mərtəbəli

sif.

beş ~ à quatre étages ; bir ~ ev maison f sans étage

mərtəbə
məruz
OBASTAN VİKİ
Hündür mərtəbəli avtobus
Hündür mərtəbəli avtobus, avtobus və ya trolleybus. Avtobusa girmək üçün bir neçə pilləkən vardir. Midiavtobuslar, mikroavtobuslar, şəhərlərarası avtobuslar, sərnişin avtobusları, qatarlar, yüngül relsli sistemlər və digər dəmir yolu nəqliyyat vasitələri kimi ictimai nəqliyyat vasitələri bu xüsusiyyəti daşıyır. Müasir dövrdə ictimai nəqliyyatda edilən yeniliklərlə əlaqəli, daha çox şəhər xaricində və xüsusi məqsədlər üçün istifadə olunur.
Mərtəbəli çeşidləmə alqoritmi
Mərtəbəli çeşidləmə alqoritmi (en. radix sorting algorithm) - çeşidləməni qruplaşdırılan elementlərlə, onların açarlarının ardıcıl komponentlərinə görə gerçəkləşdirən çeşidləmə alqoritmi. Məsələn, 0-dan 999-dək ədədlərin çeşidlənməsinə baxaq: birinci siyahı yüzlük mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, sonra bu siyahıların hər biri eyni zamanda onluq mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, və nəhayət, bu siyahıların hər biri təklik mərtəbəsinə görə çeşidlənir. Bu alqoritm, adətən, ikilik ədədlərin çeşidlənməsində daha səmərəli olur, çünki siyahılara ayırma, sadəcə, ədədlərin böyük bitlərinin müəyyənləşdirilməsiylə aparılır, siyahıların sayı isə heç vaxt ikidən artıq olmur. Mərtəbəli çeşidləmə alqoritmi (C dilində): include <stdio.h> define MAX 5 define SHOWPASS void print(int *a, int n) { int i; for (i = 0; i < n; i++) printf("%d\t", a[i]); } void radixsort(int *a, int n) { int i, b[MAX], m = a[0], exp = 1; for (i = 0; i < n; i++) { if (a[i] > m) m = a[i]; } while (m / exp > 0) { int bucket[10] = { 0 }; for (i = 0; i < n; i++) bucket[(a[i] / exp) % 10]++; for (i = 1; i < 10; i++) bucket[i] += bucket[i - 1]; for (i = n - 1; i >= 0; i--) b[--bucket[(a[i] / exp) % 10]] = a[i]; for (i = 0; i < n; i++) a[i] = b[i]; exp *= 10; #ifdef SHOWPASS printf("\nPASS : "); print(a, n); #endif } } int main() { int arr[MAX]; int i, n; printf("Enter total elements (n < %d) : ", MAX); scanf("%d", &n); n = n < MAX ? n : MAX; printf("Enter %d Elements : ", n); for (i = 0; i < n; i++) scanf("%d", &arr[i]); printf("\nARRAY : "); print(&arr[0], n); radixsort(&arr[0], n); printf("\nSORTED : "); print(&arr[0], n); printf("\n"); return 0; } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İki mərtəbəli karvansaray (Şuşa)
İkimərtəbəli karvansara — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On dokkuzuncu əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Mövcudluğunun ilk günlərindən o, Şuşada ən çox qonağı olan karvansaraya çevrildi. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi. Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı.
Haşımovun dörd mərtəbəli gəlir evi
Haşımovun dörd mərtəbəli gəlir evi — Əziz Əliyev küçəsi, 11 ünvanında yerləşən və azərbaycanlı milyonçu Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi. == Haqqında == Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi 1908-ci ildə tikilib. Fasadı roman memarlığının üslub prinsipləri və sakit modernin böyük əlaməti üzərində inşa edilib. Fasad yarımdairəvi tağlarla tamamlanan şaquli detallarla ayrılıb. Bütöv bloklardan olan daşdan düzəldilmiş kronşteynlərin modernist formaları ilə roman motivləri gözəl uyğunlaşdırılıb. Modern üslubunda eyvanların metal məhəccərlərinin nəfisliyi və qabarıq detalların formalarının ciddiliyi geniş profilli eklektikanı təcəssüm etdirir.
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi— Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. == Haqqında == 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir. Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir.

Значение слова в других словарях