pəncərə şüşəsi

ру оконное стекло en pane of glass de Glasscheibe fr vitre; carreau de verre es cristal it lastra di vetro
penopoliuretan
pik güc
OBASTAN VİKİ
Pəncərə
Pəncərə (ing. Window) - Tikililərdə aydınlatma və havalandırma məqsədilə açılan oyuqlar. Pəncərələrin üzərin çərçivələrlə bərkidilmiş şüşələrlə örtülür. Daxilə və ya xaricə açılan pəncərələr qanad olaraq adlandırılır. Pəncərələrin qapalı saxlanılması xaricdən gələcək küləyin və səsin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. İki bərabər hissədən ibarət olan və yaxud tək hissədən ibarət olan pəncərələr vardır. İki bərabər hissədən ibarət pəncərələr əsasən şəhərdə və ya kənd ərazilərində istifadə edilməkdədir. Pəncərələr bir çox mədəniyyətdə mühüm yer tutur. Müxtəlif dinlərdə də pəncərələrin önəminə müraciət edilmişdir. Xüsusi ilə Xristianlıq dinində pəncərə və qapılara önəm verilmişdir.
Bohemiya şüşəsi
Bohemiya şüşəsi (ing. Bohemian glass) — Şimali və Cənubi Çexiyada geniş yayılmış sənətkarlıq məmulatı. XIV–XV əsrlərdən məlumdur. XVI əsrin sonunda İmperator II Rudolfun saray ustası şüşənin oyma texnikasını kəşf etdikdən sonra Bohemiya şüşəsinin istehsalı sürətlə artdı. XVII əsrin II yarısında, barokko dövründə dərin təraşlama üsulu ilə işlənən Bohemiya şüşəsi Çexiya bülluru adı ilə istehsal olunurdu. XVIII əsrin əvvəllərində Bohemiya ustalarının ornamental və fiqurlu oymalarla naxış vurduğu şüşə məmulatlar Avropanın şüşə istehsalına təsir göstərdi. Müasir Bohemiya şüşəsi üçün, ənənəvi təraşlama və qravürovka üsulları ilə yanaşı, plastik ifadə formaları axtarışı, işıq, rəng və faktura obyektlərindən istifadəetmə səciyyəvidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Kleyn şüşəsi
Kleyn şüşəsi (alm. Kleinsche Flasche‎) – birağızlı, təküzlü şüşə. İlk dəfə 1882-ci ildə alman riyaziyyatçı Feliks Kleyn tərəfindən tərifi verilmiş və onun şərəfinə adlandırılmışdır. Kleyn şüşəsinin belə formada olmasının səbəbi qapalı səth olmasıdır. Buna görə də Kleyn şüşəsinin daxili səthi olmayıb, sadəcə xarici səthə malikdir. Birağızlı olduğu üçün içinə tökülən hər hansı maye yenə eyni açıqlıqdan töküləcəkdir. Möbius lenti üçölçülü şəkildə göstərilə bildiyi halda, Kleyn şüşəsi dördölçülü şəkildə göstərilir. Kleyn şüşəsinə baxarkən ona dördölçülü fəzada olan bir cismin üçölçülü fəzadakı əksi kimi baxmaq lazımdır. Yəni Kleyn şüşəsi dördölçülü fəzada mövcuddur.
Körpə şüşəsi
Körpə şüşəsı və ya Süd şüşəsi — ümumiyyətlə ana süd vermədiyi zaman və ya fincan kimi bir qabdan içə bilməyən uşaq üçün istifadə edilən bir şüşə. Süd şüşələri ümumiyyətlə anaya giriş olmadığı zaman istifadə olunur.
Lacivərd pəncərə
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Pəncərə təmizləyən
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Pəncərə yuyulması
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Pəncərə (İnformatika)
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pəncərə (film, 1991)
Pəncərə — 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi. Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır. "Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır. Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana... Allah-Təala qiyamət günü əzab verməz". Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür. Filmin ideyası 1987-ci ildə yaranmışdır. Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Həsən Əbluc, Ənvər Əbluc Quruluşçu operator: Elxan Əliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Mobil Babayev Operator: Etibar Şirinov Səs operatoru: Akif Nuriyev Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Rejissor: Mayak Kərimov İlham Babayev — Əhsən Valeh Kərimov — Əhsənin atası Yaşar Nuri — Nəsib Ənvər Əbluc — direktor Ruslan Nəsirov — Köçəri Simuzər Ağakişiyeva — Nərminə Elxan Bayramov — Savalan Abbasqulu Əbluc — Vasif Zemfira Əliyeva — Sultannisə Təvəkkül İsmayılov — Burxan Xəlil İsmayılov — Ceyhun Məmmədbağır Həsənov — Qənimət Ramin Məlikov — Rövşən Həsən Əbluc — Rövşənin atası Fərid Hacıyev — Zəki Nazir Əliyev — Zəkinin atası Emil Bayramov — Qurban Vüsalə Nəbiyeva — Qumral Rövşən Cahangirov — Səməd Əbdül Mikayılov — Əhməd Elxan Quliyev — milis kapitanı Fikrət Məmmədov — milis leytenantı Laləzar Mustafayeva — ana A.Seyidova Ülvi Səfərov Ş.Məmmədova Mayak Kərimov Dadaş Kazımov — qarovulçu Vəliəhd Vəliyev — restoran sahibi Şəmsi Şəmsizadə — ata S.Tağıyev İdris Rüstəmov Zilli Namazov — restorandakı müştəri Vüqar Muradov Filmi səsləndirənlər: Eldəniz Rəsulov - Burxan (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Qeyri-aktiv pəncərə
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sınıq pəncərə nəzəriyyəsi
Sındırılmış pəncərələr nəzəriyyəsi — kiçik qanun pozuntularının ümumi kriminogen vəziyyətin pisləşməsində indikator rolunu oynadığını araşdıran kriminoloji nəzəriyyə. 1982-ci ildə amerikalı sosioloqlar Ceyms Vilson və Corc Kellinq tərəfindən formalaşdırılıb. Nəzəriyyə iddia edir ki, vandalizm, ictimai yerlərdə sərxoşluq, metroda maneənin üzərindən tullanmaq və s. kimi xırda qayda pozuntuları ümumilikdə cinayətlərə qarşı dözümsüzlük mühiti yaradır və daha böyük cinayətlərin həyata keçirilməsinə kömək edir. Nəzəriyyə təcrübədə geniş tətbiqini tapmışdır — ilk öncə Nyu-Yorkda və ABŞ-nin digər şəhərlərində, həmçinin Avropada, CAR, İndoneziya və s. yerlərdə tətbiq olunmuşdur. 1994-cü ildə Nyu-York meri olan Rudolf Culiani və Nyu-York polisinin yeni komissarı Uilyam Bratton qraffiti, metrodan biletsiz istifadə, dilənçilik, rezin dəyənəklərlə dava və s. kimi xırda qanun pozuntularıyla mübarizə elan etmişlərdi. Bütün tənqidlərə baxmayaraq Culiani mübarizəsini davam etdirdi və nəticədə şəhərdə cinayətlərin sayı 2200-dən 1000-ə qədər endirildi. Qroningen universitetinin (Niderland) sosioloqları tərəfindən bu nəzəriyyənin yoxlanılması üçün bir sıra təcrübələr keçirilmişdir.
Gizli pəncərə (film, 2004)
Gizli Pəncərə — Görkəmli yazar Stephan Kİng-in romanındandır. 2004-cü ildə Amerikada çəkilib. Həyat yoldaşı Amy, rəfiqələri Ted ilə gizli Romantikanı tutduqdan sonra, sirli yazıçı Mort Rainey New Yorkun yuxarı hissəsindəki Tashmore gölündəki kabinəsinə çəkildi, depresiyaya düşdü. Altı ay keçir və Mort boşanmağı sona çatdırdı. Bir gün John Shooter adlı Missisipyalı kabinəyə gələrək Mortu "Səpin fəsli" adlı qısa hekayəsini plagiat etməkdə günahlandırır. Shooter-in əlyazmasını oxuduqdan sonra Mort, bildiki, özünün "Gizli Pəncərə" hekayəsi ilə demək olar ki, eynidır. Ertəsi gün Mort, Shooter’ə hekayəsinin Shooter’dən iki il əvvəl yayımlandığını söyləyərək, onun plagiat iddiasını yanlış olduğunu deyir. Shooter sübut(Yazdığını göstər) tələb edir və Mortu polisə müraciət etməməsi üçün xəbərdarlıq edir. Həmin gecə Mortun iti Çiko, Shooter'in Mortu üç gün müddətində sübut etmək üçün verdiyi bir qeyd ilə birlikdə kabin xaricində ölü tapr. Mort hadisəni Sheriff Newsome-ə bildirir.
Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006)
Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) – Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin dövlət başçısı olduğu dövrkü fəaliyyətinin bir sıra aspektlərini əhatə edən qısametrajlı sənədli film. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə çəkilmiş filmdə Azərbaycan Respublikası Dövlət Kino-Foto sənədlər arxivinin və Azərbaycan Dövlət Televiziyasının materiallarından istifadə edilmişdir Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Eldar Quliyev Operatorlar: Köçəri Məmmədov, Orxan Dadaşov Montaj rejissoru: İqbal Məmmədəliyev Musiqi tərtibatı: Rauf Əliyev İcraçı prodüserlər: Kamil Məmmədov, Vladimir Dudniçenko Prodüser: Tofiq Məmmədov Musiqilərindən istifadə edilən bəstəkar: Vaqif Mustafazadə Sahib Ələkbərov (Bakı Şəhəri Səbayel Rayon İcra Hakimiyyətinin başçısı) Elmar Məmmədyarov (Azərbaycan Respublikasının Xarici İşlər Naziri) Ötkəm İsgəndərov (Azərbaycan Respublikasının Əməkdar artisti) Nazim Səmədzadə ("AzəriQaz" QSC-nin sədr müavini) Məhəmməd Həziyev (Kənd təsərrüfatı elmləri namizədi) Rövşən Xəlilov (Fizika-riyaziyyat elmləri doktoru, professor) Murad Adıgözəlzadə (Beynəlxalq müsabiqələr laureatı, Əməkdar İncəsənət Xadimi) Samir Hüseynov (Pekin universitetinin beynəlxalq əlaqələr fakültəsinin aspirantı) Aynur Sofiyeva (Azərbaycan Şahmat Federasiyasının prezidenti, beynəlxalq qrosmeyster) Namiq Abdullayev (Olimpiya çempionu) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.