Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zənbil
Zənbil — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunlugu 0,9 km, eni 0,4 km-dir. Sahildən uzaqlıq 9,5 km təşkil edir. Sahəsi 0.4 Km² təşkil edir. Adından məlum olduğu kimi türk sözüdür, "hörülmüş səbət" deməkdir. Yəqin ki, bu ad adanın uzaqdan çevrilmiş səbətə bənzədilməsindən yaranıb. Duvannıy ismini adaya ruslar verib. Belə bir fərziyə var ki onun adı Stepan Razinlə bağlıdır. X-əsrdə Slavyanların basqınları zamanı onlar adada olmuşlar. == Ekologiyası == Səngəcal neft estakadalarına yaxın olması neft çirklənməsi təhlükəsi yaradır.
Çoğa Zənbil
Çoğa Zənbil — (farsca: چغازنبيل), Elam dilində "Dur-Untaş", İranın Xuzistan ostanı, Şuş şəhərinin 45 km cənubunda, Şuş-Yəzd yolunun kənarında, tarixi "Yeddi Təpə" məntəqəsinə yaxın bir ərazidə yerləşir. Xüsusən orta Elam dönəminə (e.ə. 1500-1000) aid tarixi yerdir. == Tarixi == Çoğa Zənbil məbədi Dur-Untaş şəhərinin qalıqlarındandır. Bu ibadətgah Elam şahı Untaş Qal(e.ə.1250-ci il) tərəfindən Şuş şəhərinin qoruyucusu olan ilahə İzəd İnşuşinaka ibadət məqsədilə tikilib. Əvvəllər məbədin hündürlüyü 52 metr olub. 5 mərtəbəli olan məbədin günümüzə yalnız iki mərtəbəsi gəlib çatıb və hazırda məbədin hündürlüyü 25 metrdir. Çoğa Zənbil yerli kəlmə olaraq "Çoğa"(lor dilində təpə deməkdir) və "Zənbil"(səbət) kəlmələrinin birləşməsindən yaranıb və məbədin yerləşdiyi təpəyə aid edilir ki, tərsinə çevrilmiş səbəti xatırladır. Bu məkan arxeoloqlar tərəfindən "Dur-Untaş" olaraq adlandırılır və "Dej-Untaş"(Untaş Qalası) mənasındadır. Untaş Qal Elam şahı olub və bu məbədin tikilməsinə o göstəriş verib.
Çənbil
Çənbil xanım və ya Çənbil xatun - türk mifologiyasında dağ ilahəsi. Çembil (Çenbil, Cenbil) olaraq da adlandırılmışdır. Koroğlu dastanındakı Çenlibel (Çamlıbel) dağ adıyla yaxından əlaqədardır. Koroğlunu qoruyan bu dağ ilahəsi zaman içərisində bir yer adına çevrilmişdir. Azərbaycanlıların Koroğlu dastanında Çenlibel olaraq keçən dağ Anadoluda Çamlıbelə çevrilmişdir. Cembil bəzən də Koroğlunun anasının adı olaraq qarşımıza çıxar. Bir başqa nöqteyi-nəzərdən, tərs məntiqlə , onu var edən yerlərə köçən zaman ərzində şəxsiyyət verib anası halına gətirilməsi olaraq da ələ alına bilər. Daha sonra dara düşdükdə bu dağlara sığınmışdır. Dağ, su və ağac kimi bütün müqəddəs ünsürlər burada toplanmışdır. == Etimologiya == (Çin / Çim / Çen / Çem) kökündən törəmişdir.
Zərbil (Kəleybər)
Zərbil (fars. زربيل‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 243 nəfər yaşayır (57 ailə).
Çenbil
Çənbil xanım və ya Çənbil xatun - türk mifologiyasında dağ ilahəsi. Çembil (Çenbil, Cenbil) olaraq da adlandırılmışdır. Koroğlu dastanındakı Çenlibel (Çamlıbel) dağ adıyla yaxından əlaqədardır. Koroğlunu qoruyan bu dağ ilahəsi zaman içərisində bir yer adına çevrilmişdir. Azərbaycanlıların Koroğlu dastanında Çenlibel olaraq keçən dağ Anadoluda Çamlıbelə çevrilmişdir. Cembil bəzən də Koroğlunun anasının adı olaraq qarşımıza çıxar. Bir başqa nöqteyi-nəzərdən, tərs məntiqlə , onu var edən yerlərə köçən zaman ərzində şəxsiyyət verib anası halına gətirilməsi olaraq da ələ alına bilər. Daha sonra dara düşdükdə bu dağlara sığınmışdır. Dağ, su və ağac kimi bütün müqəddəs ünsürlər burada toplanmışdır. == Etimologiya == (Çin / Çim / Çen / Çem) kökündən törəmişdir.
Zebil nahiyəsi
Zebil nahiyəsi — Naxçıvan ərazisində nahiyə. == Osmanlı dövründə == Zebil nahiyəsində isə 24 kənd olmuşdur. Bunlardan əlavə Zebil nahiyəsində 18 yaylaq da qeydə alınmışdır.
Mənbic
Mənbic (ərəb. منبج‎, kürd. Minbic) Suriyanın şimalında, Hələb mühafəzəsində şəhər. Mənbic mühafəzənin şimal-şərqində, Fərat çayından 30 kilometr qərbdə, dəniz səviyyəsindən 483 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Mənbicdən 74 kilometrlik məsafədə yerləşir. 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 30.812 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 78.255 nəfər idi. Şəhərin adı ilk dəfə Bambika kimi qədim yunan mənbələrində çəkilir. Böyük Plini bu şəhəri Atarqatis (Astarta) ilahəsinin sitayiş mərkəzi kimi qeyd edir. Orta əsrlərdə şəhər bizanslılar, ərəblər, əhli-səlib və türklər arasında əldən ələ keçirdi.
Məncil
Məncil — İranın Gilan ostanında yerləşən şəhər. Məncil şəhəri İranda öz külək turbinləri ilə məşhurdur. == Coğrafiya == Məncil Tehrandan 210 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 314 metr yüksəklikdə və Ammarlı dağının qərbi ətəyində yerləşir.Ortalama illik yağıntı miqdarı burada 477 milimetr dir. Məncil Qızılüzən çayının şərq sahilindəki dağlıq ərazidədir. Burası çox küləkli bir bölgə olaraq, son illərdə Məncildə bölgənin küləklərindən elektrik enerjisi istehsal etmək üçün bir neçə külək stansiyası quraşdırılmışdır.Məncil küləyi bu şəhərin şöhrət amillərindən biridir ki, yazda və yayda tez-tez daha çox, payızda və qışda daha az kəskinləşir. Bu külək çoxdan yerlilər arasında Məncilin Yeddi Küləkləri olaraq bilinir və elə güclüdür ki, burada bol əkilən zeytun ağaclarını tez-tez bir yana əyir.Məncilə gəldikdə, şübhəsiz ki, hamımız yel və onun külək turbinlərini xatırlayırıq. Bu turbinlər yalnız təmiz enerji istehsalının ən böyük qaynaqlarından biri deyil, eləcə də bu şəhərə xüsusi bir şöhrət və gözəllik verir. Bu turbinlərin və Sefidrud suanbarının mövcüdluğu səbəbindən bu şəhər bölgənin alış-veriş mərkəzi kimi tanınır. Külək təsərrüfatları əslində fosil yanacaq yerinə külək enerjisinin istifadə olunduğu elektrik stansiyalarıdır. Buna görə də çox vacibdirlər.
Mənzil
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Fəniil
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. == Müəyyənləşdirilməsi == 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Fənuil
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. == Müəyyənləşdirilməsi == 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Zəbid
Zəbid—Yəməndə tarixi bir şəhər. == Coğrafiyası == Yəmən Tihaməsində Hudəydənin 100 km. cənubi-qərbində yerləşir. Qırmızı dənizə 25 km. uzaqlıqdadır. == Tarixi == Şəhər, adını ortasında qurulduğu verimli vadidən almışdır. Bura öncələri Əşarilərdən Husayb ibn Abdüşəmsə izafətən Husayb adıyla bilinməkdə və bir neçə kənddən meydana gəlməkdəydi. Bölgədə yaşayan Əşar (Əşairə) qəbiləsi mənsublarından içlərində Əbu Musa əl-Əşarinin də olduğu bir heyət 628-ci ildə müsəlman olduqlarını bildirmək üzrə Mədinəyə doğru yola çıxmış, ancaq mindikləri gəmi fırtına üzündən Həbəşistan sahilinə sürüklənincə buradakı mühacirlərə qatılmışdılar. Həzrət peyğəmbərin bölgəyə vali təyin etdiyi Tahir b. Əbu Halə ilə Əbu Musa əl-Əşaridən sonra Yəmən Xüləfa-yi Raşidin və Əməvilər dövründə, ardından Abbasilərin ilk dönəmində valilər tərəfindən idarə olundu.
Zənci
Zənci (isp. negro «qara (rəng)», — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Mənbə == Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Ərbil
Ərbil və ya Həvler — İraqda, Kürdüstan Regional Hökumətinin tərkibində şəhər. Dünyada ən qədim şəhərlərdən biri olduğu iddia olunur. == Tarixi == Şəhər şumerlər tərəfindən salınmışdır. Erbil tarixinin qədim daimi yaşayış şəhərlərindən biridir təklif edilmişdir. Ur olan Neo-Qədim hökmdarı Amar-Sin ikinci il Urbilum işdən. (1975 BC ətrafında) Ərbil 2000 ətrafında M. Ö. 608 BC qədər bir Asur şəhəri idi və fars, yunan, Parfiya, Roma və Sasani hakimiyyəti altında bir Assyria vilayətinin bir hissəsi qalmışdır. Bu fars idarə Assyria paytaxtı idi. Minilliyin dən sonra, orta imperiyası altında Cyaxares yəqin Nineveh ilə ələ. Fars imperatoru Cyrus da onların yardım üçün bir mükafat olaraq, Arbela və Kərkük ildə Sagarthians qədim İran qəbilənin insanları bir sıra həll ola bilər 547 BC böyük işğal Assyria və paytaxtı kimi Arbela Yaşlı fars Aθurā Assyria adlı bir Achaemenid satrapy yaradılmışdır. Makedoniyalı İsgəndər M. Ö. 331 İranlı Darius III məğlub olan Gaugamela Savaşı, yer təxminən 100 kilometr (62 mil) Ərbil qərb etmişdir.
Mənzil (Kahta)
Mənzil — Adıyaman əyalətinin Kahta rayonunda yerləşən kənddir. == Tarix == Kəndin adı 1928-ci ildəki qeydlərdə də indiki adı ilə qeyd edilmişdir. 1960-cı il qeydlərində isə kəndin adı Durak olaraq xatırlanır. 2012-ci ildən sonra isə kənd yenidən indiki adını almışdır. Türkiyədə şöhrət qazanmış Nəqşibəndi təriqətinin bir qolu olan Mənzil Camaatı öz adını bu kənddən götürmüşdür. == Coğrafiyası == Kənd Adıyaman şəhər mərkəzindən 75 kilometr, Kaxta rayon mərkəzindən 42 km isə məsafədə yerləşir.
Mənzil (din)
Mənzil sufinin Sufizmdə çatmaq istədiyi yerdir. Bundan əlavə, Quranda oxucuya asan olsun deyə, Quranı bir həftə içində oxuyub başa çatdırmaq istəyənlər üçün mətnin yeddiyə bölünmüş hissələri Mənzil adlandırılır.
Mənzil camaatı
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Mənzil icması
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Sadıq Şəndil
Sadıq Şəndil (d. 1913, İstanbul - ö. 28 İyul 1986, İstanbul) — Türkiyə yazıçısı və ssenaristi. Peşəkar sənət həyatına 1953-cü ildə ssenari yazmaqla başlayan Sadiq Şendil, Türk kinosuna 200 yaxın filmi ssenarisi yazaraq böyük bir iştirak etmişdir. Türk teatr və kino tarixinin əhəmiyyətli əsərlərini çıxaran Şendil, 8 əsər yazmış, məşhur serial-film ssenarilərinə da imza atmışdır. Sənətçi, xüsusilə Kamal Sunal filmləri və Hababam Sınıfı ardıcıllığıyla tanınır. Sadiq Şendil, bir dövr Müjdat Gezen'le birlikdə "Güldürü İstehsal Mərkəzi" 'ndə çalışdı. Məşhur İldə Bir Gün mahnısının sözlərini yazan Şendil `ssenariləri, ağırlıqlı olaraq Ertem Eğilmez və Sırrı Gültekin tərəfindən filmə alındı​​. == Mükafatları == 7. Antalya Film Şənliyi, 1970, Ən Yaxşı Ssenari, Ürəyimin Əfəndisi 7.
Studio mənzil
Studio mənzil adətən bir otaqlı kiçik mənzildir. Belə tipli mənzilin içində daxili ara divarlar yoxdur və mətbəx, qonaq və yataq otağları bir sahədə yerləşdirir. 20-ci əsrin əvvəllərində studio mənzillər azsaylı mebel ilə və bəzən binalarda ortaq vanna otağı olan kiçik yaşayış yerlər idi.Bu günlərdə studio mənzillər daşınmaz əmlakın müxtəlif seqmentlərində təmsil olunur. Kiçik ölçülü mənzillər ekonom sinifə daxildir. Lüks binalarda isə böyük studio mənzillər də təklif olunur. == Müxtəlif ölkələr == === Argentina === Argentinada bir otaqlı mənzili “monoambiente” adlanır (ispan dilində “mono” bir, “ambiente” isə otaqdır). === Avstriya, Almaniya === Almaniyada bir otaqlı mənzili ənənəvi olaraq “Garçonnière” (fransız dilində “garçon” sözünün mənası oğlan, gənc və ya bakalavr-dır) və ya “Einzimmerwohnung” (“Ein” bir, “Zimmer” otaq, “Wohnung” isə mənzil deməkdir) adlanır. === Honq Konq === Honq-Konqda studio mənzili təxminən 10 kvadrat metr sahəsi və əlavə vanna otağı və mətbəx daxili olan bir mini-mənzildir. Yaşayış sahəsinin minimum ölçüsü bir avtomobil parkının ölçüsüdür. === Kanada === Kanadada studio mənzili “bachelor” (subay adamın mənzili) adlanır.
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. == Xarici görünüş == Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Zəngir (Germi)
Zəngir (fars. زنگير‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (110 ailə).
Zenobia
Zenobia — III əsrdə Suriyada hökm sürən Palmira İmperatorluğunun kraliçasi və Kral Septimius Odinatusun ikinci həyat yoldaşı.Kralın ölümüylə rəhbərliyi ələ keçirdi və əsir düşənə qədər imperatorluğu idarə etdi.Suriya, Livan, Fələstin, Misir və Anadolunun cənub və şərq bölgələrini idarəsi altına aldı.Roma İmperatoru Orelian tərəfindən imperatorluğu yıxılaraq, əsir alındı və İtaliyanın Tibur (Tivoli) şəhərində iqamətə məcbur edildi. == Həyatı == Zenobia, Suriyanın Palmira şəhərində dünyaya gəlib və böyüdü.Latın və Yunan yazıçılar onu Zenobia kimi adlandırıblar. Onun Roman adı Julia Aurelia Zenobia və Yunancada Zēnobía (yun. ἡ Ζηνοβία) və ya Septimia Zenobia kimi tanınır."Septimia"nı Septimius Odaenatus ilə evləndikdən sonra adına əlavə ediblər.Onun adının Aramicə forması Bat-Zabbai (arami. בת זבי) idi. Ərəbcə yazıçılara, o al-Zabbā (ərəb. الزباء‎) kimi tanınır.
Enlil
Enlil — Şumer-Akkad mifologiyasında baş tanrı. == Ümumi məlumat == Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə malik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilirdi. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi. Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gilqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən tanrı imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..