NƏFƏR

сущ.
1. человек, в сочет. с числит. bir nəfər один человек, beş nəfər пять человек, on nəfər десять человек, neçə nəfər gəlib? сколько человек пришло?
2. солдат, боец, рядовой; milis nəfəri устар. милиционер; bir nəfər кто-то. Bir nəfər zəng etmişdi кто-то звонил; bir nəfər belə ни один человек; bir nəfər kimi все как один; bir nəfərə qədər все до единого, все до одного
NƏFBƏRDAR
…NƏFƏRLİK
OBASTAN VİKİ
Nəfər eli
Nəfər eli — Türk əsilli Azərbaycan tayfası. Nəfər eli əvvəlcə qaşqayların tərkibində olub. Sonra isə ixtilaflar nəticəsində eldöndülük edərək müstəqil bir quruma çevrilmişdir. XIX əsrin 70-ci illərində baharlı, inallı, baseri və ərəb tayfaları ilə birlikdə Xəmsə elini yaratmışlar. Bədəkli oymağı Tatımlı oymağı Çonqarı oymağı Dəvəlixanlı oymağı Zamanxanlı oymağı Səttarlı oymağı Səncərli oymağı Şuli oymağı Çini oymağı Tatım oymağı Əraçi oymağı Qadlı oymağı Qubadlı oymağı Qarabacaqlı oymağı Qeydərli oymağı Hüseyn xan Nəfər—Nadir şah Qırxlı-Avşar tərəfindən Baharlı oymağının kələntəri təyin edilmişdi. Məhəmmədtağı xan Nəfər—atası Hüseyn xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. Ələkbər xan Nəfər—atası Məhəmmədtağı xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. Ənvər Çingizoğlu, Onlar neçə nəfərdilər? "Soy" dərgisi, №1 (34). Bakı, 2010.səh.42-45.
Hüseyn xan Nəfər
Yer üzündə iki nəfər (balet)
Yer üzündə iki nəfər (ru. Двое на этой Земле) — Arif Məlikovun "Metamorfozalar" simfonik poeması əsasında qurulmuş haqqında birpərdəli baleti. Libretto Robert Rojdestvenskiyə məxsusdur. Baletmeyster O. Vinoqradovdur. İlk dəfə 1969-cu ildə Mariinskiy teatrda səhnəyə qoyulub. İlk baxışdan sevgi və ruhən birləşmək haqqındadır. Муза Арифа Меликова. Азербайджанский конгресс.- 2009.- 11 сентября.- С. 12. Музыковед Айтен Ибрагимова: Ариф Меликов - яркая личность современности.
İki nəfər yolda (film, 1967)
"İki nəfər yolda" (ing. Two for the road) — rejissor Stenli Donenin filmi. Film ər-arvad cütlüyündən bəhs edir. Nikah dağılma ərəfəsindədir. Onların bir yerdə yaşadıqları həyat tamaşaçıların gözü qarşısında tanışlıq məqamından etibarən göstərilir. Doğrudanmı onların hər ikisini Cənubi Fransada ovsunlayan həmin sevgi həmişəlik yoxa çıxıb? Amma bəlkə də hələ tam olaraq itib getməyib? Qızıl Balıqqulağı Mükafatı – Stenli Donen Ən yaxşı Britaniya ssenarisi – Frederik Rafael Ən yaxşı orijinal ssenariyə görə – Frederik Rafael Komediya və ya müzikldə ən yaxşı qadın roluna görə – Odri Hepbern Ən yaxşı musiqiyə görə – Henri Mançini Ssenari müəllifi : Frederik Rafael Rejissor : Stenli Donen Operator : Kristofer Çellis Bəstəkar : Henri Mançini Prodüser : Stenli Donen Odri Hepbern – Coanna Volles Albert Finni – Mark Volles Eleanor Bron – Keti Mançester Uilyam Deniels – Hovard Mançester Klod Dofen – Moris Dalbre Nadya Qrey – Fransuaza Dalbre Jorj Deskrier – Devid Qabriel Middlton – Ruti Mançester Jaklin Bisset – Cekki Two for the Road — Internet Movie Database saytında.
Bir məhəllədən iki nəfər (film, 1957)
Bir məhəllədən iki nəfər tammetrajlı bədii filmi rejissorlar İlya Qurin və Əjdər İbrahimov tərəfindən 1957-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyası və Maksim Qorki adına kinostudiyanın istehsalıdır. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir. == Məzmun == Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməmişdir. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır. == Festival və mükafat == 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.
Bir nəfər hamıya görə (film, 1989)
Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər. == Məzmun == Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur. Film yalançı liderin iç üzünü açıb göstərir.
Hamı bir nəfər üçün (film, 1984)
Min nəfərin ekspedisiyası
Min nəfərin ekspedisiyası (it. Spedizione dei Mille) — inqilabi general Cüzeppe Qaribaldinin 1860-1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, “Hər iki Siciliya krallığını” məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur. Ekspedisiya, “Sardiniya krallığının” baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə “Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini” birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi. Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi. Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı.
İki nəfərlik vağzal (film, 1982)
"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi. Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı — məqaləsinə ticari sərnişin və kargo uçuşları, hərbi sərnişin və kargo uçuşları, yaxud bir hadisədə ən azı 50 nəfərin həlak olduğu ümumi aviasiya qəzaları və insidentləri daxildir. Terorist və ya digər hücumlar da daxil olmaqla 539 belə hadisə baş verib. Bunlardan 198-i ən azı 100 ölüm, 33-ü ən azı 200 ölüm, 8 qəza ən azı 300 ölüm, 4 qəza isə ən azı 500 nəfərin ölümü ilə nəticələnib. 1923-cü ildən (ilk belə qəza və hadisəsi 50-dən çox adamın ölümü ilə nəticələnib) bu günə kimi, yeddi qitədə və üç böyük okeanda 571 təyyarə bu qəzalardan qaça bilməmiş və bütün qəzalarda ümumilikdə 56 min 669 nəfər həyatını itirmişdir. 17 dekabr 1903-cü ildə Rayt qardaşlarının qabaqcıl uçuşundan beş il sonra, 17 sentyabr 1908-ci il, Tomas Selfric, Virciniya ştatının Fort Myer şəhərində Rayt Model A-nın nümayişi zamanı Orville Rayt ilə sərnişin kimi uçarkən motorlu uçuşun ilk ölümü oldu. 1909-cu ildə Eugène Lefebvre motorlu bir təyyarəni idarə edərkən həlak olan ilk şəxs oldu, ilk ölümcül havada toqquşma isə 19 iyun 1912-ci ildə Fransanın Douai yaxınlığında baş verdi və hər bir təyyarənin pilotu öldü. Bu ilk aviasiya ölümlərindən sonra ölümcül təyyarə qəzalarının miqyası təyyarələrin ölçüsü və tutumu ilə mütənasib olaraq artmışdır. Bir ildə bir aviaşirkətin iştirakı ilə ən çox ölüm halı 2014-cü ildə baş verib, o zaman 537 nəfər (ehtimal ki, dağıntılar aşkar olunmayıb, ölənlərin sayı tam təsdiq edilməyib) Malaysia Airlines MH370 təyyarəsinin yoxa çıxması və dörd ay sonra Malaysia Airlines MH17 reysinin qəzaya uğraması nəticəsində baş verib. Tarixdə hər hansı aviasiya qəzasında ən çox ölüm hadisəsi 1977-ci ildə iki Boeing 747 təyyarəsinin uçuş-enmə zolağında toqquşması nəticəsində 583 nəfərin öldüyü Tenerife hava limanında baş vermiş qəzada baş verib. Havada toqquşma nəticəsində ölənlərin çoxu 12 noyabr 1996-cı ildə Hindistanın Yeni Dehli şəhərinin qərbində, Çarxi Dadridə havada toqquşma zamanı Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus Boeing 747–100B təyyarəsinin Dehlidən Səudiyyə Ərəbistanının Dhahran şəhərinə toqquşması nəticəsində baş verib.
İki nəfərlik vağzal
"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.

Значение слова в других словарях