Oktan

doymuş karbohidrogen, xarakterik iyli rəngsiz mayedir. –56,80C-də donur, 125, 670C-də qaynayır; sıxlığı 200-də 0,7025 q/sm3, oktan ədədi 17-19-dur. Neftdə, distilə benzinlərində (10%-ə qədər) və sintetik benzində (çoxlu miqdarda) olur.
Nümunə
Oktan ədədi
OBASTAN VİKİ
Oktan
Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen. Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur. Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra "molekulyar ələk"lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər. Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1–2 Mn/m2 və ya 10–20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir. Oktanın 18 struktur izomeri var: oktan (n-oktan) 2-metilheptan 3-metilheptan (+ optik izomerləşmə) 4 — metilheptan 3-etilheksan 2,2-dimetilheksan 2,3-dimetilheksan (+ optiki izomerləşmə) 2,4-dimetilheksan (+optiki izomerləşmə) 2,5-dimetilheksan 3,3 — dimetilheksan 3,4 — dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz)) 2-metil-3-etilpentan 3 — metil-3-etilpentan 2,2,3-trimetilpentan (+optiki izomerləşmə) 2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur) 2,3,3-trimetilpentan 2,3,4 — trimetilpentan 2,2,3,3-tetrametilbutan http://www.cdc.gov/niosh/npg/npgd0470.html Корольченко А. Я.,Корольченко Д.А. Пожаровзрывоопасность веществ и материалов и средства их тушения. Справочник: в 2-х ч. — 2-е изд., перераб. и доп.- М.: Асс.
Oktan ədədi
Oktan ədədi ([izo]oktan sözündən) — daxiliyanma mühərrikləri üçün yanacağın detonasiyaya davamlılığını xarakterizə edən göstəricidir (yanacağın sıxılma zamanı özüalışmaya qarşı davamlılığı). Bu ədəd izooktanın (2,2,4-trimetilpentan) onun n-heptanla qarışığında olan miqdarına (həcminə nisbətdə faizlə) bərabərdir, bu halda qarışıq detonasiyaya davamlılığa görə standart test şəraitində tədqiq olunan yanacağa ekvivalentdir. Təyin üsulundan asılı olaraq tədqiqat oktan ədədi (TOƏ) və motor oktan ədədini (MOƏ) fərqləndirirlər, TOƏ ilə MOƏ arasındakı fərqə yanacaq həssaslığı (ing. fuel sensitivity) deyilir. Yanacağın detonasiyaya davamlılığını real iş şəraitində xarakterizə etmək üçün faktiki oktan ədədi (mühərriyin stend sınaqlarında) və yol oktan ədədindən (birbaşa avtomobilin yol sınaqlarında) də istifadə edilir. Izooktan hətta yüksək sıxılma dərəcəsində belə çətinliklə alışır və onun oktan ədədi 100 qəbul olunur. Əksinə, n-heptanın yanması mühərrikdən gələn səslə müşayiət olunur, ona görə də onun oktan ədədi 0 kimi qəbul edilir. Oktan ədədi 100-dən yuxarı olan benzinlər üçün şərti şkala tərtib olunmuşdur, burada tərkibinə müxtəlif miqdarda antidetonator (tetraetilqurğuşun) əlavə edilmiş izooktandan istifadə olunur. Mühərrikdən gələn səs xarakterik metal səsi kimidir. Bu səsi qarışığın sürətli yanması zamanı yaranan və silindr və porşenin divarlarından əks olunan təzyiq dalğaları yaradır.
Oktanol-1
Oktanol-1 – üzvi maddə olub, yağ spirtlərinin sinfinə aiddir. Sitrus efir yağlarının tərkibində (qreypfrut yağında, apelsin yağında) olur. Spirtdə, petroleyn efirində yaxşı, suda isə pis həll olur. Tünd yağlı-sitrus iylidir. Sənayedə oktanol Tsiqler üsulu ilə etilen və trietilalüminumdan əmələ gələn spirtlərin rektifikasiyası ilə alınır: Al(C2H5)3 + 9 °C2H4 → Al(C8H17)3 + 3O + 3H2O → 3 °C8H17OH + Al(OH)3 Oktanolu həmçinin oktan tuşusu və onun efirlərinin, eləcə də, kokos yağından alınan yağ turşularının oktil efirlərinin hidrogenləşməsindən alırlar. Parfüm kompozisiyalarının, ətirlərin və qida esensiyalarının tərkib hissəsi kimi tətbiq olunur. n-Oktanol – su binar sistemi famakoloji kimyada tətbiq olunur, belə ki, bir çox birləşmələrin lipofilliyini qiymətləndirmək üçün əlverişli modeldir. C. Hansh oktanolu lipidlərlə formal oxşar olduğuna görə (uzun alkil zənciri və həm protondonor, həm də akseptor xassələr göstərən funksional qruplar) lgP-ni təyin etmək üçün standart həlledici kimi qəbul etmişdir. Selikli qişanı qıcıqlandırır, görmə və parenximal orqanlara (qaraciyər, dalaq, mədəaltı vəz və s.) təsir göstərir. Buraxıla bilən qatılıq həddi (BQH) 10 mq/m2-dir.
Oktant (bürc)
Oktant (lat. Octans) — göyün cənub yarımkürəsində bürc.

Значение слова в других словарях