NÜY

I
(Daşkəsən, Qazax)
dərə. – Qoyunnarı nüyə apar otdasın (Qazax)
II
(Xanlar)
üskük. – Nüyü barmağa keçirillər paltar tikəndə
NÜTVƏ
NÜYƏ
OBASTAN VİKİ
Nüydü
Nüydü (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Nüydü (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nüydü bələdiyyəsi — Azərbaycan Respublikasının Ağsu rayonunda bələdiyyə. Nüydü abidələri — Ağsu rayonunun Nüydü kəndinin cənub-qərbində Nüydü düzündə aşkar edilmiş e.ə. III—I əsrlərə aid arxeoloji kompleks. Nüydü dəfinəsi — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında tapılmış antik dövrə aid gümüş pullar dəfinəsi.
Nüydü (Ağsu)
Nüydü — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd. Nuran sovetliyində kənd. Rayon mərkəzindən 27 km şimalda, dağ ətəyindədir. Əhalisi üzümçülük və heyvandarlıqla məşğuldur. Səkkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Kəndin yaxınlığındakı Nüydü düzündə qədim yaşayış yeri və qəbiristandan (vekropoldan) Qafqaz Albaniyasının tarixinə aid maddi mədəniyyət nümunələri ilə zəngin olan arxeoloji abidələr — Nüydü abidələri aşkar edilmişdir.
Nüydü (Şamaxı)
Nüydü — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nunun Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Kənd əhalisi 711 nəfərdir ki, onun da 336 nəfərini kişi, 375 nəfərini isə qadınlar təşkil edir. 113 təsərrüfatı var. 19-cu əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Nüydü 1-ci kəndi (13 ailə, 97 nəfər), Şamaxı qəzasının Qəbiristan sahəsində Nüydü 2-ci kəndi (49 ailə, 329 nəfər) qeydə alınmışdır. Qoşun sahəsində qeydə alınan Nüydü kəndi Ağsu rayonundakı eyniadlı kənd, Qəbiristan sahəsindəki isə müasir Şamaxı rayonundakı Nüydü kəndidir. Kəndin adı tat dilindəki nüy (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Yaşayış məntəqələri köhnə kənd yerlərinin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.
Nüydü abidələri
Nüydü abidələri — Ağsu rayonunun Nüydü kəndinin cənub-qərbində Nüydü düzündə aşkar edilmiş e.ə, 3—1 əsrləra aid arxeoloji kompleks. Yaşayış yeri və qəbiristandan ibarətdir (sahəsi təqribən 10—12 ha-dır). Axtarışlar zamanı (1961, 1965) yaşayış yerindən çoxlu əmək aləti (dən daşları, kirkirələr, dəmir çin, təsərrüfat küpləri və s.), habelə çay daşından ev bünövrəsi, müxtəlif məişət avadanlığı və s., qəbiristandan isə saxsı qablar, bəzək şeyləri, müxtəlif silahlar (dəmir nizə, tuvc dəbilqə), ostoloji qalıqlar və s. aşkar edilmişdir. 1972—1973 və 1975-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı isə (mədəni təbəqənin qalınlıqı təqribən 1,5 m) bina qalıqları, təsərrüfat quyusu, küplər, dəndaşı, daş toxa, çaxmaqdaşı və dəvəközüdəv alət qırıqları tapılmışdır. Bir neçə küp qəbir istisna olmaqla, qəbiristan əsasən torpaq qəbirlərdən (təqribən 50 qəbir tədqiq edilmişdir) ibarətdir. Buradan çoxlu keramika, dəmir nizə, çapacaq, oraq, bıçaq, tuvc bilərzik, üzük, sırğa, sancaq, şüşə muncuqlar və s. aşkar edilmişdir. Üzəri bəzədilmiş müxtəlif çeşidli qırmızı və qara rəngli zərif saxsı məmulatı dulus küpəsində bişirilmişdir. Qazıntılar nətiçəsində gümüş pul dəfinəsi - Nüydü dəfinəsi və ayrı-ayrı sikkə nümunələri də aşkar edilmişdir.
Nüydü bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nüydü dəfinəsi
Nüydü dəfinəsi — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında tapılmış antik dövrə aid gümüş pullar dəfinəsi. 36 sikkədən ibarət dəfinə 11 №-li qadın qəbirində bükülü vəziyyətdə basdırılmış ölünün ayaq tərəfinə qoyulmuş kiçik küpədə (dopu) aşkar edilmişdir. Bir üzünda sxematik insan başı, əks tərəfində isə əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi—?) tutmuş adam təsviri həkk edilmiş sikkələrin yazısı yoxdur. Yerli alban (Qafqaz) pulları olan bu sikkələr Makedoniyalı İskəndərin pullarına bənzədilərək kəsilmişdir. Belə anonim sikkələr Azərbərbaycanın digər yerlərində (Xınıslı, Qəbələ və Yaloylutəpə) də aşkar edilmişdir.
Nüyvər Xasıyeva-Quliyeva
Nüyvər Xasıyeva-Quliyeva (tam adı: Nüyvər Xəlil qızı Xasıyeva-Quliyeva; d. 1929, Nuxa qəzası) — sovet dövrü Azərbaycan tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1950). == Haqqında == 1929-cu ildə Azərbaycan SSR-in Nuxa qəzasının Bideyiz kəndində anadan olub. 1944-cu ildən kolxozçudur. 1961-ci ildə Şəki rayonunun Karl Marks adına kolxozunun kolxozçusudur. 1949-cu ildə 3 hektarlıq sahədə hər hektar üzrə 24.3 sentner olmaqla "Samsun" tütün sortu əldə etmişdir. SSRİ Ali Sovetinin Prezidiumunun qərarı ilə 17 iyun 1950-ci ildə yüksək tütün məhsulu əldə etməsinə görə 1949-cu ildə Quliyeva Nuyvar Xəlil qızı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni və "Çəkic və Oraq" qızıl medalı ilə təltif edilmişdir. 2002-ci ildən prezident təqaüdçüsüdür.