need1
n 1. ehtiyac; tələbat, lüzum; to be / to stand in ~ of smth. bir şeyə ehtiyacı olmaq; to feel the ~ of smth. bir şeyə ehtiyac hiss etmək; Are you in need of help? Sənin / Sizin köməyə ehtiyacın / ehtiyacınız varmı?; He felt the need of money Onun pula ehtiyacı vardı; 2. pl tələb, tələbat, ehtiyac; to meet the ~s tələbatları ödəmək; daily ~s gündəlik tələbatlar; to each according to his ~s her kəsə ehtiyacına görə; 3. kasıblıq, yoxsulluq; dilənçilik; to live in ~ kasıblıq / yoxsulluq içində yaşamaq; to be in ~ yoxsul / kasıb olmaq; 4. çatışmazlıq; for ~ of çatışmazlıq ucundan / ucbatından; 5. fəlakət, müsibət, bədbəxtlik, zaval; çətin vəziyyət; They failed him in his need Onlar onu çətin vəziyyətdə atdılar; 6. cəhd, səy; ~ of a better education daha yaxşı təhsil almağa cəhd;
◊ A friend in need is a friend indeed at. söz. Yaxşı dost yaman gündə tanınar
need2
v (inkar forması: tam need not; qısa needn’t) I 1. ehtiyacı olmaq (bir şeyə); He needs rest Onun istirahətə ehtiyacı var; 2. lazım olmaq; I need to get some sleep Mənə bir az yatmaq lazımdır; The farmers need rain Fermerlərə yağış lazımdır; These facts need no comment Bu faktlara izahat lazım deyil; 3. layiq olmaq; What the child needs is a good whipping Bu uşaq yaxşıca şallaqlanmağa layiqdir; 4. əliaşağı olmaq, ehtiyac içində yaşamaq
v II mod.f. 1. (əsasən sual və inkar cümlələrdə işlədilir; borcluluq və vaciblik bildirir); He need not come early O, tez gəlməyə bilər, You needn’t wait Sən / Siz gözləməyə bilərsən / bilərsiniz; 2. (perfekt məsdərlə işlənərkən icra edilmiş hərəkətin lazım olmadığını bildirir və təəssüf ifadə edir, Azərbaycan dilinə “gərək"sözü və -dı, -di, -du, -dü şəkilçiləri vasitəsilə tərcümə edilir); I need not have done it Gərək mən bunu etməyəydim