu ildə İranda baş verən islam inqilabının ideoloqlarından biri olub. Ayətullah Hüseynəli Müntəziri 19 dekabr 2009-cu ildə vəfat edib. Müqəddəs Şiə şəhəri olan Qumda təhsilini bitirən Müntəziri, Ayətullah Ruhullah Xomeyninin kurs halqasından keçərək Fəvziyyə Mədrəsəsində müəllimlik etməyə başlamışdır. 1963-cü ildə Ayətullah Xomeyninin çağırışı ilə Şah Rza Pəhləvinin Ağ inqilabına qarşı çıxdı və sonradan İran İslam İnqilabının aparıcı simalarından biri oldu. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən həbs olunan Müntəziri, 1974–1978-ci illər arasında 4 il həbs cəzası çəkmişdir. İnqilabdan əvvəl Ayətullah Taleqani ilə birlikdə etdiyi xütbələr kitab versiyasına çevrildi. İran İnqilabından sonra Dirasat fi Vilayah əl-Faqih (Vilayəti-Fəqih Dərsləri) adlı dərs vəsaiti yazmışdır. Ayətullah Xomeyni, Müntəziri üçün, "Özüm onda gizlənmişəm" ("Yəni məndən sonra varis odur") demişdi.
Müntəsir (xəlifə)
Əbu Cəfər Məhəmməd (ərəb. أبو جعفر محمد‎) və ya Əl-Müntəsir (ərəb. المنتصر بالله‎) (23 mart 838, Səmərra, Səlahəddin mühafəzəsi – 7 iyun 862, Səmərra, Səlahəddin mühafəzəsi) — 11-ci Abbasi xəlifəsi. == Mənbə == Kraemer, Joel L., ed. (1989). The History of al-Ṭabarī, Volume XXXIV: Incipient Decline: The Caliphates of al-Wāthiq, al-Mutawakkil and al-Muntaṣir, A. D. 841–863/A. H. 227–248. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-874-4 Kennedy, Hugh (2006). When Baghdad Ruled the Muslim World: The Rise and Fall of Islam's Greatest Dynasty.
Müqtədir
Yaşayış məntəqələriMüqtədir (qəsəbə) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Mütəzid
Mütəzid (ən geci 861, bilinmir, Abbasilər – 5 aprel 902, Bağdad, Abbasilər) — Abbasi xəlifəsi. == Həyatı == On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.
Müqtədir (qəsəbə)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Müqtədir (xəlifə)
Müqtədir (13 noyabr 895, Bağdad – 31 oktyabr 932, Bağdad) — Abbasi xəlifəsi. == Həyatı == Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir. Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub dünyasını dəyişmişdir. Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər.
Müqtədir Aydınbəyov
Müqtədir Aydınbəyov (1884, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1918, Tağaroba) — inqilabçı == Həyatı == 1884-cü ildə Samur dairəsinin Axtı kəndində anadan olmuşdu. 1898-ci ildə iş ardınca Bakı şəhərinə gəlmişdi. Salam Aydınbəyov atasıdır. Müqtədir Aydınbəyov 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman o, Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi. Müqtədir Aydınbəyov ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada müsavatçılar tərəfindən öldürülmüşdür.
Müqtədir bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müqtədir qəsəbəsi
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Əl-Müntəqim
Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur. Allah, elçilərinin əlləriylə inkarçıların qabaqda gələnlərini əzablandırdığını ayələrində belə bildirir: Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq.
I Münzir ibn Məhəmməd
I Münzir ibn Məhəmməd (ərəb. المنذر بن محمد بن عبدالرحمن‎) (d. 844 - ö. 29 iyun 888) — 6-cı Kordova əmiri. == Həyatı == Münzir ibn Məhəmməd 844-cü ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmiri I Məhəmməd, anası isə onun xanımlarından Atəldir. Atasının səltənət illərində hərbi təcrübə qazanması məqsədilə bir çox hərbi yürüşə qatılmışdır. Bunlardan ən önəmliləri 856-cı ildə Toledodakı üsyanı yatırması və 865-ci ildə Qalisiyaya hücum edib frankları ağır məğlubiyyətə uğratması oldu. Bundan başqa 877-ci ildə Badaxos hakimi Əbdürrəhman ibn Mərvana qarşı Meridaya, 882-ci ildə isə Saraqossaya hücum etdi. 886-cı ildə üsyançı Ömər ibn Həfsun üzərinə göndərilsə də, yolda ikən atasının vəfatı xəbərini aldı və Kordovaya dönərək taxta çıxdı (8 avqust 886).
Montezik
Montezik (fr. Montézic, oks. Montasic) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12151. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 45 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 154 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 127 yaşda (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 57.9%).
Əl-Muntəkim
Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur. Allah, elçilərinin əlləriylə inkarçıların qabaqda gələnlərini əzablandırdığını ayələrində belə bildirir: Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq.
Əl-Muqtədir
Əl-Muqtədir (ər. المقتدر) - Allahın adlarından biri.
Vilma Montezi
Vilma Montezi — 1953-cü ildə cəsədi Roma yaxınlığında tapılan italyan qadın. Qadının sensasiyalı qətlinin üstü illər keçməsinə baxmayaraq hələ də açılmayıb. = Haqqında = Qadının cəsədi 1953-cü il aprel ayının 11-də paytaxtın Torvayanika adlı çimərliyində tapılmışdır. Öldürüldüyündə qadın 21 yaşında idi. Ailəsi tərəfindən 9 apreldə polis axtarışına verilmişdi. 1932-ci ildə Romada mühafizəkar bir ailənin qızı olaraq dünyaya gələn Vilmanın cansız cəsədi çimərlik işçisi Fortunato Bellini tərəfindən tapılıb. Dediyinə görə cəsədi aşkar edərkən nahar edirmiş və cəsəd arxasında sahildə uzanıqlı vəziyyətdə imiş. Uzun müddət araşdırmaların aparılmasına baxmayaraq qatilin tapıla bilməməsi hadisənin İtalyanın kriminal tarixinə yazılmasına səbəb olub. Ümumulikdə, proffessional qatilin cəsəd üzərində hər hansı əl izi və sübut qoymaması uzun müddət ölkədə əsas gündəm mövzusu olmuşdur.
Muntazar əl Zeydi
Muntazar əl Zeydi (ərəbcə: منتظر الزيدي‎; 15 yanvar 1979 və ya 12 dekabr 1979, Bağdad, Bəəs dövründə İraq) — ABŞ prezidenti Corc Uoker Buş və İraqın prezidenti Nuri əl Məliki görüşən mətbuatında ayaqqabı ataraq dünyada şöhrət qazanan iraqlı jurnalist Muntazar əl Zeydi 2008-ci il 14 dekabrda Bağdadda keçirilən mətbuat konfransında o zaman ABŞ prezidenti olan Corc Buşa ayaqqabısını atıb. Əl Zeydiyə əvvəlcə 3 il cəza verilib, sonradan əvvəllər məhkum olunmadığı üçün bu müddət 1 ilə endirilib. Həbsxanada özünü nümunəvi apardığına görə jurnalist cazasının doqquzuncu ayında - 2009-cu ilin sentyabrın 15-də azadlığa buraxılıb.