NEIGHBOUR

neighbour1

n qonşu; next-door ~s yaxın qonşular; Turn your radio down, or you’ll wake the neighbours Radionun səsini azalt / azaldın, yoxsa qonşuları oyadacaqsan / oyadacaqsınız

neighbour2

adj qonşu, yaxın; ~ States qonşu dövlətlər

neighbour3

v 1. (upon) həmsərhəd / həmhüdud / yanaşı / yaxınlığında olmaq; The wood neighbours upon the lake Meşə gölün yaxınlığındadır; 2. (with) dostluq etmək, mehriban qonşuluq / əlaqəsində olmaq (bir kəslə)

NEIGHBORLY
NEIGHBOURHOOD
OBASTAN VİKİ
The Neighbourhood
The Neighbourhood (bəzən "THE NBHD" kimi göstərilir) — 2011-ci ildə Kaliforniya ştatının Nyuböri-Park şəhərində qurulmuş amerikan rok qrupu. Qrup müğənni Cessi Ruterford, gitaraçılar Ceremi Fridman və Zak Abels, basçı Mayki Marqotdan ibarətdir. Qrupun 2014-cü ildən zərbçisi olan Brendon Frid 2022-ci ildə qrupdan ayrıldı. Qrup “I'm Sorry…” və “Thank You” mini-albomlarını buraxdıqdan sonra 2013-cü ildə Columbia Records vasitəsilə ilk studiya albomu “I Love You.”-nu yayımladı. Albomun “Sweater Weather” mahnısı 2013-cü ildə Billboard Hot 100 çartında 14-cü pilləyə yüksəldi, mahnı uzun müddət sonra TikTok-da populyarlıq qazandı və Spotify-da ən çox dinlənən mahnılardan birinə çevrildi. Elə həmin il qrup “The Love Collection” adlı mini-albom; və 2014-cü ilin noyabrında “#000000 & #FFFFFF” adlı miksteyp yayımladı. İkinci albom, “Wiped Out!” 30 oktyabr 2015-ci ildə buraxıldı. Öz adlarını daşıyan üçüncü studiya albomu “The Neighbourhood” 9 mart 2018-ci ildə işıq üzü gördü. Həmin albomun əlavə treklərinin olduğu versiyası “Hard to Imagine The Neighbourhood Ever Changing” 2 noyabr 2018-ci ildə buraxıldı. Dördüncü albom “Chip Chrome & the Mono-Tones” 25 sentyabr 2020-ci ildə yayımlandı.
The Neighbourhood (albom)
The Neighbourhood — amerikan alternativ rok qrupu The Neighbourhood-un üçüncü studiya albomu. 9 mart 2018-ci ildə Columbia Records tərəfindən buraxılıb. Albomun başqa bir versiyası "Hard to Imagine the Neighbourhood Ever Changing" 2 noyabr 2018-ci ildə buraxılıb. Albomun bu versiyasına "Revenge" və "Too Serious" trekləri daxil edilməyib.