Mərəköçdü
Mərəköçdü (az.-əbcəd مره کؤچدو) — Azərbaycanda daşla oynanılan strategiya oyunu. Hər bir oyunçu 3 mərə (oyuq) və 21 daşla oyuna başlayır.
== Tarixi ==
Mərəköçdü oyunun tarixi çox qədimlərə gedib çıxır. Metin Anda görə oyun Asiya mənşəlidir. 1979-cu ildə "Beynəlxalq Mədəniyyət Jurnalı"nda Türkiyədə manqala, Azərbaycanda mərəköçdü adlandırılan oyunun mətni verilmişdir.
== Oyunun qaydaları ==
Bu oyunu iki və ya dörd uşaq oynayır. Dairə şəklində hər uşağa üç mərə düzəldirlər. Hərə 21 balaca daş götürür, daşları iki-iki saymaqla mərə-mərə paylayıb yığır. Say belədir:
Hər mərəyə yeddi daş yığırlar. Qürrə atıb oyuna başlayırlar.