oliqopolist
oliqosaxarid
OBASTAN VİKİ
Oliqopoliya
Oliqopoliya — bazarın elə bir növüdür ki, bu cür bazarlarda sadəcə bir neçə dominant (üstün) firma fəaliyyət göstərir. Bu firmaların hər biri bazarda xeyli yer tutur və qiymətin yaranması prosesinə təsir edə bilir. Oliqopoliyanın xüsusi forması — əgər bazarda sadəcə iki firma olarsa — duopoliya adlanır. Başqa sözlə, oliqopoliya, eyni fəaliyyət sahəsində bir-birinə təsir edəcək qədər az sayda firma qarşısında çox sayda alıcının olduğunu ifadə edir. Qərar alma müddətində bir firmanın eyni fəaliyyət sahəsindəki digər firmaların qiymət, miqdar, reklam, dəyər və digər tətbiq etmə sahəsində fəaliyyətləri bir-birindən xəbərsiz və müstəqildirsə, bu, oliqopoliya anlayışını ifadə etmir. Bir bazarın oliqopolik bir bazar quruluşlu olması üçün bəzi şərtlər vardır. Bu şərtlər, eyni fəaliyyət sahəsində fəaliyyət göstərən firmaların qarşılıqlı təsiri ilə digər bazarlardan fərqlənməsinə səbəb olan şərtlərdir. Oliqopolik bazarda fəaliyyət göstərən firmaların bir-birilə qarşılıqlı təsir əlaqələrinin olması vacibdir. İstər iş birliyi, istərsə də, rəqabət baxımından bir firmanın həyata keçirdyi davranışın və almış olduğu qərarların digər firma tərəfindən təqib edilməsi və dəyərləndirilməsi vacibdir. Belə olmadığı halda oliqopoliyadan danışmaq yersizdir.
Kurno oliqopoliyası
Kurno oliqopoliyası — bazar rəqabətinin iqtisadi modeli. Onu formalaşdıran fransız iqtisadçısı A. Kurnonun (1801-1877) şərəfinə adlandırılmışdır. Modelin əsas müddəaları: Bazarda eyni adlı iqtisadi məhsul istehsal edən sabit sayda N > 1 {\displaystyle N>1} firma var; Bazara daxil olan və çıxan yeni firmalar yoxdur; Firmaların bazar gücü var. Qeyd: Kurno özü bazar gücünün nə olduğunu bilmirdi. Bu termin sonradan ortaya çıxdı; Firmalar mənfəətlərini maksimuma çatdırır və əməkdaşlıq olmadan fəaliyyət göstərir. N {\displaystyle N} bazarındakı firmaların ümumi sayının bütün iştirakçılara məlum olduğu güman edilir. Hər bir firma öz qərarını verərkən digər firmaların məhsuldarlığını verilmiş parametr (sabit) kimi qəbul edir. Firmaların məsrəf funksiyaları c i ( q i ) {\displaystyle c_{i}(q_{i})} müxtəlif ola bilər və həmçinin bütün iştirakçılara məlum olduğu güman edilir. Tələb funksiyası malın qiymətinin azalan funksiyasıdır. Malın qiyməti sektoral bazarın tarazlıq qiyməti kimi verilir (sahə təklifinin dəyəri eyni qiymətdə verilmiş iqtisadi əmtəəyə olan tələbin dəyərinə bərabərdir).

Значение слова в других словарях