nəfəslik
nəfəssiz
OBASTAN VİKİ
Qafqaz nəfəsotu
Şərqi Avropada, Zaqafqaziyada, Qazaxstanda, Şimali Qafqazda və Qərbi Sibirin cənubunda yayılmışdır. Yabanı halda Kiçik Qafqazın mərkəzi hissəsində təsadüf edilir. Qarabağda (Xanbulaqda) yayılmışdır. Azərbaycanın nadir bitkisidir. CR B1ab(ı, ıı, ııı,)+2ab(ı, ıı, ııı). Quru kasıb şamlıqlarda, çöllərdə, yamaclarda, yolların ətra-fında rast gəlinir. Çox deyildir. Təbiətdə hündürlüyü 80 sm-ə qədər olan koldur. Budaqları düz və ya əyilən, bozumtul-qonur və ya bozdur. Zoğları ipək-vari, ağımtıl-boz tükcüklüdür.
Rus nəfəsotu
Şərqi Sibirin quru çınqıllı sahələrində, Avropa, Qərbi Asiya, Şimali Afrika və Makroneziyada yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 1 növü məlumdur. Hündürlüyü 1,5-2 m, dik qalxan budaqlara, üçər yarpaqlara malik olan koldur. Yarpaqcıqları tərs yumurtavari, oturaq, alt tərəfdən ipəkvari tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qızılı-sarı rəngdə olub, tək-tək salxımlarda yerləşir. Meyvələri avqust ayında yetişir. Paxlası xətvari, qara rəngli, tükcüklü olub, 3 sm uzunluqdadır. Bu növ şaxtaya, quraqlığa dözümlü və işıqsevəndir. Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.

Значение слова в других словарях