Narkolepsiya
Narkolepsiya — Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlik.
Xəstəlik adətən gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman, yeriyərkən və hətta velosiped ilə gedərkən belə baş verə bilər. Tutma bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər.
Bir qrup xəstələrdə səbəbkar faktoru təyin etmək mumkun olmasa da, digər qrup xəstələrdə narkolepsiya keçirilmiş infeksiyadan (epidemik ensefalit, malyariya), kəllə – beyin travmalarından sonra ortaya çıxır. Xüsusi hallarda irsi faktorun rolu qeyd edilir. Narkolepsiyanin səbəbi hipofizin III mədəciyin şişləri, daxili hidrosefaliya ola bilər.