OZANNAMAĞ
Ö:BƏC
OBASTAN VİKİ
Ozark (serial, 2017)
Ozark, Bill Dubuk və Mark Uilyams tərəfindən Netflix üçün ekranlaşdılmış və MRC tərəfindən istehsal edilmiş Amerika kriminal dram janrında olan televiziya serialıdır. Serialda baş rolları Ceyson Beytman və Laura Linni canlandırır: onlar çirkli pulların yuyulması üçün ailəsini Çıkaqo Missuri ştatına, Ozarks gölünün yaxınlığına köçürən evli cütlük Marti və Vendi Börd rolunda çəkiliblər. Beytman həm də serialın rejissoru və icraçı prodüseri kimi çıxış edrir. On seriyadan ibarət birinci mövsüm 21 iyul 2017-ci ildə nümayiş edilib; On seriyalı ikinci sezon 31 avqust 2018-ci ildə və üçüncü sezon isə 27 mart 2020-ci ildə nümayiş edildi 2020-ci ilin iyun ayında serialın iki hissəyə bölünmüş və 14 seriyadan ibarət olacaq dördüncü və sonuncu mövsümünün çəkiləcəyi elan edildi, dördüncü sezonun birinci hissə 21 yanvar 2022-ci ildə yayımlanacaq . Ozark serialı haqda tənqidçilərin fikirləri ümumilikdə müsbət olub: əsasən serialın stilistikası, aktyor oyunu, rejissor işi və ssenarisi çox bəyənilib. Serialın 32 nominasiyada Praymtaym Emmi mükafatılarına namizədiyi irəli sürülüb: Beytman 2019-ci ildə Dram Serialı üzre Ən yaxşı Rejissor və Culia Qarner isə 2019 və 2020-ci ildə iki dəfə ardıcıl olaraq Dram Serialı üzre Ən yaxşı yardımçı aktrisa mükafatlarını qazandılar. Beytman daha sonra Televiziya Serialı üzrə Ən Yaxşı Aktyor nominasiyasında iki Qızıl Qlobus Mükafatına layiq görüldü. == Giriş == Meksikalı narkobaron üçün çirkli pulların yuyulması prosesinde problem yarandıqdan sonra, maliyyə məsləhətçisi Martin "Marti" Börd Missurinin mərkəzindəki Ozark gölü ərazisində daha böyük miqyasda çirkli pulların yuyulması əməliyyatı qurmağı təklif edir. Marti qəfildən ailəsini Çikaqonun Neypervil şəhərindən Missuri ştatının Osage Beach yay kurort ərazisi sayılan yerə köçürür. Börd ailəsi Missuriyə gəldikdə, yerli cinayətkarlar, o cümlədən Lanqmor və Snell ailələri, daha sonra isə Kanzas şeherinin mafiya ailəsi ilə problem yaşayırlar.
Ozark FK
Ozark FK — ABŞ-nin Arkanzas ştatının Sprinqdeyl şəhərini təmsil edən həvəskar futbol klubu. Klub hal-hazırda Milli Premyer Futbol Liqasının iştirakçı komandalarından biridir. Komandanın rəngləri qara, qırmızı və ağdır. == Tarixi == Ozark FK klubu 23 yanvar 2017-ci ildə təsis edilmişdir. Hal-hazırda Milli Premyer Futbol Liqasında mübarizə aparır. Liqanın genişləndirilməsi nəticəsində klub hal-hazırda Hertlənd Konferensiyasında çıxış edir. Klub Şimal-qərbi Arkanzas sakinləri olan Vill Boyles və Dacia Boemler tərəfindən yaradılmışdır.
-ошеньк-(ий) колдовство́ нажи́н незаприхо́дованный опосты́ть оттанцо́вывать протолка́ть северя́к стри́нгер тури́стский бушме́н заклокота́ть мадья́ры палочкообра́зный переплутова́ть посу́нуться раска́яться самоопределя́ться сопережива́ть форма́нта шпарить buck's-horn Perthshire rakee venomosalivary