OVALIQ

dəniz səviyyəsindən hündürlüyü 200 m-ə qədər olan geniş quru sahəsi. Dəniz səviyyəsindən aşağıda da yerləşən O. vardır. Bütün quru 48.2mln. km²-ni O. təşkil edir. O, əsasən tektonik çökmə və çəkəkliklərin təxminən üfqi, yatan dəniz və kontinental çöküntülərlə doldurulması sayəsində əmələ gəlir. Yer əhalisinin çox hissəsi O.yaşayır. Dünyada ən böyük O.-Amazonka ovalığıdır. Kür-Araz O., Xəzəryanı O. və b. O. vardır. низменность low land, lowland
OTURULMUŞ RELYEF FORMALARI
OVULAN BOŞ SÜXURLAR
OBASTAN VİKİ
Ovalıq
Ovalıq (rus. низменность, ing. low land, lowland) — dəniz səviyyəsindən 200 m-ə qədər yüksəkdə yerləşən quru sahəsi. Səthi adətən düzən, qismən təpəlik olur. Əsasən tektonik enmələr və çökəkliklərin dəniz, yaxud kontinental çöküntülərlə dolması nəticsində yaranır. Dəniz səviyyəsindən aşağıda yerləşən Ovalıqlar (məs. Xəzəryanı) da var. Azərbaycan Respublikası ərazisinin təqribən 2/5-si ovalıqdır (Kür-Araz , Samur-Dəvəçi, Lənkəran). Dəniz səviyyəsindən aşağıda da yerləşən Ovalıq vardır. Bütün quru 48.2mln.

Значение слова в других словарях