NİSBƏTƏN
NİSBƏTLİ
OBASTAN VİKİ
Həndəsi nisbətlər qanunu
Həndəsi nisbətlər qanunu Bu qanun David Dalton (1803) tərəfindən kəşf olunmuşdur: Əgər iki element bir-birilə bir neçə birləşmə əmələ gətirirsə, bunlardan birinin eyni kütləsinə düşən digər elementin kütlələri nisbəti sadə tam ədədlərin nisbəti kimidir. Məsələn, CO2 ilə CO birləşmələrində karbonla oksigenin kütlələri nisbəti 12:32 və 12:16 nisbəti kimidir. Deməli, karbonun oksigenin sabit kütləsi ilə birləşən kütlələri nisbəti 2:1-ə nisbəti kimidir. Bu qanun əsasında Dalton hidrogenin kütləsini şərti olaraq vahid qəbul edərək elmə nisbi atom kütləsi anlayışını daxil etmişdir. Hal-hazırda isə göstərdiyimiz kimi nisbi atom kütlə vahidi olaraq karbon-12 izotopunun molyar kütləsinin 1/12 qəbul edilmişdir.
Sabit nisbətlər qanunu
Sabit nisbətlər qanunu elementlər bir-birləri ilə birləşərək müəyyən birləşmələr əmələ gətirərkən onların müəyyən nisbətlərdə birləşməsinə əsaslanan qanundur. Onun tərifi bu formadadır: Bir birləşməni təşkil edən elementlərin kütlələri arasında dəyişməz bir nisbət mövcuddur. Bu qanuna isə sabit nisbətlər qanunu deyilir. Bu qanun 1799-cu ildə fransız alimi olan Cozef Prust tərəfindən kəşf edilmişdir. Elementlərin kimyəvi cəhətdən bir yerə cəmləşdiyi zaman müəyyən bir nisbətdə birləşdiyini müəyyən etmiş Prust bu gün sabit nisbətlər qanunu olaraq bilinən qanun üçün aşağıda göstərilmiş olan tərifi vermişdir: Bu qanuna görə məsələn, 18 qram suyun tərkibində 16 qram oksigen olarkən, qalan 2 qramda isə hidrogen vardır. 9 qram su əmələ gələrsə, onun 8 qramı oksigenin, 1 qramı isə hidrogenin payına düşür. Suyun necə alınmasından asılı olmayaraq bu nisbət tamamilə sabit qalmağa davam edir. Bu və buna oxşayan təcrübə nəticələri ilə sabit nisbətlər qanunu qəbul edildikdən sonra Con Dalton tərəfindən 1807-ci ildə ilk elmi atom nəzəriyyəsi irəli sürülmüşdür.

Значение слова в других словарях