odalı
odasız
OBASTAN VİKİ
Böyük odalıq
Böyük odalıq (fr. La Grande Odalisque) — 1814-cü ildə fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Əsərdə bir cariyə təsvir edilmişdir. Tədqiqatçılar bu əsəri rəssamın neoklassisizmdən ayrılması və eqzotik romantizmə yaxınlaşması dövrünün başlanğıcı kimi qəbul edirlər. Əsər ilk dəfə ictimayətə təbliğ edildiyi zaman böyük marağa səbəb olmuş, incə, uzun ətrafları və anatomik gerçəklikdən uzaqlığı diqqət çəkmişdir. Rəsm əsəri, hazırda Parisdəki Luvr muzeyində sərgilənməkdədir. == Tarixçə == Əsər, Napoleon Bonapartın bacısı Neopolitan kraliçası Karolin Murat tərəfindən sifariş edilmiş və 1814 – cü ildə tamamlanmışdır. Enqr əsəri çəkərkən Corconenin "Yatan Venera" və Tisianın "Urbinolu Venera" əsərlərindən ilham alsa da, əsasən 1809 – cu ildə Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti"nin təsiri altında olmuşdur. Əsərdə bədən ölçüləri normal olmayan bir cariyə uzanmış və arxasını izləyiciyə çevirmiş şəkildə təsvir edilmişdir. Qadının kiçik bir başı, anormal ölçülü qol və ayaqları var.

Значение слова в других словарях

вы́бойщик карту́шка отра́дно раски́дывать синьо́ра танатофо́бия тошнёшенький цвети́стый вса́днический захлёстыванье криптоме́рия лобко́вый оттира́ть ползу́нья рафини́рованный парикожа cistern ekistics hapax legomenon Millicent pawnee ацетон вожатый ливрейный паровозоремонтный