nok

nok, mədəniyyəti
noxudvarı 2021
nok mədəniyyəti 2021
OBASTAN VİKİ
Emma Noks
Emma Noks (2 mart 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Emma Noks, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Karyerası == Emma Noks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Emma Noks, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Henri Noks
Henri Noks (ing. Henry Knox; 25 iyul 1750, Boston, On üç koloniya – 25 oktyabr 1806 və ya 21 oktyabr 1806) — ABŞ hərbi xadimi, ilk ABŞ hərbi katibi. == Həyatı == Uşaql illərində Bostonda kitab mağazasında katib kimi çalışır, daha sonra öz kitab ticarətini açır. 18 yaşından üsyançıların tərəfində Amerika İnqilabına qatılır. Knox 1772-ci ildən Boston qrenader korpusunda qrenader kimi xidmət etmişdir. 1775-ci ildə Corc Vaşinqton hərbi ləyaqətinə görə polkovnik vəzifəsinə yüksəldi, tezliklə dost oldular. İngilislərdən əsir götürülən silahlardan istifadə edərək bir sıra kampaniyalarda özünü uğurla sübut edən öz topçu bölməsini yaratdı. 1785-ci ildən Müdafiə Naziri təyin olundu. Müdafiə naziri olaraq, ABŞ-nin nizami hərbi donanmasını, ABŞ milisini təşkil edə bildi və sahil istehkamları şəbəkəsi yaratdı. Eyni zamanda, hindu qəbilələri ilə yaxşı əlaqələr qurdu, bəziləri İngilislərə qarşı müharibədə Amerikalıları dəstəklədi.
Nokalakevi
Nokalakevi (gürc. ნოქალაქევი), həmçinin Arxeopolis (q.yun. Ἀρχαιόπολις, gürc. არქეოპოლისი; mənası – qədim şəhər) və ya Tsixeqoci (gürc. ციხე-გოჯი; mənası – Kuci qalası) — Gürcüstanın Sameqrelo-Zemo Svaneti diyarının Senaki bələdiyyəsində tarixi qala şəhər. Lazika krallığının paytaxtı olmuşdur. Nokalakevinin qalıqları Gürcüstan Respublikasıın qərbində yerləşən Kolxida düzənliyinin şimal ucundakı Sameqreloda, Texuri çayının sahilindədir. Ərazisi təxminən 20 ha (49 acre) olan qala şəhər Bizans tarixşünaslarına görə, Arxeopolis olaraq da tanınırdı. Şəhərin daxilində yerləşən Kuci qalası isə gürcü (kartli) tarixşünaslar tərəfindən Tsixeqoci adlandırılırdı. Ehtimal olunur ki, qalanın adı bir Kolxida hökmdarlarından və ya bir eristavidən alınıb.
Nokaut
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Nokaut (film, 2012)
Nokaut — 2012-ci ildə ABŞ-də çəkilən film. Rejissor Stiven Soderberqdir. Mellori Keyn-xüsusi agentdir. O gəncdir, ağıllıdır və gözəldir. Vaxtaşırı beynəlxalq xüsusi xidməti rəhbəri, Kennet onu tapşırıqların yerinə yetirilməsi üçün çağırır. Bəzən bu tapşırıqların hökumət tərəfindən həyata keçirilməsi üçün icazəsi olmur. Lakin bir neçə əməliyyat uğursuzluqla bitdiyindən sonra, Mellori başa düşür ki, ikili oyunun piyadasıdır. Bütün istedadını, təcrübəsini istifadə edərək, o gərək beynəlxalq axtarışdan gizlənsin, satqınlığa görə qisasını alsın və öz ailəsini müdafiə etsin...
Nokdaun
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Nokia
Nokia — Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biri. Öz məlumatlarına görə dünya mobil telefon bazarındakı payı 39% təşkil edir. Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın bir çox ölkələrində tədqiqat və inkişaf mərkəzləri, istehsalat obyektləri və satış məntəqələri yerləşir. 2009-cu ilin dekabrına olan məlumata görə Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə — Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. Finlandiyada və Çində 3, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Meksika, Hindistan, Macarıstan və Rumıniyada isə 1 zavodu yerləşir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi.
Nokia 1011
Nokia 1011 — GSM telefonları seriyalarında istehsal olunan ilk telefon. Bu həmçinin Mobira Cityman 2000 kimi də satıldı. Buraxılış tarixi 10 noyabr 1992-ci ildə olan telefonun tip nömrəsi buraxılış tarixində gerçəkləşib. Qara rəngli telefonun ölçüləri 195x60x45mm-dir. Bir rəngli displeyi və genişlənən antenasıyla müxtəlif özəlliklərə malikdir. Telefonun yaddaş kitabçasında 99 nömrə saxlamaq mümkündür. Ancaq bu telefona Nokianın xarakteristik melodiyası hələ daxil edilməmişdi, bu melodiya yalnız 1994-cü ildən bəri telefonlara əlavə olundu.
Nokia 3310
Nokia 3310 — Nokia şirkətinin ikidiapazonlu (GSM 900/1800) telefonu. 2000-ci ilin dördüncü rübündə satış bazarına buraxılmışdır. Nokia 3310 — tarixin ən uğurlu mobil telefon modellərindəndir: ümumilikdə 126 milyon aparat satılmışdır. 2017-ci ildə telefonun yeni versiyası dövriyyəyə buraxılmışdır.
Nokia 3310 (2017)
Nokia 3310 (2017) — HMD Qlobal şirkətinin Nokia brendi altında istehsal etdiyi telefonu. Telefon 26 fevral, 2017-ci il tarixində İspaniyanın Barselona şəhərində təqdim olunmuşdur. İlk dəfə bu telefon barədə 14 fevral tarixində məlumat əldə olunmuşdu. 26 fevral 2017-ci ildə telefon təqdim olundu və qiyməti 49 avro kimi müəyyənləşdirildi. Telefon FM Radioya, veb-brauzerə, diktofona malikdir, həmçinin, 2 MP arxa kameradan ibarətdir. Köhnə Snake oyunu Gameloftun Snake Xenzia oyunu ilə əvəz olundu. Həmçinin, oyun daha da təkmilləşdirilmişdir. 4 Rəngdə telefon mövcuddur: Tünd göy, boz, qırmızı, sarı. Əvvəlki versiyasında olan rənglər, demək olar ki, yeni telefonda da tətbiq olunmuşdur, həcmi artıq yüngülləşdirilmişdir.
Nokia 500
Nokia 500 bir giriş səviyyəsi Symbian Belle smartphone edir . Bu ilk ilin sonuna mövcud bütün modelləri ilə , 1 avqust 2011-ci il azad edilib . Bu Nokia Suite vasitəsilə 15 fevral 2012-ci ildən (bundan əvvəl " Symbian Belle " kimi tanınan) sonra Nokia Belle təkmilləşdirilmiş gəlir artıq -the- hava (bəzi ölkə variantlar) ilk firmware versiyası 010.029 ilə azad edilib ildən Nokia 500 bir çox problemləri var , lakin 11.33 yeniləmə sonra rəvan çalışır . Bunun əvəzinə bir OpenGL ES GPU , 500 3D hardware sürətləndirilməsi olmadan iş apps , baxmayaraq ki, bir sadə OpenVG GPU edir, belə ki , bəzi 2D və vektor apps , Angry Birds kimi düzgün çalışması . [ 2] "Nokia Belle " yeniləmə ( son proqram versiyası 111.021.0028) az gizlilik və yeni interfeysi ilə təkmilləşdirilmiş performans. Nokia 500 pre -dolu Angry Birds app ilə gəlir . Belle müxtəlif ölçülü canlı widgets ilə dörd ev ekranlar edir. Home ekranlar ev ekran widgets və bildirişlər və keçid variantları, o cümlədən qısa yolları ilə kişiselleştirilmiş bilər . Bu kilidi ekran divar kağızları və mühüm informasiya ilə xüsusi ola bilər . Apps naviqasiya, views , və web tarama üçün mövcuddur.
Nokia 5800
Nokia 5800 Xpress Music — Nokia tərəfindən əyləncə və musiqi mərkəzli çıxarılan ağıllı mobil cihaz. Nokia 5800 XpressMusic kütləvi bazar üçün innovasiyalı funksionallıq təqdim edən musiqili mobil cihazdır. Nokia 5800 XpressMusic musiqi funksionallığı baxımından Nokia-nın ən yüksək standartlarına tam cavab verir. Təbii ki, bu növ mobil cihazlardan istifadəçilər musiqili funksiyaların mükəmməlliyi, böyükhəcmli yaddaş, güclü dinamiklər və rahat sinxronlaşdırmadan əlavə adi telefonun ənənəvi funksiyalarının da eyni dərəcədə mükəmməl olmasını gözləyir, o cümlədən kontentə və mühüm kontaktlara birbaşa rahat daxilolma imkanını. Nokia 5800 XpressMusic kontentə asan daxilolmanı və istənilən yerdən informasiya mübadiləsinin rahatlığını təmin edir. Nokianın vitse-prezidenti cənab Jo Harlou şirkətin niyyətlərini belə şərh edir: "Nokia 5800 XpressMusic ilə biz həyatda mövcud olan ən universal birləşdirici qüvvə vasitəsi – musiqi ilə insanları birləşdirmək ümidindəyik. Dünyanın müxtəlif ölkələrində yaşayan insanların musiqi zövqləri fərqlidir. Biz bunu nəzərə alıb çalışdıq ki, Nokia 5800 XpressMusic insanlara istənilən musiqini istədikləri kimi dinləmək azadlığını versin". Multimediyalı panel, kontaktlar paneli - istifadəçilərin rahatlığı ən üstün amildir. Nokia 5800 XpressMusic sensorlu displeyin üstünlüklərindən istifadə edir və öz innovasiyalı təklifini – "multimediyalı paneli" təqdim edir. Bu rahat menyu musiqili və əyləncəli funksiyalara, o cümlədən musiqi parçaları, video və fotoların siyahısına birbaşa rahat girişi təmin edir.
Nokia 5800 XpressMusic
Nokia 5800 Xpress Music — Nokia tərəfindən əyləncə və musiqi mərkəzli çıxarılan ağıllı mobil cihaz. Nokia 5800 XpressMusic kütləvi bazar üçün innovasiyalı funksionallıq təqdim edən musiqili mobil cihazdır. Nokia 5800 XpressMusic musiqi funksionallığı baxımından Nokia-nın ən yüksək standartlarına tam cavab verir. Təbii ki, bu növ mobil cihazlardan istifadəçilər musiqili funksiyaların mükəmməlliyi, böyükhəcmli yaddaş, güclü dinamiklər və rahat sinxronlaşdırmadan əlavə adi telefonun ənənəvi funksiyalarının da eyni dərəcədə mükəmməl olmasını gözləyir, o cümlədən kontentə və mühüm kontaktlara birbaşa rahat daxilolma imkanını. Nokia 5800 XpressMusic kontentə asan daxilolmanı və istənilən yerdən informasiya mübadiləsinin rahatlığını təmin edir. Nokianın vitse-prezidenti cənab Jo Harlou şirkətin niyyətlərini belə şərh edir: "Nokia 5800 XpressMusic ilə biz həyatda mövcud olan ən universal birləşdirici qüvvə vasitəsi – musiqi ilə insanları birləşdirmək ümidindəyik. Dünyanın müxtəlif ölkələrində yaşayan insanların musiqi zövqləri fərqlidir. Biz bunu nəzərə alıb çalışdıq ki, Nokia 5800 XpressMusic insanlara istənilən musiqini istədikləri kimi dinləmək azadlığını versin". Multimediyalı panel, kontaktlar paneli - istifadəçilərin rahatlığı ən üstün amildir. Nokia 5800 XpressMusic sensorlu displeyin üstünlüklərindən istifadə edir və öz innovasiyalı təklifini – "multimediyalı paneli" təqdim edir. Bu rahat menyu musiqili və əyləncəli funksiyalara, o cümlədən musiqi parçaları, video və fotoların siyahısına birbaşa rahat girişi təmin edir.
Nokia 603
Nokia 603 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon. Aparat monoblok tipli klassik korpusda hazırlanıb. Cızıqların yaranmasına qarşı möhkəm olan tutumlu sensor ekranın ölçüsü 3,5 düym təşkil edir, kəskinlik 360×640 nöqtədir. Daxili yaddaş tutumu 2 QB-dır, tədarük dəstinə eyni tutumda MicroSD kartı daxil edilib. Smartfon 5 meqapiksel kameraya malikdir, RDS dəstəkli FM tüner, Wi-Fi və Bluetooth 3.0 simsiz əlaqə adapterləri, GPS peyk naviqasiya sistem qəbuledicisi, NFC mikroçipi, MicroUSB portu və qulaqlıqlar üçün 3,5 millimetr yuva ilə təchiz edilib. Smartfon Symbian Belle proqram platformasında işləyir. Platformaya təkmilləşdirilmiş səyyah və NFC əlaqənin təkmilləşdirilmiş vasitələri daxildir.
Nokia 6300
Nokia 6300 — 2007-ci ildə buraxılmış Nokia firmasının üç diapazonlu mobil telefonu. Biznes-klassın telefonu. Altı rəngdə korpus istehsal edilir: gümüşü, qara, ağ, qırmızı, qəhvəyi və qızıl. FK-la sinxronlaşdırma üçün firma Nokia PC Suite Proqram təminatını istehsal edib. Həmçinin Mass Storage (çıxarılan disk) rejimində qoşulma mümkündür. Qoşulma kabelin, Bluetoothun MiniUSB-unun köməyi ilə mümkündür. USB vasitəsilə telefon enerji toplamır. Nokia 6302 — Nokia 6300-ün müasirləşdirilmiş modelidir, Wi-Fi (yalnız səs zənglər üçün) simsiz şəbəkələrinin dəstəklənməsi və Unlicensed Mobile Access (UMA) texnologiyaları dəstəklənməsi, bu da düz lokal və mobil şəbəkələrin arasında səsin və ya məlumatların (mobil rabitə əlaqəçisi tərəfindən dəstəklənməsi tələb olunur) ötürülməsi zamanı keçidə icazə verir. Nokia 6303 — Nokia 6300-ün müasirləşdirilmiş modelidir, 3,2 Mp-da kamerayla fərqlənir, ölçü üzrə böyük ekran, 3,5-millimetr qarniturlar üçün konnektor, işıqlanma dərəcəsinin və işıq diodu fənərinin mövcudluğu, enerjiyə qənaətin genişləndiriş funksiyası.
Nokia 700
Nokia 700 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon. Smartfon 1 QHz takt tezlikli prosessor, 2 QB daxili yaddaş və 32 QB tutuma qədər olan microSD kartları üçün slot, 5 meqapiksel kamera, ClearBlack texnologiyasından istifadə etməklə hazırlanmış Gorilla Glass qoruyucu şüşəsi ilə 3,2 düym AMOLED ekran, GPS, kompas, həmçinin Wi-Fi, Bluetooth və NFC modulları ilə təchiz edilib.
Nokia 701
Nokia 701 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon. Nokia 701-də ClearBlack texnologiyasının tətbiqi ilə 3.5 düym İPS ekran qurulub. O, 1 GHz takt tezlikli prosessor, videoəlaqə üçün ön kamera və əsas 8 meqapiksel kamera, verilənlərin saxlanılması üçün 8 giqabayt yaddaş və microSD (32 GB tutuma qədər) kartları üçün slot, Wi-Fi, NFC, Bluetooth, GPS modulları və FM radio qəbuledicisi ilə təchiz olunub.
Nokia 8110 4G
Nokia 8110 4G — HMD Qlobal şirkətinin Nokia brendi altında istehsal etdiyi mobil telefon. Nokia 8110 25 fevral, 2018-ci il tarixində İspaniyanın Barselona şəhərində təqdim olunmuşdur. Telefon 4G-yə malikdir. Qiyməti 79 avrodur.
Nokia E6
Nokia E6 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon. Qurğu monoblok korpusda hazırlanmış, 2,46 düym diaqonallı və 640×480 nöqtə kəskinlikli sensor ekran və QWERTY düzülüşlü klaviatura ilə təchiz edilib. Əməli yaddaşın tutumu 256 MB, birləşdirilmiş fləş daşıyıcının tutumu isə 8 QB təşkil edir. Smartfonun arsenalında — FM tüner, Bluetooth 3.0 və Wi-Fi-in (802.11b/g/n) simsiz əlaqə adapterləri, akselerometr, rəqəmli kompas, GPS peyk naviqasiya sistemi qəbuledicisi, yaxınlıq və işıqlanma dərəcəsi tənzimçiləri vardır. Telefon 8 meqapiksel kamera və 720p formatında video yazmaq imkanı ilə təchiz olunub. Nokia E6 modeli GSM/EDGE 850/900/1800/1900 MHz və WCDMA 850/900/1700/1900/2100 MHz şəbəkələrində istifadəyə hesablanıb.
Nokia E7
Ölçü: 123,7 x 62,4 x 13,6 mm Çəki (akkumulyator ilə): 175 q Həcm: 97,8 kub. sm QWERTY-klaviatura Ana düyməsi, Güc düyməsi, Kilid düyməsi, Kamera düyməsi, Səs düyməsi Mətn daxil etmə və UI-i kontrolun barmaq toxunuş dəstəyi ilə istifadəsi Ekranda tam əlifba-rəqəm klaviaturası Stilusa istifadə etmək imkanı Tam ekran əl yazısı tanıma Çin dili üçün xəttin tanınması Anodlaşdırılmış alüminium korpus: boz (Dark Grey), gümüşü (Silver White), yaşıl (Green), göy (Blue) və narıncı (Orange).
Nokia E7-00
Ölçü: 123,7 x 62,4 x 13,6 mm Çəki (akkumulyator ilə): 175 q Həcm: 97,8 kub. sm QWERTY-klaviatura Ana düyməsi, Güc düyməsi, Kilid düyməsi, Kamera düyməsi, Səs düyməsi Mətn daxil etmə və UI-i kontrolun barmaq toxunuş dəstəyi ilə istifadəsi Ekranda tam əlifba-rəqəm klaviaturası Stilusa istifadə etmək imkanı Tam ekran əl yazısı tanıma Çin dili üçün xəttin tanınması Anodlaşdırılmış alüminium korpus: boz (Dark Grey), gümüşü (Silver White), yaşıl (Green), göy (Blue) və narıncı (Orange).
Nokia Lumia 710
Nokia Lumia 710 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon. Smartfonun proqram platforması Windows Phone-dur. Aparatın prosessoru 1.4 QHz takt tezlikli ARM Cortex A8 prosessorudur. Əməli yaddaş tutumu 512 MB, inteqrasiya edilmiş fləş modulun tutumu 8 GB-dır. Sensor ekranın diaqonalı 3.7 düym təşkil edir, kəskinlik 480×800 nöqtədir. 720p formatında yüksək dəqiqlikli videoyazma imkanı verən 5 meqapikselli kamera ilə təchiz olunmuşdur. Smartfonun ölçüləri 119×62,4×12,5 millimetr, çəkisi 125 qramdır.
Nokia Lumia 800
Nokia Lumia 800 — Windows Phone əməliyyat sistemi ilə təchiz olunmuş ilk Nokia telefonu. Telefon 16 GB daxili yaddaşa malikdir. MicroSD yaddaş kartı üçün çıxış nəzərdə tutulmayıb. Operativ yaddaşı 512 MB-dır. A-GPS və GPS texnologiyalarını dəstəkləyir. Əsas kamerası 3 qat rəqəmsal yaxnlaşdırma xüsusiyyətinə malik 8 meqapiksellik Carl Zeiss optikası ilə təchiz olunmuşdur. Minimal fokus məsafəsi 10 sm-dir. Windows Phone 7.5 Mango Hündürlük: 116,5 mm En: 61,2 mm Qalınlıq: 12,1 mm Çəki: 142 q Həcm: 76 kub.
Nokia N9
Nokia N9 — Nokia korporasiyası tərəfindən istehsal olunan mobil telefon. Smartfonun 16 qiqabaytlıq versiyası qara və mavi korpuslarda, 64 qiqabaytlıq isə qara korpusda olacaq. Çəhrayı rəngli korpusda olan smartfonun satışa çıxarılma müddəti haqqında məlumat verilmir. Nokia N9 Nokianın Linux nüvəsinə əsaslanan MeeGo platformasında ilk smartfonudur. MeeGo hazırlamasında Nokia və İntel şirkətləri iştirak edib. Aparat 1 QHz takt tezlikli prosessor istifadə edir və 3,9 düym ekran, Wi-Fi və GPS modulları, NFC (Near Field Communication, yaxın radiuslu radio əlaqə) çipi ilə təchiz edilib.
Nokia X2-02
Nokia X2-02 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon. Smartfon 240×320 nöqtə kəskinlikli 2,2 düymlü ekran, 2 meqapiksel matrislə olan kamera, Bluetooth 2.1 simsiz əlaqə adapteri, qulaqlıqlar üçün 3,5 mm yuva və MicroUSB portu ilə təchiz edilib. 32 QB tutuma qədər fləş kart dəstəkləyən MicroSD slotu var. Telefon FM tünerilə təchiz olunub; korpusun yan hissələrində mediapleyeri idarə etmək üçün klavişlər nəzərdə tutulub. Nokia X2-02 modeli GSM/EDGE 900/1800 MHz mobil şəbəkələrində iş üçün hesablanıb; 2 SİM-kart quraşdırılması dəstəklənir.