PADŞAH
PADŞAHPƏRƏST
OBASTAN VİKİ
Qədim Padşahlıq
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Erkən padşahlıq (Misir)
Erkən padşahlıq (e.ə. təq. 3000-2800 ci illər) dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi kahin Manefonun məlumatına görə adı Mina idi). Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Nil çayının sol sahilində Misirin dini, siyasi, mədəniyyət və sənətkarlıq mərkəzi sayılan Memfis şəhərinin əsası qoyulmuşdur. Mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdır. == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г. Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh.
Orta padşahlıq (Misir)
Orta padşahlıq ya Orta dövr Qədim Misirin (e.ə. təqr. 2050-e.ə. təqr.1750 bəzi mənbələrdə e.ə. 2137-1781) XI-XII bəzi mənbələrdə XI-XIII (Manefon) sülalələr dövrünü əhatə edir. Bu dövrdə Misir yenidən güclü mərkəzləşmiş dövlətə çevrildi. XII sülalə fironları Nubiya, Sinay y-a və Cənubi Fələstinin bir sıra vilayətlərini zəbt etdirlər. Bu zaman Suriya, Mesopotamiya, Punt və Nubiya ilə ticarət əlaqələri genişlənmiş, sənətkarlıq, ağac emalı və toxuculuq inkişaf etmişdir. Bu dövrdə ziddiyyətlər, üsyanlar mərkəzləşmiş firon hakimiyyətini zəiflədərək ayrı-ayrı nomların siyasi əhəmiyyətini artırmış olur. E.ə.
Qədim padşahlıq (Misir)
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Sonuncu padşahlıq (serial)
" Sonuncu Padşahlıq " ( ing. The Last Kingdom Sonuncu Krallığı ), " Sakson Salnamələri " ümumi adı altında Bernard Cornwellin məşhur kitab seriyasına televiziya uyğunlaşması olan İngilis tarixi serialıdır . Serialın premyerası 2015-ci il oktyabrın 10-da ABŞ-də BBC America-da , eyni il 22 oktyabrda İngiltərədə BBC Second-da yayımlandı . 2015-ci ilin dekabr ayında serial ABŞ-də 16 mart 2017-ci ildə təqdim olunan ikinci mövsüm üçün uzadıldı . 2017-ci ilin sentyabrında seriya üçüncü mövsüm üçün uzadıldı, 19 Noyabr 2018 tarixində yalnız Netflix- də satışa çıxdı . 2018-ci ilin dekabrında seriya rəsmi olaraq dördüncü mövsüm üçün uzadıldı, çəkilişləri 2019-cu ilin oktyabrında başa çatdı və premyeranın 26 aprel 2020-ci ildə keçirilməsi planlaşdırıldı . == İstehsal == Список эпизодов телесериала «Последнее королевство» Televiziya serialının süjeti 9-cu əsrin ikinci yarısında baş verir, indi İngiltərə kimi tanınan bir sıra ayrı-ayrı Anglo-Saxon krallıqlarını təmsil edir - Northumbria, Mercia, Wessex, East Anglia və s. Anglo-Sakson torpaqlarına "böyük millətlərin böyük ordusu" - Vikinqlər hücum edir və Danimarkalar onlara hakimiyyəti ələ keçirirlər. Qismən müstəqillik yalnız ağıllı və istedadlı King Alfred Böyük tərəfindən idarə olunan Wessex krallığı tərəfindən qorunur. Baş qəhrəman Utred Bebbanburg, Skandinaviyalılar tərəfindən qaçırılan və Jarl Ragnarın övladı olaraq böyüdülmüş bir Anglo-Saxon onluğunun yetim bir oğludur.
Yeni padşahlıq (Misir)
Qədim dövr və ya Qədim Misirin "Yeni dövr" adlandırılan zaman kəsiyi e.ə. 1550 – 1070 ci illəri əhatə edir, fironlar dövranı kimi səciyyələndirilir. == Ümumi məlumat == Təxminən 500 illik zamanı əhatə edən bu dövr özünü hökmdar fironlar tərəfindən inşa etdirilmiş saysız-hesabsız qalalar, məbədləri, fateh yürüşləri ilə xarakterizə edir. Bu dövr III Tutmos tərəfindən aparılmış Megiddo, 300 il sonra II Ramzes tərəfindən aparılmış Kadeş döyüşü, eləcə də firon dəfnləri ilə yaddaşlarda qalmışdır. Bu dövrə aid bir çox mumiyalar, eləcə də II Amenofisə məxsus qəbir yaxşı qorunmuş şəkildə günümüzə gəlib çıxmışdır. Qədim dövrə XVIII, XIX və XX manefon sülalələrinin fironlarının hökmranlığı təsadüf edir. Qədim dövr ölkənin yadellilər tərəfindən işğalından sonra öz yerini Üçüncü aralıq zaman kəsiyinə vermiş olur. == XVIII sülalə == Sosial partlayışlara gətirib çıxartmış daxili çəkişmələr XII sülalənin süqutu və ölkənin qəsbkar hiksoslar tərəfindən qarət edilməsi ilə nəticələnmiş olur. E.ə. 1640 cı ildə ölkənin böyük bir hissəsi, xüsusən şimalı qəsbkar hiskosların əlinə keçmiş olsa da cənub ərazilər Fiv ətrafında birləşərək müqavimət nöqtəsinə çevrilmiş olur.
Misirdə ikinci padşahlıq dövrü
Misir tarixindəki İkinci sülaləyə aid məlum hökmdarlar. Qədim Misirin Birinci və İkinci sülalələri əsasən Misirin Erkən Sülalələr Dönəmi altında qruplanırlar. O tarixlərdə paytaxt Tinisdir. İkinci Sülalənin hökmdarlarının dönəmləri mübahisəlidir. İlk beşi üçün, mənbələr təxmini olaraq həmfikirdir: Ancaq sonrakı iki və ya üç hökmdarın şəxsiyyətləri açıq deyildir: Hor-adı və ya Nebti (iki(dişi))-adı və doğum adlarını bilirik: tamamilə fərqli insanlar ola bilərlər və ya sadəcə əfsanəvi adlar olma ehtimalları var. Sol tərəfdə bir çox Misir araşdırmaçısının açıqladıqları hökmdar adları, sağda isə Manethonun Aegyptica əsərindən gələn adlar verilmişdir: Son hökmdar ilə təkrar bir ortaq qərara gəlinir: Hər nə qədər Manetho paytaxtı birinci sülalədə olduğu kimi Tinis olaraq bildirsə də, ən azından ilk üç kralın Sakkarada dəfn olunduğu bilinir və bu səbəblə də güc mərkəzinin Memfisə köçürüldüyü düşünülür. Bundan əlavə, bu dönəm haqqında çox az şey deyilə bilər; Palermo daşının illik qeydlərinin ancaq Ranebin hökmünün son illərindən bəhs edən hissələri günümüzə qədər gəlmişdir. Ehtimal ki,Khasekhemwyin hökmündə lazımi bir hadisə olmuşdur, bir çox misir araşdırmaçısı adını "İki Güc Taclandırıldı" şəklində oxumuşdur və bunun Yuxarı və Aşağı Misirin birləşməsini bildirdiyini düşünürlər.
Padşahlıqdan əvvəl Misir
Padşahlıq öncəsi Misir, (Padşahlıq öncəsi Misir - Antik Misir) mədəniyyətində fironlardan əvvəlki dövrə verilən ad. Bu dövrdə insanların kəndlərdə yaşadığı, ovçuluq üçün kiçik daşlardan ox ucu düzəltdikləri düşünülür. İnsan sayı təxminən 10 mindən azdır. Bu dövrdə kənd qrupları yerli hakimlər tərəfindən idarə olunurdu. Aşağı Misir (delta bölgəsi) və Yuxarı Misir ayrı-ayrı hakimlər tərəfindən idarə olunurdu.

Значение слова в других словарях