The Long Dark
The Long Dark, Hinterland Studios tərəfindən hazırlanmış tək nəfərlik sağ qalma video oyunudur. Oyunda, geomaqnit qasırğasından sonra soyuq Kanada səhrasında sağ qalmalı olan qəzaya uğramış təyyarə pilotu Will Mackenzie rolu ilə keçir.
Oyun bədən istiliyi, kalori qəbulu, aclıq/susuzluq, yorğunluq, külək soyuması, vəhşi təbiət və bir çox digər ətraf mühit faktorlarını nəzərə alan sağ qalma simulyasiyasıdır. Oyunda üçün üç oyun rejimi mövcuddur: "Hekayə rejimi", "sağ qalma rejimi" və "Çağırış rejimi.
Oyunun xəritəsi bir sıra bölgələrə bölünür: Mystery Lake, Coastal Highway, Pleasant Valley, Forlorn Muskeg, Desolation Point, Timberwolf Mountain, Mountain Town, Broken Railroad, Hushed River Valley, Bleak Inlet, Ash Canyon ve Blackrock Mountain.
Sağ qalma rejimi
Sağ qalma rejimi açıq dünya yəni bötüv xəritə versiyasında baş verir. Burada oyunçu istədiyi bölgəni seçə və oyunda istənilən bölgəyə daxil ola bilər. Məqsəd oyunçunun dünyada tapa biləcəyi hər hansı resurslardan faydalanaraq və ya istifadə edərək mümkün qədər uzun müddət sağ qalmasıdır. Buraya yemək, su, odun, dərman, silah, balta, bıçaq və saysız-hesabsız digər əşyalar daxildir. Təbiətdə ovlana biləcəyi maral və çölə çıxanda oyunçu üçün daimi təhlükə olan canavar ilə ayı kimi vəhşi təbiət mövcuddur.