neotomizm

neotomizm
neotomist
neotoponim
OBASTAN VİKİ
Neotomizm
Neotomizm — Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini–fəlsəfi təlimdir. Neotomizm XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun tərəfdarları təkidlə qeyd edirlər ki, "yalnız din nicat verə bilər", ən kəskin ictimai suallara yeganə cavab bundan ibarətdir ki, "xristianlıq ruhu həyatımıza daha təsirli nüfuz etməlidir". Əslində Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi qəbul edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən ümdə əsası bundan ibartdir ki, Allah aləmin xaliqi və külli–ixtiyar sahibidir. Neotomistlərin fikrincə, təbiət "ilahi ideyaların tətbiqi", tarix isə "ilahi planın həyata keçirilməsidir". Onlara görə, həqiqəti dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin həqiqi mənəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi məsələsini irəli sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud aləmi yaradan Allahdır.

Значение слова в других словарях