nummulitlər

nummulitlər (zool.)
nummulit
nunataq
OBASTAN VİKİ
Nummulitlər
Nummulitlər (Nummulitida) - iri (16 sm-dək) sekresion karbonat tərkibli, mərciyəbənzər ikitərəfli simmetrik qabıqlı çoxkameralı nəhəng foraminiferlər. Nummulitlər Tetisin əsasən eosen dənizlərində məskunlaşan hərəkətli bentos orqanizmləri olub (Misir, Krım, Kiçik Qafqaz, Talış və b.) təbaşirin sonlarından başlayaraq paleogendə yüksək inkişaf dövrü keçmiş və qalın (nummulit) əhəngdaşı qatları əmələ gətirmişdir. Karbonatlar Foraminiferlər Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.