Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moizm
Moizm (mo tzya) (墨家) – Çində olan etik-siyasi təlim. Moizm banisi Mo tszı (Mo Di) olan etik-siyasi təlimdir. O, e.ə. 486-cı ildə anadan olmuş və 90 il yaşamışdır. Mo təlimi üçün ümumi sevgiyə çağırış, bütün münaqişələri sülh vasitələrlə həll etməyi tələb etmək və s. səciyyəvidir. Moçular qeyri-adi insan idilər, onlar şəxsi olanı tam unutmaqla, ümumi rifah və ədalət naminə hər şeyi qurban verməyə hazır olmaları ilə müasirlərini heyrətləndirirdilər. Moçu, məktəb rəhbəri uğrunda xoşbəxtcəsinə öz həyatını verə və başqasına etdiyi yamanlığa görə yeganə oğlunu öldürə bilərdi. == Ədəbiyyat == Ян Хин-шун Теория познания моистов // Вопросы философии.1956.№ 1. Титаренко М.Л. Мо-цзы и ранние моисты о процессе познания.// Вопросы философии.1964.№ 11.
Molize
Molize - İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Molize Cənubi İtaliyada və ikinci kiçik İtaliya bölgəsidir. Molizeyin sahəsi 4,438 km², əhalisi təxminən 320,000 min nəfərə yaxındır. Region mərkəzi Kampobasso şəhəridir.
Edvard Morze
Edvard Silvester Morze (18 iyun 1838, Portlend[d], Men ştatı – 20 dekabr 1925, Salem[d], Massaçusets) – ABŞ-li zooloq, astronom və Yaponiya mədəniyyəti üzrə mütəxəssis. Quru ilbizlərini, molyuskları və çiyinayaqlıları tədqiq etmişdir. Yaponiya arxeologiyasının qurucusu hesab olunur. 1877–80-ci illərdə Yaponiyada olmuş, yapon dulusçuluq sənətini və yapon evlərini öyrənmişdir. Yaponiyanın "Doğan günəş" ordeni ilə mükafatlandırılan ilk amerikalıdır. Bir çox elmi cəmiyyətin, eləcə də, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur. == Həyatı == === İlk illəri === 1838-ci ildə ABŞ-nin Men ştatının Portlend şəhərində anadan olmuşdur. Conatan Morze və Ceyn Bekketin oğlu idi. Atası qunduz xəzi biznesi ilə məşğul idi, anası elmlə maraqlanan qadın idi. Uşaqlıqda Morze balıqqulağı toplamağı sevirdi və 17 yaşında Portlend Təbiət Tarixi Cəmiyyətinə qoşulmuşdu.
Morze əlifbası
Morze kodu — telekommunikasiyada mətn simvollarını nöqtə və tire adlanan iki fərqli siqnal müddətinin standartlaşdırılmış ardıcıllığı kimi kodlaşdırmaq üçün istifadə olunan üsul. Morze əlifbası elektrik teleqrafı üçün qəbul edilmiş sistemin ilk tərtibatçılarından biri olan Samuel Morzenin adını daşıyır. Beynəlxalq Morze kodu a-dan z-yə kimi 26 əsas Latın hərfini, bir vurğulu Latın hərfini (é), ərəb rəqəmlərini və durğu işarələri və prosedur siqnallarının kiçik dəstini kodlaşdıra bilir. Böyük və kiçik hərflər arasında heç bir fərq yoxdur. Hər bir Morze kodu simvolu nöqtə və tire ardıcıllığı ilə formalaşır. Siqnalın aydınlığı və operatorun bacarığına görə müddət dəyişə bilər, lakin hər hansı bir mesaj üçün müəyyən edildikdən sonra bu Morze əlifbasında əsas vaxt ölçü vahididir. == Tarixi == 6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: "A patient waiter is no loser" ("Səbr edən heç vaxt uduzmur"). Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitəsilə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi.
Samuel Morze
Samuel Finli Briz Morze (ing. Samuel Finley Breese Morse, 27 aprel 1791[…], Çarlztaun[d] – 2 aprel 1872[…], Manhetten, Nyu-York ştatı) — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı. == Haqqında == Samuel Morze 19 yaşında Yel Universitetini bitirib. Londona gedib geri döndükdən sonra portret janrı o dövrdə çox populyar olduğuna görə bu janrda rəsmlər çəkməyə başlayıb. "Köhnə millət məclisi", "Luvr qalereyası" "Heraklın sonu" onun ən məşhur tablolarındandır. 1826-cı ildə Milli İncəsənət Akademiyasının qurulmasında böyük rolu olub, bu qurumun ilk başçısı seçilib. 1832-ci ildə Nyu-York Universitetinin Rəsm və Heykəl Şöbəsinin professoru olub. Teleqraf sistemi ilə əlaqəli tədqiqata başlayandan sonra rəssamlıq fəaliyyətinə ara verib. Morzenin mexaniki araşdırmalara marağı gənc yaşlarında başlamışdır. 1832-ci ildə etdiyi okean səyahətində, Charles Tomas Jacksonun elektriklə əlaqədar son inkişafları izah etməsi üzərinə, Nyu-York Universitetində elektromaqnetik mövzularında öyrəndikləri mövzular, başında elektrikli teleqraf fikrini doğurdu.
Maoizm
Maoçuluq və ya maoizm — adını Mao Tszedundan alan, kapitalizmin Avropadakı kimi bir inkişaf seyri izlemediği Uzaq Şərq cəmiyyətlərinə xas Marksizmin praktikası olaraq ifadə edilə bilər. Maoizm, Marksizm-Leninizm siyasət elminin 3. keyfiyyət mərhələsidir və çöllərdə şəhərləri əhatə edərək proletar diktatorluğuna çatmağın tək qızıl açarıdır. Maocuların minimum proqramlarında isə , müstəqilliyin təmin edilməsi və feodalizmin təmizliyi vardır. Asiya tipi istehsal tərzi olaraq ifadə edilən və Şərq cəmiyyətlərinə xas olan bu vəziyyət Avrupa'dakinden fərqli bir mülkiyyət quruluşlanmasının bir nəticəsidir. Avropada torpaq sahibi Lordlar olduqları bölgədə Kralın səlahiyyətlərini paylaşar öz bölgələrində müstəqil hərəkət edərkən Asiya cəmiyyətlərində belə bir vəziyyət görülməz , mərkəzi avtoritet güclü quruluşunu davam etdirə bilmək üçün torpağı bəzi kəslərə mülk olaraq devretmez , ancaq torpağın istifadə haqqını bəzi şərtlər altında təhvil verər . Beləcə ölkə torpaqlarının hamısı dövlətə ya da eyni mənanı gəlmək üzrə mərkəzi nüfuza asılıdır. Belə bir mülkiyyət quruluşlanmasının nəticəsi olaraq Asiya cəmiyyətlərinin istehsal quruluşu Avropadakı istehsal yapısınından farklılaşmıştır Mao bu ikili quruluş içərisində Marksizmin həyata keçirilməsi və sosialist iqtidarın qurula bilməsi üçün Asiya cəmiyyətlərinə fərqli bir təşkilatlanma tətbiq etmişdir. Mao dövründə Çin əhalisinin əhəmiyyətli bir hissəsi köylüydü . İşçi sinfi isə bir neçə böyük şəhərdə çox məhdud sayda mövcud idi.
Mirzə
Mirzə — titul, ünvan. == Titulun tarixi == Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. == Yazılış şəkili == Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Moilər
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Monizm
Monizm (yun. monos – bir, vahid) — bütün mövcudatın əsasının bir başlanğıcdan ibarət olmasını qəbul edən fəlsəfi təlim. Həm materialist, həm də idealist monizm mövcuddur. Materialistlərə görə, dünyanın başlanğıcı, əsası materiyadır. İdealistlər isə ruhu, ideyanı bütün hadisələrin vahid başlanğıcı hesab edirlər. İdealist monizmin ən ardıcıl forması Hegel fəlsəfəsidir. Dünyanı maddi, bütün hadisələri isə hərəkətdə olan materiyanın müxtəlif növləri hesab edən dialektik materializm üçün ardıcıl materialist monizm xarakterikdir. Elmi materialist monizm dialektik materializm üçün səciyyəvidir. Marksizm fəlsəfəsində monizm ictimai hadisələrə də şamil edilir. Fəlsəfi monizmin problemi maddi və ideal başlanğıcların qarşılıqlı münasibətlərini anlamaqdır.
Monza
Montsa (it. Monza, Monscia, lat. Modicia, Modoetia, tar. alm. Montsch‎) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var. Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur. Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir. == İdman == Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.
Mərzə
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == İstifadəsi == Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. == Yeri == Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. == Həyatı == Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Mirzə Əhməd Mirzə Xudaverdioğlu
Mirzə Əhməd Zərgər və ya Mirzə Əhməd Mirzə Xudaverdioğlu (1786, Pensər, Talış xanlığı – ən tezi 1889, Ərçivan, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — tarixçi. Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir. == Həyatı == Mirzə Əhməd əslən Qarabağda yaşayan Zərgərli tayfasındandır. Müəllifin babası Kərbəlayi Qurban Nadir şahın hakimiyyəti dövründə Qarabağdan Talış mahalının Qızılabad kəndinə köçüb gəlmiş, burada ev saldırmış, bir neçə il həmin yerdə yaşamışdır. Daha sonra Ağa Məhəmməd şah Qacar Mir Mustafa xan üzərinə hücum etdiyi zaman məcburiyyət qarşısında qalaraq Astaranın Kurab mahalının Butəsər kəndinə (indiki Pensər kəndi) köçərək Ağa Kərim məhəlləsində yaşamışdır. Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1786-cı ildə anadan olub. O, Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir. İranın Rəşt və Ərdəbil şəhərlərində təhsil alıb. 1828-ci ildə Pensər kəndinə qayıdıb, həyatının əsas hissəsini Pensər kəndinin Nəbirli məhəlləsində yaşamışdır. Mirzə Əhməd 12 il ruslara xidmət edib, bir neçə il Lənkəran və Astarada sərhədbəyi vəzifəsində işləyib.
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. == Həyatı == 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub. 2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Həmid Mirzə
Şahzadə Sultan Həmid Mirzə Qacar (23 aprel 1918, Təbriz – 5 may 1988, London)— İranın keçmiş hakim sülaləsi olan Qacarlar sülaləsinin və Qacar Şah Ailəsinin başçısı. İranın sonuncu Qacar vəliəhd şahzadəsi Məhəmməd Həsən Mirzənin oğlu. == Həyatı == Həmid Mirzə Qacar 23 aprel 1918-ci ildə Təbrizdə anadan olmuşdur. O, İran şahı Məhəmməd Həsən Mirzənin ikinci xanımı Möhtrəm Razzaqidən olan oğludur. Kiçik yaşlarını Gülüstan Sarayında keçirən Həmid Mirzə 4 yaşında çatdıqda atası onu təhsil alması üçün İngiltərəyə göndərir. Lakin o, İstanbula sürgündə yaşayan babası Məhəmmədəli şahın yanında qalır. Məsələ orasındadır ki, Məşrutə inqilabından sonra 1909-cu ildə Məhəmmədəli şah ölkəni tərk edərək taxtı öz oğluna ötürmüşdü. Nəvəsinin İngiltərə getməsi üçün hələ gənc olduğunu düşünən baba onu yanından buraxmır. 5 aprel 1924-cü ildə Məhəmmədəli şah Qacar vəfat edir, və 6 yaşlı şahzadəni İtaliyaya, sonra isə Parisə aparırlar. Rza xanın çevirilişindən sonra İrandan qaçan atası ilə birlikdə Londona köçən Həmid Mirzə burada təhsil almağa başlayır.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Cizə
Cizə, ə l - C i z ə (الجيزة) – Misirdə şəhər. Qahirənin cənub-qərbində şəhərətrafı. Cizə mühafazasının inzibati mərkəzi. Əhalisi 3,6 mln. (2012); Əhalisinin sayına görə Qahirə və İsgəndəriyyə şəhərlərindən sonra ölkənin üçüncü şəhəri. Nil çayının sol sahilində port. Nəqliyyat qovşağı; Metro xətti ilə Qahirəyə bağlanır. Turizm mərkəzidir. == Tarixi == Cizə yaxınlığında fironların IV sülaləsinin nümayəndələri Xeops (Xufu), Xefren (Xafra) və Mikerinin (Menkaurun) e.ə. 3-cü minilliyin 1-ci yarısında tikilmiş və ellinizm dövrü ədəbiyyatında Dünyanın yeddi möcüzəsi sırasına daxil edilmiş əzəmətli Memfis nekropolu qalmışdır.
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
Mioz
Mioz (miosis: yun. μείωσις — kiçilmə, daralma) — göz bəbəyinin (diametri 2,5 mm dən az) daralması. Göz bəbəyini daraldan əzələnin yığılmasından ya da göz bəbəyini genişləndirən əzələnin iflicindən əmələ gəlir.
Məzə
Məzə (fars. مزه‎; türk. meze; ing. meze/mezze; yun. μεζές; serb. мезe / meze; bolq. мезе; mak. мезе; ərəb. مقبلات‎; alb. Meze) Yaxın Şərqdə, Balkanlarda və Mərkəzi Asiyanın bəzi bölgələrində kiçik həcmdə yemək növləridir.
Nizə
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. == Əhalisi == 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. == Etimologiya == Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Çizə
Çizə (fars. چیزه‎) — iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd.Çizə kəndinin yaxınlığında bir böyük mis yatağı yerləşir ki 2020-ci ildə istismara verilib. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 87 nəfər yaşayır (30 ailə). Əhalisi Azərbaycan türklərindən ibarətdir.
Maqsud Mirzə
Maqsud Mirzə — Ağqoyunlu şahzadəsi. == Həyatı == Uzun Həsənin oğlu və Bağdad valisi idi. Uğurlu Məhəmmədi dəstəkləmiş, daha sonra həbs olunmuşdur. "Tarixi Əmini" əsərində təriflənmişdir.Sultan Xəlil tərəfindən öldürülmüşdür. == Ailəsi == Rüstəm Mirzə adlı oğlu olmuşdur.
Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Talış[d], Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 3 iyun 2006, Bakı) — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991), siyasətçisi, Azərbaycan Milli Məclisinin deputatı (1995–2000-ci və 2002–2005-ci illərdə). == Həyatı == Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. === Siyasi fəaliyyəti === Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Moisey
Moisey — ad. Moisey Kalankatlı — tarixçi. Moisey Şaxnoviç — Sovet İttifaqı Qəhrəmanı. Moisey Bainov Moisey Qusman Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu. Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu.
Monte
Monte — ad. Yaşayış məntəqələri Monte (səhra) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malik səhra. Monte-Karlo — Monako rayonu. Bu adı olan tanınmışlar Monte Melkonyan — Ermənistan Milli qəhrəmanı və terrorçu. Digər Monte-Karlo (film, 2011) — 2011-ci ilin melodram elementli romantik komediya. Monte Kristo (musiqi qrupu) — Fransanın "Sinti pop" janrında ifa edən qruplarından biri.
Morle
Morle (fr. Morlaix) — Fransada yerləşən, eyni adlı rayonun suprefekturası (region Bretan, departament Finister). Morle — qədim bir şəhərdir, ona yaxın neolit dövrünə aid Barenes kurqanı yerləşir. Tarixi dövrdə liman, İngiltərə və Fransanın mübarizəsinin obyektinə çevrilmişdir. == Tanınmış şəxslər == Mari Brakemon, rəssam. Jan Viktor Moro, komandir. Tristan Korbyer, şair. Pol Serüzye, rəssam. Julyen Qiyomar, aktyor. Brijitt Fonten, müğənni.
Motye
Motye (fr. Mottier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38267. Kommunanın 1999-cu il üçün əhalisi 511 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 448 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Möhrə
Möhrə (ev tipi) — Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. Möhrə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Möcüzə
Möcüzə — fövqəltəbii hesab edilən və təbiət qanunları və elmlə izahı mümkün olmayan hadisə. Möcüzələrin çox vaxt ilahi müdaxilənin nəticəsi olduğuna inanılır. == Fəlsəfədə izahı == Başqa bir fəlsəfi dünyagörüşü olan teizm möcüzələrin mümkünlüyü məsələsinə tamamilə fərqli yanaşır. Onun fikrincə, kainatın ilk səbəbi qüdrət, hikmət və xeyirxahlıq xislətlərinə malik olan bir varlıqdır ki, O, yaratdığı dünyanın qayğısına qalır (onun ruzisini verir). Bu baxışa görə möcüzələr nəinki mümkün, hətta zəruri olur. === Möcüzələrin inkar edilməsi === Materializm, panteizm, deizm kimi fəlsəfi dünyagörüşlərində möcüzə ağlabatan hesab olunmur. Möcüzənin mümkünlüyünü etiraf etmək bu və ya digər dünyagörüşünə sadiqliklə ayrılmaz şəkildə bağlıdır. Panteizm çərçivəsində də möcüzə qeyri-mümkündür, çünki onun üçün səbəbi dünyadan kənarda olan hadisələr ağlasığmazdır (çünki panteizm üçün dünyadan kənar heç bir şey yoxdur). Bundan əlavə, deizmdə hesab olunur ki, dünyanın inkişafı və mövcudluğunun təmin edilməsi üçün onun öz qüvvələri və birdəfəlik təsbit edilmiş qanunları tamamilə kifayətdir. Beləliklə, xarici ali gücün dünya həyatına müdaxiləsi lüzumsuz olur.
Schinus molle var. molle
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.