NİSA

Quran surələrindən birinin adı (« qadınlar» deməkdir).
NİRVANA
NİSAB
OBASTAN VİKİ
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Fəxrul Nisa
Fəxrul Nisa (1091, Bağdad - 1179 Bexda) — Kürd əslli hədis alimi, atasının adı Ahmət bin əl-Fərəc bin Ömər əl- Dinavəri'dir. Əbi Xəttab əl-Batırvani, Əbi Abdullah əl-Hüseyn bin Əhməd əl-Neabi və Talha bin Məhəmməd əl-Zeynəbi kimi bir çox alimdən dərs aldı.
Nisa Surəsi
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nisa (Türkmənistan)
Nisa (həmçinin Parthaunisa ), Türkmənistanın Aşqabad vilayətinin 18 km cənub-qərbində yerləşən Bagır kəndi yaxınlığında salınmış qədim bir şəhərdir. Nisa Parfiya mərkəzi administrasiyasının ilk mərkəzi kimi qəbul edilir. Şəhərin əsasının I Arşak (e.ə. 250-ci illərdə hakimiyyətdə olmuşdur) tərəfindən qoyulduğu qəbul edilir. Nisadakı qalanın tikilmə məqsədi dəqiq olaraq məlum olmasa da, onun nekropol kimi istifadə edildiyi təxmin edilir. Nisa ərazisində aparılmış olan arxeoloji qazıntılar zamanı mühüm tikililər, türbələr və məbədlər, çox sayda yazılı sənədlər və talan edilmiş xəzinə aşkar edilmişdir. Bir çox Hellenistik sənət əsərləri ilə yanaşı, fars süjetləri (İran ədəbiyyatının və mədəniyyətinin müxtəlif mövzuları) və ya klassik mifoloji səhnələrlə bəzədilmiş çox sayda fil sümüyündən hazırlanmış ritonlar və sikkələr aşkar edilmişdir. Nisanın adı daha sonralar Parfiya hökmdarı olan I Mitridat (e.ə. 171 - e.ə. 138) tərəfindən Mitradatkirt ("Mitridat qalası") olaraq dəyişdirilmişdir.
Nisakabad (Bükan)
Nisakabad (fars. نيسك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (14 ailə).
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Qiymə Nisar
Qiymə Nisar yalnız Qəzvin bölgəsinə aid olan yemək növüdür. Qiymə Nisar, Qiymədən fərqli olaraq sulu deyil. 3 stəkan isladılmış düyü 350 qram qıyılmış ət 2 ədəd incə doğranmış soğan 1 yemək qaşığı portağal qabığı dilimləri Yarım stəkan yağ 2 yemək qaşığı tomat pastası 1 çay qaşığı qara ədviyyəsi 1 çay qaşığı plov ədviyyəsi Yarım fincan gülab 1 yemək qaşığı dəmlənmiş zəfəran Yarım stəkan qurudulmuş zirinc Lazım olan miqdarda limon tozu Lazım olan miqdarda duz 4 yemək qaşığı püstə və badam dilimləri İlk olaraq uyğun bir tava seçib, ocaq üstünə qoyub, içinə yağı töküb qızdırın. Sonra öncədən doğranmış soğanları töküb yaxşıcasına qızardın, belə ki soğanın rəngi qızıla çevirilsin. Soğanı qovurduqdan sonra doğranmış əti yağın içinə töküb və qovurun. Qovurma zamanı ətə bir az sarıkök əlavə edib və ədviyyatın ətrini almaq üçün bir az qızardın. Ətin rəngi dəyişdikdə və pis qoxusunun aradan qaldırılmasından sonra daha yaxşı rəng almaq üçün tomat pastası əlavə edib qovurun . Bu addımdan sonra qaraya 3 stəkan su töküb, ət və ləpənin yaxşı bişməsi və suyunun çəkilməsi üçün qabın qapağını örtün. Son 2 dəqiqəlik bişmədə qaynadılması üçün içərisinə gül suyu və bir az zəfəran töküb, qabaqcadan isladılmış düyünü süzün. Öncədən nəzərdə tutulmuş qabın içinə bir az su və yağ töküb, qoyarıq qızsın.
Qod Nisanov
Qod Semyonoviç Nisanov (24 aprel 1972, Qırmızı Qəsəbə, Quba rayonu) — Rusiyada fəaliyyət göstərən milliyyətçə dağ yəhudisi olan iş adamı. Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" hotelini almışdır. 2006-cı ildə "Avropa" hotelini açmışdır. 2000–2005-ci illərdə "Doymond Katters" MMC-də calışmışdır. 2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir. 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.
Vey Nisar (Qürvə)
Vey Nisar (fars. وينسار‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,249 nəfər yaşayır (547 ailə). Əhalisini kürdlər təşkil edir.
Əmir Heşmət Nisari
Əmir Heşmət Nisari (Əbülhəsən xan Hacı Məhəmmədəli bəy oğlu Nisari, 1259 Hicri şəmsi-?) — İran Məşrutə hərakatının fəal üzvü. Əbülhəsən xan Hacı Məhəmmədəli bəy oğlu Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Üştibin kəndində anadan olmuşdu. Əslən İrəvan çuxurundandır.Əmir Heşmət Nisari Səttar xanın sağ əli idi. O, ağır savaşlarda həmişə öndə olardı. Bilikli bacarıqlı və işbilən olduğundan əyalət Əncüməninin qərarı ilə Xoyun, Səlmasın valisi təyin edilmişdi. 1909-cu ildə Səttar xanın əmri ilə Urmiyəyə vali dəyişilmişdi. Məhəmməd Əmin Rəsulzadə onun Urmiyada işlədiyi dönəmdə yazır: "Urmiyə inqilab vaxtında əncümən qurub beydəqi-hürriyyət ucaltmış İran şəhərlərindən biridir. Bura əhalisi inqilabın o müdhiş fəlakətlərindən bir o qədər əziyyət görməmişlər. Bunlar nə biri-birləri ilə, nə də hökumət qoşunu ilə bir o qədər müdafiə və mücahidədə bulunmamışlar. Bunların bir çox müdafiə və mücahidləri vəhşi kürd əqvamının talanına, qarətinə qarşı olmuşdur ki, bu qarətgərlərin müdafiələrinin birində öldürülmüş bir erməni fədaisinin təntənəli dəfni hənuz əhalinin xatirindən çıxmamışdır.
Rosa nisami
Nizami itburnusu (lat. Rosa nisami) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Statusu: NT. Təbiətdə 110-190 sm hündürlükdə olan koldur. Tikanları bir formadadır və qaidə hissəsi genişdir. Yarpaqları tərs yumurtavarı və ya neştərşəkillidir. Yarpaqcıqlarının uzunluğu 3,5 sm-ə qə-dər, eni isə 2,5 sm-ə qədər ola bilir. Çiçək olan budaqlarda yarpaqlar uzunsov lansetşəkilli olub, enliləşmişdir. Bəzən bu yarpaqlar qulaqcıqlara malik olur. Çiçəkləri tək-tək, bəzən bir neçəsi bir yerdə toplanmışdır.
Nisaqala
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd.
Nisaqələ
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd.
Xəyyam Nisanov
Xəyyam Nisanov (21 oktyabr 1983) - Azərbaycan müğənnisi. Xəyyam Nisanov 21 oktyabr 1983-cü ildə Bakıda dünyaya gəlib. Atası Semyon Nisanov musiqiçi olduğundan musiqiyə maraq balaca Xəyyama da keçir. Hələ uşaq yaşlarında avtomobil qəzası nəticəsində Xəyyam atasını itirir. Sonralar 7 N-li musiqi məktəbində nağara aləti üzrə təhsil almağa başlayan Xəyyam eyni zamanda vokal dərsləri də alır. Gənclik yaşlarında Elçin İmanovla tanış olur və “Məktəb İlləri” adlı ilk musiqi albomunu buraxır. Albomdakı mahnılar Rusiyada yaşayan soydaşlarımız tərəfindən bəyənildiyi üçün onlar artıq öz tədbirlərinə Xəyyamı dəvət etməyə başlayırlar. 2002-ci ildə müğənni “Bakı payızı” gənc ifaçıların müsabiqəsində iştirak edir və orada tanınmış bəstəkar Vaqif Gərayzadə ilə tanış olur. Uzunmüddətli çalışmalardan sonra “İndi bildim” mahnısı ərsəyə gəlir. 2004-ci ildə həmin mahnı və onun klipi Xəyyamın vizit kartına çevrilir.

Значение слова в других словарях