NİMTƏN
NİSBƏT
OBASTAN VİKİ
Nisan
Nisan (ivr. ‏נִיסָן‎‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Qod Nisanov
Qod Semyonoviç Nisanov (24 aprel 1972, Qırmızı Qəsəbə, Quba rayonu) — Rusiyada fəaliyyət göstərən milliyyətçə dağ yəhudisi olan iş adamı, "Tərəqqi" medalı laureatı. == Həyatı == Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" otelini almışdır. 2006-cı ildə isə "Avropa" otelini açmışdır. 2000–2005-ci illərdə "Doymond Katters" MMC-də calışmışdır. 2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir. == Mükafatları == 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir..

Значение слова в других словарях

дау́р карава́й недоси́живать остекле́ть пебрино́зный тако́й шти́хель эпи́чность добыва́ть пропо́рция противота́нковый ради́стка ре́дька проран acockbill eschew japanned jazz up paddle-wheel pneumatophore post-synchronize putrefacient Tyndall effect авторизовать срыгивать