om-santimetr

om-santimetr
om
omaç 2021
OBASTAN VİKİ
Santimetr
Santimetr (sm, cm) — BS sistemində 0,01 metrə bərabər uzunluq vahididir. SQS sistemində əsas uzunluq vahididir.
.om
.om — Omanın internet kodu.
Om
Om ya Aum — Hinduizmdə və əksəriyyəti Hindistana xas bəzi başqa inanc sistemlərində dini ya da mistik təsiri olduğuna inanılan sözlərin (mantra) ən müqəddəsi sayılan heca. Sanskrit dilində birlikdə o səsini verən a və u saitləriylə m səsindən ibarətdir. Bu üç səs yer üzü, səma və göy qatlarında ibarət olan üç dünyanı; Brahma, Vişnu və Şivadan ibarət olan üç böyük Hindu tanrısını; Riq,Yacur və Sama adlı üç müqəddəs vida mətnini işarələr. Beləcə Om hecası sirrli şəkildə bütün kainatın özünü təmsil edir. Hindu ayinlərində dua, ilahi və meditasiyaların başında və sonunda deyilir. Müəyyən bir qaydaya bağlı olmadan Buddaçı və Caynaçı ayinlərində də istifadə edilər. Om hecasının yazılı forması, VI əsrdən sonrakı yazmaq və kitabə mətnlərinin başını ifadə etmək üçün istifadə edilmişdir. Om hecası, fəlsəfi vida mətnləri olan Upanişadların bir çoxunda ələ alınar; bunlardan Mandukya tamamilə bir hecaya ayrılmışdır. Yoqa tətbiqlərində də istifadə edilən Om şifahi meditasiya texnikalarıyla əlaqəlidir. Puranalarda (Qədim Bilgə) isə məzhəbçi məqsədlərlə istifadə edilir; Şivacıların Omu linqanın (Şivanın simvolu kişilik orqanı) simvolu olaraq şərh etməsinə qarşılıq, Vişnucular bu üç səsi Tanrı Vişnu, həyat yoldaşı Şri və ibadət edəndən ibarət üçləmə formasında göstərilir.
Georq Om
Georq Om (alm. Georg Simon Ohm;‎; 16 mart 1789[…], Erlangen – 6 iyul 1854[…], Münxen) — alman fiziki. O, elektrik dövrəsində cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı qanunauyğunluğu müəyyənləşdirən Om qanununu kəşf etmişdir. == İstinadlar == == Mənbə == Fizika 9. § 4.3. Elektromaqnit sahəsi. Elektromaqnit dalğası. səh. 82.
Om Puri
Ser Om Raceş Puri (18 oktyabr 1949[…] – 6 yanvar 2017[…]) — Milli Dram məktəbi və Hindistan Kino və Televiziya Universitetini bitirdikdən sonra 1975-ci ildə böyük ekranda “Oğru, gözün getdi” filmi ilə debüt edir. Sonralar daha uğurlu filmlərdə rol alır və ömrünün sonuna qədər fərqli obrazlarla ekranlara çıxır. Om Purinin iştirakı ilə çəkilmiş ən məşhur ekran əsərləri “Disko rəqqası”, “Dulhan Hum Le Jayenge”, “London arzuları”, “Ədviyyatlar və ehtiraslar” filmləridir. 6 yanvar 2017-ci ildə Mumbayda (Hindistan) ürəktutmasından vəfat edib.
Om qanunu
Om qanunu — Elektrik dövrəsindəki naqildə gərginlik, cərəyan şiddəti və müqaviməti arasında münasibəti müəyyən edir. Qanun onu kəşf edən Georq Omun şərəfinə Om qanunu adlandırılmışdır. Om qanunu belədir: :Elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasibdir. Başqa sözlə, I = U R {\displaystyle I={U \over R}} , burada: I — cərəyan şiddəti (А), U — gərginlik (V), R — müqavimətdir (Om).
Om çayı
Om çayı — Rusiya ərazisində yerləşən, Qərbi Sibirdə yeləşən, Omsk vilayəti və Novosibirsk vilayətindən axaraq İrtış çayına (sağ qolu) tökülür. Omskda çay Nijneomsk, Kalaçinski, Kormilovski və Omsk rayonları ərazisindən keçir. Çayın başlanğıcı Vasyuqan düzənliyindən götürür. Çayın mənbəyi Omsk gölüdür. Gölün ətrafında dünyanın əb böyük bataqlıqlarından olan Vasyuqan bataqlığı yerləşir. Sonra çay Barabin çökəkliyindən axır. Çayın mənsəbi İrtış çayının mənsəbindən 1831 km yuxarı axarda Omsk şəhəri yaxınlığındadır. Çayın uzunluğu 1091 km, sahəsi isə 52,600 km² təşkil edir. İllik su sərfiyyatı 64 m³/s -dir. Sovet dönəmində Kuybişev və Ust-Tarta arasında gəmilər fəaliyyət göstərirmiş.
Om Şanti Om (film, 2007)
"Om Şanti Om" (hind. ओं शान्ति ऒं) — rejissor Fərəh Xanın filmi. Filmdəki hadisələr 30 il əvvəldən başlayır və 70-ci illərin Bombeyi təsvir olunur. Om Prakaş Mahica və onun dostu Pappu sənətə yeni başlayan aktyorlardır. Rejissorlar onlara deyiləcək çox sözü olmayan kiçik və epizodik rollar verirlər. Baş qəhrəman belə hesab edir ki, onun şöhrət qazanmaq üçün möhtəşəm soyadı yoxdur. Məsələn, belə: Om Kapur! Omun anası oğlunu inandırır ki, o, nə vaxtsa böyük bir filmdə baş rol ifa edəcək... Om Prakaş gənc kino ulduzu Şanti Priyaya aşiqdir. Filmlərdən birinin çəkilişi zamanı yanğın baş verəndə Om Şantini alovun içindən xilas edir və beləcə onlar dost olurlar.
5 santimetr saniyəyə
Saniyədə 5 santimetr (秒速5センチメートル, 5 Centimeters Per Second) – 2007-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Makoto Şinkaydir. == Məzmun == Film baş qəhrəman Takaki Tononun heyatının 10 ildən çox müddətini əhatə edir və 1990-cı illərin ortalarından başlayan üç hekayədən ibarətdir. Tam olaraq anime 3 hissədən ibarətdir — (Sevgi, zaman və məsafə haqda üç hekayə): Çiçəklənən sakura — Okasho (桜花抄) Kosmonavt — Cosmonaut (コスモナウト) Saniyədə 5 santimetr — Byosoku 5 Senchimetoru (秒速5センチメートル). Mənzərələr və adi səhnələrin çoxu Yaponiyada olan real yerlərin əsasında çəkilmişdir. === Birinci hekayə: Çiçəklənən sakura === İbtidai məktəbi bitirdikdən sonra Takaki Kono və onun yaxın rəfiqəsi Akari Şinoharaayrılmalı olurlar. Akarini Toçiqi prefekturasında yerləşən məktəbə göndərirlər, Takaki isə təhsilini Tokiodaki orta məktəbdə davam etdirir. Onlar biri birinə məktub yazır və yenidən hisslərini paylaşa bilməkdən sevinc hissləri keçirirlər. Lakin bir vaxt sonra Takakinin ailəsi Kaqoşima prefekturasına köçməli olurlar. Buna görə o, Akarilə görüşmək istəyir.
Georq Simon Om
Georq Om (alm. Georg Simon Ohm;‎; 16 mart 1789[…], Erlangen – 6 iyul 1854[…], Münxen) — alman fiziki. O, elektrik dövrəsində cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı qanunauyğunluğu müəyyənləşdirən Om qanununu kəşf etmişdir. == İstinadlar == == Mənbə == Fizika 9. § 4.3. Elektromaqnit sahəsi. Elektromaqnit dalğası. səh. 82.
Om (ölçü vahidi)
Om (beynəlxalq işarəsi: Ω, rusca işarəsi: Om) – 1960-cı ildə rəsmi olaraq BS-də Elektrik müqavimətinin vahidi kimi qəbul edilmişdir. Om elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Om ölçü vahidi alman alimi Georq Simon Omun şərəfinə adlandırılmışdır. Omun tərsi olan ölçü vahidi elektrik keçiriciliyin vahidi olan Simensdir.
Om Nom Stories
Om Nom Stories (azərb. Am Nyamın hekayələri‎) — Rusiya şirkəti ZeptoLab tərəfindən yaradılan qısametrajlı cizgi serialı. 9 dekabr 2011-ci ildə pilot epizodu nümayiş etdirilmişdir. Sonra birinci mövsümü təşkil edən 10 növbəti seriya göstərilmişdir. İkinci mövsüm Cut the Rope: Time Travel, üçüncü mövsüm isə Cut the Rope 2 ilə eyni vaxtda başlamışdır. Üçüncü mövsümdə Am Nyam digər nyamamlar ilə görüşür. Evan Koulton adi 13 yaşlı oğlandır. Onun qəribə bir bağlama alması ilə həyatı həmişəlik dəyişir. Bu bağlamanın içində An Nyam adlı balaca bir divciyəz olur. Am Nyam şəkər yeməyi sevən balaca, yaşıl divciyəzdir.