MƏMLÜKLƏR

kimlərinsə mülkiyyətində olan insanlar və kölələrdir. Bu qulların çoxu qara dərili afrikalılar ibarət idi. Bundan başqa qəbilələrarası döyüşlərdə əsir götürülənlər də kölə kimi satılırdılar. Bəzən yoxsulluq və aclıqla üzləşmiş insanlar da könüllü olaraq kölə olurdular. Bu səbəblər üzündən öz uşaqlarını köləliyə verənlər də olmuşdur. Məhəmmədin peyğəmbərliyi başlayanda köləlik bütün dünyada yayılmışdır. Bununla belə, o dövrün ictimai münasibətləri, sosial həyatı və iqtisadiyyatı kölələrsiz düşünülməzdir, onu ləğv etmək də mümkün deyildir. Buna görə də Quranda və hədislərdə, eləcə də İslam fiqhində kölələr haqqında çoxlu hökmlər vardır. Bu baxımdan, onlarla münasibətlər hüquqi cəhətdən tənzimlənmişdir. İslamda köləlik yalnız müsəlman olmayan hərbi əsirlərə aid idi. Könüllü köləlik və ya uşaqların kölə kimi satılması qadağan olunmuşdur. Kölə sahibinə müəyyən qədər pul ödəyəndən sonra azad ola bilərdi. Kölələr öz sahiblərinin mülkiyyəti olduqlarına baxmayaraq İslamda onlar üçün də hüquqi qaydalar təyin olunmuşdur. Sahibləri kölələrlə ədalətli davranmalı idilər (Quran, 4: 36). Şəriətə görə kölənin azadlığa buraxılması da dində bəyənilən bir əməldir. Belə ki, fiqhdə işlənilmiş bir günah qarşılığında kölənin azad edilməsi kəffarə sayılır və tövsiyə edilir. Kölələr öz dinlərində qala və ya öz istəkləri ilə müsəlman ola bilərdilər. Onların zorla müsəlmanlaşdırılmalarına yol verilmirdi. İslamı qəbul etmiş kölə zəkat və həcc kimi bəzi dini vəzifələrin icrasından azad edilirdi. Kölələr satıla və ya dəyişdirilə bilərdilər. Ancaq, uşağı olan kölə qadınla bunları etmək olmazdı. Kölələrin özlərinə məxsus heç bir şeyləri olmamışdır. Buna görə də onlar, qazandıqlarını öz sahiblərinə verməli idilər. Eyni zamanda onlar, sahibləri ilə anlaşıb, onlar üçün müəyyən qədər pul qazandıqdan sonra, bunun qarşılığı olaraq azadlıqlarına da qovuşa bilərdilər. Kölələr öz sahiblərinin razılığı ilə yalnız kölələrlə evlənə bilərdilər. Onların uşaqları isə azad olurdular. Sahiblər öz ərsiz kölə qadınları ilə kəbin kəsmədən münasibətlərə girə bilərdilər. Bu münasibətlərdən olan uşaqlar da azad olurdular. Onları satmaq və ya kiməsə hədiyyə etmək olmazdı. Sahibindən uşaq doğmuş kölə qadınlar sahibinin ölümündən sonra varislik hüququndan məhrum edilsələr də, ancaq azadlığa buraxılırdılar. Fiqhə görə kişi öz arvadı ilə birlikdə əsir düşmüşdürlərsə, köləlikdə də ər-arvad olaraq qalırdılar. Qadın tək olaraq əsir düşmüşdürsə, onda onun öncəki evliliyi pozulmuş sayılırdı.
MƏLƏKÜL-MÖVT
MƏMLÜKLƏR
OBASTAN VİKİ
Məmlüklər
Məmlüklər ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyanın idarə etdiyi dövləti sülalə (1250–1517). Məmlük söz mənasıyla ağ kölə deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Savaş əsiri və ya satın alınanlardan təşkil olunan hökmdarın muhafız birliklərinə bu ad verilmişdir. İlk dəfə Abbasi xəlifələri türk əsilli Məmlükləri ordu sıralarına cəlb etmiş, zamanla bunlar güclənərək öz dövlətlərini qurmuşlar. Misirdə qurulan Tulunoğulları (Tulunlular) və Ixşidilər (Axşidlər) belə ortaya çıxmışdılar. Misirdə qurulan Məmlük dövlətinin qurucusu İzzəddin Aybək də, Məmlük adı verilən Türkman əsilli sərkərdələrdən biriydi.
Bürci Məmlüklər
Bürcilər (ərəb. المماليك البرجية‎; əl-Məmalik əl-Bürciyyə) — 1382-ci ildən 1517-ci ilə qədər Məmlük sultanlığında hakimiyyətdə olmuş çərkəz əsilli sülalə. "Bürc" sözü "qala divarlarının üstü" mənasındadır. Belə ki, bu sülalədən olan məmlüklərin hərbi düşərgələri Qahirə qalası daxilində yerləşirdi. Bürci hakimiyyəti Məmlük sultanlığında qeyri-sabit dövr olmuş və sülalədən olan Məmlük sultanlarının hakimiyyətləri əsasən qısa çəkmişdir. Bu sülalənin üzvləri arasında taxt-tac uğrunda çəkişmələr Məmlüklərin nəzarətində olan Kipr adasının Əmir Teymurun qüvvələri tərəfindən işğalına və daha sonra Məmlüklərin Osmanlılara məğlub olmasına və beləliklə Məmlük sultanlığının süqutuna səbəb oldu.[mənbə göstərin] == Tarixi == 1250-ci ildən başlayaraq Məmlük sultanlığı qıpçaq-türk əsilli Bəhri sülaləsi tərəfindən idarə olunurdu. 1377-ci ildə Suriyada başlayan üsyanla dövlətin idarəçiliyi çərkəz məmlüklərin əlinə keçdi və 1382-ci ildə Bürcilərdən olan Seyfəddin Bərkuk Məmlük taxtına çıxdı. Bəhri sülaləsindən olan Zeynəddin Hacı 1389-cu ildə hakimiyyəti ələ keçirsə də, 1390-cı ildə Bərkuk yenidən hakimiyyətini bərpa etdi. Bu dövrdən etibarən Məmlük sultanlığında Bürci sülaləsi hakimiyyətə keçdi. == Bürci sultanları == == İstinadlar == == Ədəbiyyat == Clot, Andre (2009), L'Égypte des Mameloüks 1250-1517.
Bəhri Məmlüklər
Bəhrilər (ərəb. البحرية‎, Bəhriyyə) — Misir, Suriya və Hicazı əhatə edən Məmlük sultanlığını idarə edən qıpçaq-türk əsilli məmlüklərdən və onların nəsillərindən ibarət sülalə. Sülaləyə verilən Bəhri adının mənşəyi Əyyubi sultanı Saleh Əyyubi tərəfindən Nil çayının Roda adasında qıpçaq əsilli əsgərləri qəbul etmək üçün inşa etdirilmiş hərbi düşərgədən gəlir. Bəhrilərdən olan 24 sultandan bəziləri "Bəhriyyə" hərbi düşərgəsində yetişdirilmişdir məmlüklər, bəziləri isə nəsildən-nəsilə keçməklə taxta çıxmışlar. Bəhri hakimiyyətinin sonlarına yaxın sultanlar faktiki olaraq hakimiyyətlərini itirdilər və güclü məmlük əmirləri üçün "siyasi fiqura" çevrildilər. Bəhri sülaləsindən olan Məmlük sultanları Qahirədəki Müqəddəm təpəsində yerləşən Qahirə qalası içərisindəki sarayda yaşayırdılar. 1382-ci ildə sultan Bərkukdan etibarən Bəhrilərin hakimiyyətinə son verildi və Məmlük sultanlığı əsasən çərkəz əsilli Bürci sülaləsi tərəfindən idarə olunmağa başlandı. == Bəhri sultanları == == İstinadlar == == Ədəbiyyat == Clot, Andre (2009), L'Égypte des Mamelouks 1250-1517. L'empire des esclaves Paris:Perrin ISBN 978-2-262-03045-2. (fr.) Tür.
Bahri Məmlüklərinin siyahısı
Məmlük hökmdarlarının siyahısı — Məmlük sultanlığı 1250-ci ildə Əyyubi sultanı Saleh Əyyubinin məmlükləri tərəfindən qurulmuş və Əyyubilər dövlətini süquta uğratmışdır. Sultanlığın paytaxtı Qahirə şəhəri olmuş və müxtəlif dövrlərdə ərazisi Misir, Suriya və Anadolunun bəzi hissələrini, Cəzirə və Hicazı əhatə etmişdir. Məmlük sultanlığı 1517-ci ildə Osmanlı imperiyası tərəfindən süquta uğradılmışdır. Məmlük tarixi Bəhri və Burci dövrləri olmaqla iki yerə bölünür. Bəhri sultanları əsasən türk mənşəli, Bürcilər isə etnik çərkəzlərdən ibarət idi. İlk üç Məmlük sultanı Aybək, onun oğlu Mənsur Əli və Qutuz Bəhrilər sülaləsinin üzvü hesab edilsələr də, onlar "Bəhriyyə məmlük alayı"nın tərkibində deyildilər və Bəhrilərin siyasi maraqlarına qarşı çıxırdılar. Bəhrilərdən ilk sultan Baybarsdır. Bürcilər 1382-ci ildə sultan Bərkukun hakimiyyətə gəlməsi ilə taxta çıxdılar. Həmçinin 1512-ci ildə taxta çıxarılan və bir neçə ay hakimiyyətdə olan, 34-cü sultan Müstəin Billah Abbasi xəlifəsi idi və Bürci əmirləri tərəfindən siyasi fiqur kimi hakimiyyətə gətirilmişdi.
Burci Məmlüklərinin siyahısı
Məmlük hökmdarlarının siyahısı — Məmlük sultanlığı 1250-ci ildə Əyyubi sultanı Saleh Əyyubinin məmlükləri tərəfindən qurulmuş və Əyyubilər dövlətini süquta uğratmışdır. Sultanlığın paytaxtı Qahirə şəhəri olmuş və müxtəlif dövrlərdə ərazisi Misir, Suriya və Anadolunun bəzi hissələrini, Cəzirə və Hicazı əhatə etmişdir. Məmlük sultanlığı 1517-ci ildə Osmanlı imperiyası tərəfindən süquta uğradılmışdır. Məmlük tarixi Bəhri və Burci dövrləri olmaqla iki yerə bölünür. Bəhri sultanları əsasən türk mənşəli, Bürcilər isə etnik çərkəzlərdən ibarət idi. İlk üç Məmlük sultanı Aybək, onun oğlu Mənsur Əli və Qutuz Bəhrilər sülaləsinin üzvü hesab edilsələr də, onlar "Bəhriyyə məmlük alayı"nın tərkibində deyildilər və Bəhrilərin siyasi maraqlarına qarşı çıxırdılar. Bəhrilərdən ilk sultan Baybarsdır. Bürcilər 1382-ci ildə sultan Bərkukun hakimiyyətə gəlməsi ilə taxta çıxdılar. Həmçinin 1512-ci ildə taxta çıxarılan və bir neçə ay hakimiyyətdə olan, 34-cü sultan Müstəin Billah Abbasi xəlifəsi idi və Bürci əmirləri tərəfindən siyasi fiqur kimi hakimiyyətə gətirilmişdi.

Значение слова в других словарях