Nonne

die; -, -n rahibə
Nonkonformismus
Nonsens
OBASTAN VİKİ
Nikolay fon der Nonne
Nikolaus fon der Nonne (alm. Nikolaus von der Nonne‎, Mikołaj, rus. Николай Августович фон дер Нонне/Nikolai Awgustowitsch fon der Nonne; 16 (28) iyun 1834, Sankt-Peterburq quberniyası[d] – 13 (26) avqust 1908, Tiflis) — alman mənşəli memar, 1898–1902-ci illərdə Bakı Şəhər Dumasının sədri. 1883-cü ildə o memar və dövlət tikinti direktoru kimi Bakıya gəlir. Onun müasir avropa tikinti üslubunu oriental elemntlərlə zənginləşdirməsi, yerli əhali tərəfindən rəğbətlə qarşılanır. Bu yolla oriental arxitektura üsul ilə tikilmiş binalar əhatə olunmuş sahələrdə avropa üslubu özünə yer tapmış olur. 1895-ci ildən sərbəst memar kimi fəaliyyət göstərməsi sayəsində ona böyük tikinti layihələri üçün sifarişlər almağa imkan yaradır. 1897-ci ildən dövlət tikinti idarəsindən o şəhərin bütün planını yenidən işləmək sifarişi alır. Bunun üçün ona 33500 rubl pul verilir. Artıq 1898-ci ilin oktyabrında o planı tamamlayır və sonrakı dövrdə aparılan işlərin icrasına nəzarət edir.
Sarı nonneya
Nonea lutea (Desr.) D. C. Hündürlüyü 20-30 sm, gövdəsi əsasından budaqlanmış olan birillik ot bitkisidir. Qısa yumşaq, sadə və vəzili yapışqanlı və cod tüklə örtülmüşdür. Kökətrafı yarpaqları uzunsovneştərvari, küt, tədricən saplağa daralandır, aşağı gövdə yarpaqları qaidə hissəsinə doğru daralan, qalanları oturaqdır, xətvari-neştərşəkilli, sivri, tamkənarlı və yaxud seyrək dişlidir. Çiçək salxımları tək-tək və ya bir neçə ədəd olmaqla gövdə və budaqların ucunda yerləşmişlər, barverən budaqlar uzanmışdır, çiçəkləri birtərəfli yerləşmişdir. Tac limon sarısı rəngdədir, demək olar ki, borucuğa bənzərdir, diametri 5 mm-dən çox olmayan kiçik qınlıdır. Fındıqcalar 5–6 mm uzunluqdadır, düz, seyrək uzununa damarlıdır, qəhvəyi rəngli, kütdür, qaidə hissəsində hamar halqalıdır. Aprel-May May-İyun Demək olar ki, Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər. Meşə talalarında, kolluqlarda, əkinlərdə alaq kimi, tarla və bostanlarda, yol boyunca, suvarma kanalları boyunca, boş yerlərdə rast gəlinir.