Neuland

das; -es, -¨er yeni ərazi, xam torpaq; F das ist für mich ~ mənim bu işdə hələ təcrübəm yoxdur
Neujahrswünsche
neulich
OBASTAN VİKİ
Alfred Neuland
Alfred Neuland (10 oktyabr 1895 – 16 noyabr 1966, Tallin) — Estoniyalı ağır atlet. Alfred Neuland 1920-ci ildə Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının qızıl, 1924-ci ildə Paris şəhərində baş tutan VI-cı Yay Olimpiya Oyunlarının isə gümüş medalçısıdır. Alfred Neuland həmçinin 1922-ci ildə Dünya Çempionatının qızıl medalçısıdır. == Həyatı == Alfred Neuland 10 oktyabr 1895-ci ildə Estoniyanın Valqa şəhərində anadan olmuşdur. == Karyerası == Alfred Neuland 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Alfred Neuland 1-ci cəhd də 72.5 kq., 2-ci cəhd də 75 kq. və sonuncu üçüncü cəhd də 110 kq. ram etdi və V-ci Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. O həmçinin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan birinci Estoniyalı idmançı oldu. 2 ildən sonra isə Estoniyanın paytaxtı Tallin şəhərində baş tutan Dünya Çempionatına qatıldı.