One-way trapdoor function

Məxfi girişli biristiqamətli funksiyalar – əsasında məxfi açarların mübadiləsi və açıq açarlı kriptosistemlər təklif edilmişdir. Belə funksiyaların tədqiqi əsasən aşağıdakı istiqamətlər üzrə aparılır: − diskret loqarifm məsələsi – Diffi-Helman sxemi, DSA və s. − tam ədədlərin vuruqlara ayrılması məsələsi – RSA və s. − səhv düzəldən kodlar – Mak-Ellis sxemi, Niderrayter sxemi və s. − NP-tam məsələlər – "çanta" məsələsi və s. − elliptik əyrilərdə diskret loqarifm məsələsi – ECDSA və s.
One-way function
Online predators
OBASTAN VİKİ
Ninety One
Ninety One və ya 91 (qaz. Тоқсан бір; Toqsan bir; azərb. Doxsan bir‎) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама qaz. Qınama) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.
One (manqaka)
One — məşhur "One-Punch Man" veb-komiksinin (remeyki Yusuke Murata tərəfindən) müəllifi kimi tanınan manqakanın istifadə etdiyi pseydonim. "Weekly Shōnen Sunday" jurnalının onlayn versiyasında "Mob Psycho 100" adlı başqa veb-komiksini yayımlayır. 2015-ci ilin dekabrında saytına gündə edilən girişlər 100 mini keçmişdir və ümumi ziyarətlərin sayı 70 milyonu ötmüşdür. O, Niiqata prefekturasında doğulmuş, lakin Saytama prefekturasının Konosu şəhərində böyümüşdür.
One Direction
One Direction — 2010-cu ildə Londonda formalaşmış İngiltərə-İrlandiya oğlan pop qrupu. Qrup üzvləri Nayl Horan, Liam Peyn, Harri Stayls, Lui Tomlinson və 2015-ci ilin martında tərk edən Zeyn Malik idi. Onlar 2016-cı ildə dağılmazdan əvvəl ən şöhrətli oğlan qruplarından biri idilər. Qrup yaranmazdan əvvəl hər bir üzvü 2010-cu ildə Böyük Britaniyada keçirilən "The X Factor" musiqi müsabiqəsində solo ifaçı kimi yarışırdı. Onların ayrı-ayrılıqda etdiyi çıxışlar münsiflər heyətini heyran qoymuş və onlara bir araya gələrək musiqi qrupu yaratmaq və yenidən irəliləmək imkanı təklif edilmişdir. Qrup 2010-cu ildə formalaşır və müsabiqənin yeddinci mövsümündə üçüncü yeri tutur. Yarışmadan sonra onlar Saymon Kouelin səsyazma leyblı Syco Records ilə müqavilə bağlayırlar. 2011-ci ildə One Direction qrupu "Up All Night" adlı debüt studiya albomunu təqdim edir. Alboma daxil olan "What Makes You Beautiful" sinqlı qrupu məşhurlaşdırmağa başlayır. One Direction 2012-ci ildə növbəti, sayca ikinci olan "Take Me Home" adlı studiya albomunu çıxarır.
One Madison
One Madison (Uan Medison kimi tələffüz olunur) — Nyu-York şəhəri Manhetten borosunun Fletayron rayonundaki Medison skver ilə üzbəüz, Medison prospektinin ətəyində, Brodvey və Park prospekti arasında 23-cü küçədə yerləşən qüllə tipli təntənəli yaşayış kondominiumu. Binanın rəsmi ünvanı və vestibülun əsas girişi binanın adından gözlənildiyi kimi 1 Madison prospektində deyil, 23 East 22nd Street-də yerləşir. 23-cü küçədə ümumi giriş yoxdur. Binanın 60 mərtəbəsində 53 yaşayış mənzilləri yerləşirlər. İnşaat 2006-cı ildə başlamış və 2010-cu ildə başa çatmış, lakin maddi çətinliklər üzündən üç il daha yarımçıq qalmışdır. 189.3 m hündürlükdə olan One Madison, hündürlüyü ilə eni 12:1-ə olan nisbəti ilə Nyu-Yorkun ən incə binalarından biridir. 2013-cü ildə bina üzərində mülkiyyəti hüququ kreditorlar konsorsiumunun (The Related Companies, CIM Group və HFZ Capital Group adlı şirkətlər) əlinə keçdi, hansı ki inşaatı tamamlamış və həmin il satışları bərpa etmişdir. 2014-cü ilin fevral ayına qədər binanın yüzdə yetmiş beşi satılmışdır.
One Piece
One Piece (ワンピース, Wan Pīsu, azərb. Van Pis‎) — Eyiçiro Odanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. Manqa Weekly Shonen Jump jurnalında 1997-ci ilin iyulun 19-dan seriallaşır. Fəsilləri 105 tankobon cildə yığılmışdır. Eyiçiro Odanın saytında elan olub ki, bu manqa Ginnesin Rekordlar Kitabına "bir müəllifin yaratdığı ən çox nüsxə satan bir komiks seriayası" kimi düşdü. 2014-cü ilin dekabr ayına kimi dünyanın 30-dan çox ölkəsində onun 320 milyon 866 min nüsxəsi çap olunub, bu onu tarixdə ən yaxşı satılan manqa edir. One Piece dünyasının əhalisi insanlar, balıq insanları, miklər (humanoid heyvanlar) və s. ağillı varlıqlardan ibarətdir. Onun əsas hissəsi Red Layn (赤い土の大陸(レッドライン), Reddo Rain) adlı bu dünyanın tək qütbü olan nəhəng dağ sistemi ilə ayrılan iki okeandan ibarətdir. Red Layna perpendikulyar axan Qrand Layn (偉大なる航路(グランドライン), Gurando Rain) dənizibu okeanları daha bir dəfə dörd dənizə bölür: Nors Blu (北の海(ノースブルー), Nōsu Burū), İst Blu (東の海(イーストブルー), Īsuto Burū), Vest Blu (西の海(ウェストブルー), Uesuto Burū) və Saus Blu (南の海(サウスブルー), Sausu Burū).
Ra.One
Wanna One
Wanna One (kor. 워너원) — Cənubi Koreyanın CJ E&M Music agentliyi tərəfindən yaradılmış və 11 üzvdən ibarət olan K-pop qrupudur.
X-ONE
"X-ONE" (əvvəllər "X360") — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" və "Xbox One" üçün nəzərdə tutulmuş videooyun jurnalı. Jurnalda xəbərlər, önizləmələr, resenziyalar öz əksini tapırdı. "X360" adı ilə təsis edilən jurnal ilk növbədə, "Highbury Entertainment"in ləğv olunmuş "XBM" nəşrinə əlavə olaraq daxil edilmişdi, lakin "Xbox 360"ın satışa çıxarılmasından əvvəl, 2005-ci ilin oktyabrında aylıq jurnala çevrilmişdir. Bu, "Highbury Entertainment"in ən böyük buraxılışı idi və aşağı səviyyəli marketinq üçün 200 min funt sterlinqdən çox məbləğ xərclənmişdir. 2013-cü ilin oktyabrında "X360" jurnalının adı 104-cü nömrəsində "X-ONE" olaraq dəyişdirilmişdir. Jurnal 2015-ci ilin noyabr ayından nəşrini dayandırmışdır.
Xbox One
Xbox One — 21 may 2013-cü ildə Microsoftun tanıtdığı 8-ci nəsil oyun konsoludur. Kod adı "Durango" olan oyun konsolu əvvəlkilərdən fərqli olaraq internet səhifələrinə baxmağa imkan verəcək həmçinin bu konsol DVR cihazı olaraq da istifadə edilə biləcək. Üstəlik minecraft öz youtube səhifəsində bununla əlaqədar video paylaşmışdır. Videoda bir adam almaz qazarkən qarşıda bunun heykəli çıxır. Adam da tullanır. Qorxunc minecraft səsləri də gəlir düşərkən adam.
One Percent
One Percent — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı.
By the Way
By the Way Red Hot Chili Peppersnın ilk studiya albomudur. 9 iyul 2002 tarixində yayımlanan albom, Warner Music s etiketi ilə satışa buraxılmışdır.
On My Way
On My Way (azərb. Mənim yolumda‎) — Sloveniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sloveniyanın RTV SLO telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi EMA 2017 müsabiqəsində qalib gələn Omar Naber "On My Way" mahnısı ilə Sloveniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Silk Way Airlines
Silk Way Airlines baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkətidir. Aviaşirkət müxtəlif yükdaşıma ehtiyacları üçün sərfəli həllər təqdim edir. Silk Way Airlines Bakıda yerləşən mərkəzindən bütün Asiya və Avropaya uzanan qitələrarası marşrutlar üzrə müntəzəm uçuşlar ilə bərabər, belə uçuşların yerinə yetirilməsi çətin olan ərazilərdə geniş təcrübəyə malikdir. Silk Way Airlines mürəkkəbliyindən asılı olmayaraq istənilən sorğunun həlli üçün dünyanın hər yerində hökumətlər və QHT-lərlə əməkdaşlıq edir. Aviadaşıyıcının personalı təhlükəsizlik və etibarlılıq öhdəliyinə əsaslanaraq şirkətin nüfuzunu gücləndirməyə davam edir. Silk Way Airlines daha iki şirkətin – Silk Way West Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. 2001-ci ildə əsası qoyulmuş Silk Way Airlines dünya üzrə çarter istiqamətləri şəbəkəsi ilə xidmət göstərən hava yükdaşımaları şirkətidir. Aviadaşıyıcının donanmasında hazırda ICAO-nun 16-cı Əlavəsinin 4-cü fəslinə uyğun olaraq, PS-90A səs standartı mühərrikləri ilə təchiz edilmiş iki İL-76TD-90 tipli təyyarə də daxil olmaqla beş təyyarə xidmət göstərir.
My Way killings
My Way killings (ingilis dilindən tərcümədə – "My Way" qətlləri) — Filippində ABŞ müğənnisi Frenk Sinatranın "My Way" mahnısının karaoke-barlarda ifa edilməsinin qətllərlə əlaqədar olması haqqında sosial fenomen. "New York Times" qəzetinin məlumatına görə, 2010-cu ildə ən azı altı "My Way" cinayəti baş tutmuşdur. 2002–2012-ci illər arasında bu mahnını oxuduqlarına görə çoxlu insan öldürülmüşdür. == İzahlar == "New York Times"ın köşə yazarı Norimitsu Onişi iddia etmişdir ki, bu qətllər "bir millətin zorakılıq, sərxoşluq və oyunbazlıq mədəniyyətinin təbii yan məhsulu" ola bilər. Filippindəki karaoke-barlarda tez-tez şiddətli hücumlar baş verir. Bu davalar tez-tez karaoke etiketinin pozulması, məsələn, digər ifaçılara gülmək, eyni mahnını iki dəfə ifa etmək və ya mikrofona qulaq asmaq və s. səbəbilə baş tutur. Filippin Diliman Universitetinin pop mədəniyyəti üzrə eksperti Roland B. Tolentinonun sözlərinə görə, "My,ay" mahnısının karaoke ifası ilə bağlı qətllər sadəcə olaraq onun zorakı mühitdə populyarlığını əks etdirə bilər. O, həmçinin qeyd etmişdir ki, mahnının "zəfər" mövzusu həm müğənnilərə, həm də dinləyicilərə qıcıqlandırıcı təsir göstərə bilər. Filippində eyni dərəcədə məşhur olan digər melodiyalar qətllərlə nəticələnmir.
HTC One X
HTC One X — HTC tərəfindən istehsal olunan mobil telefon. Smartfon üçüncü nəsil nVidia Tegra platforması əsasında hazırlanıb. Tegra 3 (Kal-El) platformasının əsasını 4 əsas Cortex-A9 (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan ARM prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli GeForce qrafik kontrolleri daxildir. Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, Wi-Fi (802.11b/g/n) və Bluetooth 4.0 simsiz əlaqə adapterləri, HD video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və Beats Audio audiosistemi ilə təchiz ediləcək. Sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək.
Kinetics & One Love
Ceremi "Kinetics" Dussolliet və Tim "One Love" Sommers — Nyu-Yorkdan olan hip-hop qrupu və mahnı-müəllifləri. Onlar 2010-cu ildə mahnı müəllifi kimi debütünü BoB-un "Airplanes" sinqlına nəqərat yazmaqla etdilər. R. A. the Rugged Man, Wu-Tang Killa Bees-dən Remedi üçün, Termanology and the Unknown Prophets, Neon Hitch, Melani Martines və Vinter Qordon ilə əməkdaşlıq etdilər.
Mars One layihəsi
Mars One – Marsda yerləşəcək insan koloniyası qurmaq üçün hollandiyalı təşəbbüskar, Bas Lansdorp başçılığında inkişaf etdirilməkdə olan layihədir. 2012-ci il iyun ayında elanı verilən plan bir neçə mərhələdən ibarətdir. 2016-cı ilə qədər bir əlaqə peyki ilə kəşfiyyatçı aparatı və daha sonra 2023-cü ildə daimi yaşayış üçün 4 astronavt göndərmək planlaşdırılır. Daha sonra da hər 2 ildə bir, 4 adamdan ibarət olan qrupların Marsa göndərilməsi layihənin planlarına daxil edilir. Layihə Nobel mükafatı laureatı fizik Gerard't Hooft tərəfindən dəstəklənir. Mars One layihəsi, 2012-ci ilin oktyabr ayında mənfəət məqsədi güdməyən bir vəqf kimi qurulmuşdur. Mars One layihəsi, ilk baxışda nağıl və ya xəyali ssenari, hətta utopik gələ biləcək bir fikir zənn edilə bilər. Bu fikri reallaşdırmağın, insanoğlunun qaçınılmaz bir məcburiyyəti olduğuna inanan hollandiyalı alimlər necə bir addım atmaları lazım olduğunu düşünüb, həm insanları razı edəcək, həm də həyatlarını bu işə həsr edəcək könüllü namizədlər tapa biləcəkləri bir layihənin təməlini qoydular. "Qırmızı planet Mars", Günəş sistemində Günəşə ən yaxın olan dördüncü planetdir, Roma mifologiyasındakı müharibə tanrısı olan Marsa həsr edilərək belə adlandırılmışdır. Yüzdə 95-i karbon qazı olan, incə atmosferə sahib olan Marsa, səthindəki dəmir oksid səbəbindən qızılı görünüşə sahib olduğu üçün Qırmızı Planet də deyilir.
Minus One (qrup)
Minus One — 2009-cu ildə yaranmış Kipr rok musiqi qrupu. Onlar "Alter Ego" mahnısı ilə Kipri 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Minus One qrupu 2009-cu ildə Kiprdə yaranmışdır. Qrup ilkin olaraq beynəlxalq ifaçıların mahnıları ilə səhnə almışdır. Qrup 2015-ci ildə "Shine" mahnısı ilə Kiprin 2015 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və nəticədə üçüncü yerdə qərarlaşmışdır. Kiprin CyBC telekanalının qərarı ilə Minus One qrupu ada ölkəsini İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Qrupun müsabiqədə ifa etdiyi mahnı olan "Alter Ego" 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır. Minus One həmin mahnı ilə müsabiqənin 10 may tarixində baş tutan birinci yarımfinal mərhələsində 11-ci səhnə almışdır. Nəticədə isə 164 xalla 8-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. Finalda bir daha öz mahnısını ifa edən qrup üzvləri 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 96 xal toplayaraq, 21-ci yerdə qərarlaşmışdır.
My Number One
"My Number One" — 2005 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.
One-Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
One-le-Şato
Vimne (fr. Onet-le-Château, oks. Ònes) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şimali Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12176. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 3 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 7576 nəfər (15-64 yaş) arasında 5273 nəfər iqtisadi fəal, 1 803 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74.5%, 1999-cu ildə 72.5%) idi.
One Day Love
One Day Love — 1971-ci ildəki Avroviziya Mahnı Müsabiqəsinin mahnısı.
One Hot Minute
One Hot Minute — Red Hot Chili Peppersnın altıncı studiya albomu. 12 sentyabr 1995 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
One Houston Center
One Houston Center (azərb. Hyuston-mərkəz‎) - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksdir. Bu kompleks Hyuston mərkəzində yerləşir, və özünə üç qala daxil edir. Onlar bir yerdə, demək olar ki, 320 000 kvadrat metr tuturlar.
One More Chance
One More Chance — Maykl Ceksonun bir mahnısı.