ODUNBÖCƏYİ
ODUNHAZIRLAYAN
OBASTAN VİKİ
Ağ oduncaqlı evkalipt
Ağ oduncaqlı evkalipt (lat. Eucalyptus leucoxylon) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii arealı cənubi və cənub-şərqi Avstraliyadır. Aralıq dənizi sahillərində də geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-25 m, gövdə diаmеtri isə 25-40 sm оlur. Qabığı kobud, gövdənin aşağı sahəsində hamar, ağ rəngli, gövdənin yuxarı hissəsində isə qabığın üzəri ağ və ya mavi ləkələrlə örtülüdür. Cavan yarpaqlar qarşı-qarşıya olub, sayı müxtəlif miqdarda və ya cüt, əksər halda oturaq və ya qısa saplaqlı, formaca ürəkvari, dairəvi və ya geniş neştərvaridir. Uzunluğu 4-7 sm, eni 3-3,5 sm-ə çatıb, mavi çalarlıdır. Yetkin yarpaqları növbəli, neştərvari, 7-15 sm uzunluqda, 2-3,5 sm enində olmaqla, açıq yaşıl və ya bozumtuldur. Çiçəkləri adətən ağacın üst çətirlərində və yarpağın qoltuq hissələrində yerləşməklə salxıma toplanır.
Oduncaqlı qayaotu

Значение слова в других словарях