nal-mıxsız

nal-mıxsız
nal-mıxlı
nala-mıxa
OBASTAN VİKİ
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.
Çoqunxebani-nal
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Nal-i Səadət
Nal-i Səadət və ya Nal-i Şərif - İslam Peyğəmbəri Məhəmmədin səndəlləri. Original səndəllər hal-hazırda digər Müqəddəs Əmanətlərlə birlikdə Topqapı Sarayında saxlanılır.
Nal dərəsi qayaüstü təsvirləri
Nal dərəsi qayaüstü təsvirləri — Bu təsvirlər 2016-ci ildə Culfa rayonun Gülüstan kəndi ərazisində, Nal dərəsində tərəfimizdən qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Gəmiqaya təsvirləri kimi onlar da çızma və döymə üsulu ilə, sxematik xarakterdə, müyyən süjetdə çəkilmişlər. Ən çox dairəvi və yarımdairəvi rəsmlərdən istifadə edilmişdir. Bundan başqa nöqtə, sxemaktik xarakterli işarələr də çəkilmişdir. Gəmiqaya təsvirlərində olduğu kimi orada da müəyyən süjetlər əks olunmuşdur. Qayaüstü təsvirlərdə insanların dini ideoloji görüşləri ilə yanaşı qədim türk mədəniyyətinə aid elementlərin müşahidə edilməsi, onların bənzərlərinin türk damğaları içərisində olması Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixə malik olduğunu, bu bölgənin tarixən prototürk mədəniyyətinin mərkəzlərindən biri olduğunu sübut edən yeni elmi faktlardandır.Abidə e.ə II-I minilliklərə aiddir.
Kasaoka Nal Yengəci Muzeyi
Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan) – Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. == Tarixi == Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır. Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur. == Xüsusiyyətlər == Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir.