MƏRD-MƏRDANA

1. смело, мужественно, отважно, храбро; 2. открыто, откровенно, честно; 3. великодушно;
MƏRD
MƏRDANƏ
OBASTAN VİKİ
Mərd (film, 2014)
Mardaani (tərcüməsi: Mərd) 2014-cü ildə Pradeep Sarkarın rejissorluğu və Aditya Çopranın prodüserliyi ilə çəkilmiş olan Hind dilli döyüş triller filmidir. Filmdə baş rolda Rani Mukerji, ikinci planda isə Jisshu Sengupta, Tahir Rac Bhasin və Saanand Verma oynayır. Filmin hekayəsi Hindistan mafiyası tərəfindən oğurlanmış yeniyetmə qızın işinə olan marağı nəticəsində insan alverinin sirlərini açmağa nail olan polis qadın Şivani Şivaci Roy ətrafında cərəyan edir. 22 avqust 2014-cü ildə kinoteatrlarda nümayiş etdirilən film, Mukerjinin ifası üçün təriflər alaraq müsbət rəylər əldə etmiş və kommersiya müvəffəqiyyəti olaraq meydana çıxmışdır. Bunun ardınca 2019-cu ildə Mardaani 2 adlı davam filmi təqdim edilmişdir. Mardaani 2-nin müvəffəqiyyətindən sonra isə istehsalçı 2019-cu ilin dekabrında Mardaani seriyasının mümkün üçüncü hissəsini elan etmişdir.
Mərd 2 (film, 2019)
Mardaani 2 (tərcüməsi: Mərd 2) 2019-cu ildə hind dilində çəkilmiş döyüş triller filmidir və 2014-cü ildə çəkilmiş Mardaani filminin davamıdır. Bu filmin də, əvvəlki filmin ssenari xəttini yazan və eyni zamanda da əvvəlki filmlə rejissorluq debütünü qeyd edən Qopi Puthran tərəfindən rejissorluğu edilmiş və eyni zamanda da Yash Raj Films vasitəsilə Aditya Chopra tərəfindən prodüserliyi edilmişdir. Bu filmdə də Rani Mukerji əvvəlki filmdəki polis məmuru Şivani Şivaci Roy rolunu canlandırmışdır. Filmin süjet xətti onun yeni gələn Vişal Cetvanın canlandırdığı 21 yaşlı təcavüzkar və eyni zamanda da qatil olan birini tutmaq cəhdlərini izləyir. Mardaani 2, 10 dekabr 2018-ci ildə sosial media paylaşımı ilə elan edilmişdir. Çəkilişləri 2019-cu ilin martında başlanmış və geniş bir şəkildə əsasən Racastanda aparılmışdır. İlk baxış tarixi 2019-cu ilin aprelində olmuş və filmin ekranlara buraxılış tarixi 2019-cu ilin sentyabrı qeyd edilmişdir. Ekran işinin tempinə, istiqamətinə və performanslarına (xüsusilə Mukerji və Jethwanın) müsbət reaksiya almaq üçün üçün film 13 dekabr 2019-cu ildə buraxılmışdır. Film kassada müvəffəqiyyətli olmuş və dünya miqyasında ₹67,12 crore (8,4 milyon ABŞ dolları) gəlir əldə etmişdir.