Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxera
Oxera (lat. Oxera) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Oxera:The Plant List saytında takson barədə məlumat.
Xora
Xora xəstəliyi, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi — bütün orqanizmin xronik xəstəliyi. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir. 1829-cu ildə fransız həkimi J. Kryuvel xora xəstəliyini müstəqil nozoloji forma kimi ayırmışdı. Xora xəstəliyi Geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3—10 dəfə çox tutulur. Xora xəstəliyinin etiolokiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, siqaret çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər. == Etiologiyası və patogenezi == Etioloji amillərin sırasına təkrar olunan və sürəkli mənfi emossiyalar, sinir-hormonal nizamlanma və qidaianma rejıminin pozutması.
Oxa
Oxa — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Odra çayı
Odra (çex. və pol. Odra) -Polşa, Çexiya, Almaniya ərazisindən axan çay. == Coğrafiyası == Odra çayı Polşa və Almaniya sərhəddindən başlayır. Polşanın ən uzun çayı Visladan sonra ikinci ən uzun çayı hesab edilir. Çayın uzunluğu-903 km, hövzəsinin sahəsi isə təqribən-125 min km². Çayın illik su sərfi isə 480 m³/san-dir. Başlanğıcını Şərqi Sudet dağlarından götürür. Mənbəyinin hündürlüyü, dəniz səviyyəsindən-634 m-dir. Əvvəl Çexiyanın ərazisindən sonra isə Polşa ərazisindən axır.
Ofra Haza
Ofra Haza (19 noyabr 1957, Tel-Əviv — 23 fevral 2000, Ramat-Qan) — məşhur İsrail müğənnisi və aktrisası.
Opra Uinfri
== Həyatı == Opra Uinfri 1954-cü ildə Missisipidə anadan olub. Onun anası xidmətçi, atası isə fəhlə idi. O, dünyaya gəldikdən sonra valideynləri ayrılıb. 6 yaşına kimi nənəsi ona himayədarlıq edib. Anası iş tapdıqdan sonra Opranı yanına aparır. Opra 9 yaşı olanda qohumları tərəfindən zorlanır. 14 yaşında bir uşaq dünyaya gətirir, lakin körpə sağ qalmır. Bundan sonra anası Opranı atasının yanına göndərir. Opra atasının yanında bütün pisliklərdən uzaqlaşır və narkotikadan istifadəni dayandırır. Litseyi uğurla bitirən Opra müxtəlif müsabiqələrin qalibi olur.
Oxera cauliflora
Oxera cauliflora (lat. Oxera cauliflora) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Oxera crassifolia
Oxera crassifolia (lat. Oxera crassifolia) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Oxera macrocalyx
Oxera macrocalyx (lat. Oxera macrocalyx) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Oxera nuda
Oxera nuda (lat. Oxera nuda) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Rita Ora
Rita Ora (ing. Rita Sahatçiu Ora; 26 noyabr 1990, Priştina, Kosovo) — ingilis müğənni və aktrisa. 2012-ci ildə ilk albomu Ora, Birləşmiş Krallıqda siyahılarda birinci yerə yüksəldi. Albomun ən məşhur sinqlları R.İ.P və How We Do(Party) olmuşdur. Rita Ora, arxa-arxaya üç dəfə zirvədə olmaqla UK Singles Chartda bir nömrə olan ən çox sinqla malik müğənni oldu Həmçinin 2015-ci ildə The Voice UK dördüncü sezonunda jüri stulunda əyləşmişdir.
Fleş Oxa qarşı
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Abra
Aqra
Aqra-Hindistanın şimalında, Uttar Pradeşdə şəhər. 1528-ci ildən 1658-ci ilədək Böyük Moğol imperiyasının paytaxtı olmuşdur. Hazırda Hindistanın iri turistik mərkəzlərindəndir. Tac-Mahal bu şəhərdə yerləşir. Yamunı çayının kənarındadır. Əhalisi 1 334 900 (2004) nəfərdir.
Aura
Aura (q.yun. αὔρα — yüngül meh, üfürük) ("parsial" (fokus, genişlənməmiş) epileptik tutma) — müntəzəm olaraq epileptik tutmadan əvvəl baş verən və ya müstəqil tutma olan hər hansı hiss və ya təcrübə. Bu epilepsiyanın əlamətidir. == Haqqında == "Aura" sözü yunan mənşəli olub "əsmə" mənasını bildirir və insanın fiziki bədənini əhatə edən enerji informasiya sahəsini əks etdirir. Aura insanın şəxsiyyəti, həyat tərzi, onun fikirləri və hissləri məlumatlarını özündə birləşdirən enerji şüalandırır. Məşhur rusiyalı bir psixoloqun fikrincə, insan aurasının fərdi xüsusiyyətləri onun forması, ölçüsü, sıxlığı, rəng palitrası müəyyən insanın səviyyəsindən asılıdır. Aura insan bədənini əhatə edən bir oval yaradır. İnsan psixoloji cəhətdən sabit və eyni zamanda enerji və güc ilə tam təmin olunanda auranın forması harmoniya təşkil edir. Nə qədər ki, daxili aləm sabit deyil bir o qədər aura simmetrik olmayacaq. İnsanın şəxsiyyətinin güclü olmasını bildirir.
Axta
Axta rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon olmuşdur. Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər. Yuxarı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Axta (Razdan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Axta (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Axura
Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır. == Əhalisi == Əhalisi 1571 nəfərdir. === Tanınmış şəxlər === Muxtar İmanov — AMEA Folklor İnstitutunun direktoru Məhəmməd İsmayılov — iş adamı.
Bora
Bora – dəniz sahilboyunda yerləşən alçaq sıra dağların yamacından aşağıya – dənizə doğru əsən və qışda xeyli soyuqluq yaradan güclü küləkdir. Yuqoslaviyanın Adriatik sahilboyunda, Novorossiyskidə, Baykalın sahillərində və sair yerlərdə müşahidə olunur..
Borxa
Borxa (isp. Borja) — İspaniyanın Araqon avtonom bölgəsinin Saraqosa vilayətində bələdiyyə. Bələdiyyə Kampo-de-Borxa kormakasında, Saraqosa şəhərindən 63 kilometr (39 mil) uzaqlıqda yerləşir. 2014-cü il əhali siyahıyaalmasına əsasən, bələdiyyədə 4.969 nəfər yaşayır. İntibah dövründə İtaliyada güc qazanmış Borciya ailəsi əslən Borxadandır. == Əhali == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçdlər == Vikianbarda Borxa (İspaniya) ilə əlaqəli mediafayllar var.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Domra
Domra (rus. До́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Hera
Hera (q.yun. Ἥρα) – Yunan mifologiyasında ilahə. Evlilik və doğum ilahəsidir. Atributları İnək, zanbaq, tovuz quşudur. Hera Kronun qızı, baş tanrı Zevsin bacısı və həm də arvadıdır. Samos adasında, İmbrasa çayının sahilindəki söyüd ağacının altında dünyaya gəlmişdir. Onun başındakı diademlə (tacla) təsvir edilməsi onun baş ilahə olmasına işarədir. == Zevs və Hera == Zevs Hera hələ gənc qız ikən ona vurulmuş və onun kölnünü almaq məqsədilə Hera tənha dağa çıxarkən, tufan qopararaq kukuk quşu cildinə girərək, titrəyərək qorunmaq məqsədilə onun dizlərinə dolaşır. İlahə Hera ona rəhm edərək paltarının ətəyi ilə qoruyarkən, Zevs Heraya qovuşmaq üçün əsil cildinə dönür. Əvvəlcə anası Reyin qınağından qorxaraq Hera Zevsdən çəkinir, lakin Zevs ona evlənmək təklifi etdikdən sonra razılaşır.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Qoxua
Qoxua (Çin dilində:milli boyakarlıq) — XX əsrin əvvəllərində meydana gələn və müasir Çin boyakarlığını ifadə edən termin. Qoxua termini ipək parça və kağız üzərində sulu boyalarla, əsasən, tuşla işlənən ənənəvi Çin boyakarlığını Avropa boyakarlığından fərqləndirmək məqsədilə yaradılmışdır. E.ə. III–II əsrlərdə özünə məxsus texniki və janr xüsusiyyətləri, eləcə də spesifik təsvir metodu olan milli boyakarlıq ənənələrinin bərpası və yeniləşdirilməsində qoxua mühüm rol oynamışdır. Qoxuada işləyən ilk rəssamlar (Jen Bo-nyan, Tsi Bayşi və b.) ənənəvi metodları zənginləşdirmək üçün naturaya müraciət etmişlər. Sonralar, milli boyakarlıq iki istiqamətdə -ənənəvi bədii ifadə vasitələrindən istifadə və Avropa boyakarlığı nailiyyətlərinin qoxua prinsiplərinə birləşdirmək yolu ilə inkişaf etmişdir. 1940–50-ci illərdə qoxua sujet etibarilə daha da müxtəlifləşir, müasir mövzularda lirik və məişət kompozosiyaları yaranır. == İstinadlar == == Mənbə == "Azərbaycan sovet ensiklopediyası", Bakı, 1979.