Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səltənət Quliyeva
Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) (1907, Bakı – 1979, Bakı) — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Səltənət Quliyeva 1907-ci ildə Bakıda anadan olub. Qızlıq soyadı Məmmədbəyovadır. Oxumağa kiçik yaşlarında başlayan S.Quliyeva onu dinləyən Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Radiosuna dəvət edilib. O, dörd ildən artıq müddətdə burada solist-müğənni olaraq fəaliyyət göstərib. Bəstəkarın tövsiyəsi ilə 1930–1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində təhsil alıb. 1937–1948-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1938-ci ildə Musiqili Komediya teatrı müstəqil fəaliyyətə başlayan zaman Səltənət Quliyeva biir ilə yaxın truppaya kömək edib. O, bu teatrda Gülçöhrə ("Arşın mal alan", Üzeyir Hacıbəyov) rolunu oynayıb. Sənətçi Azərbaycan bəstəkarlarının operetta və operalarında, həm də dünya klassiklərinin əsərlərində səs qurumuna, bədii-psixoloji səciyyələrinə görə müxtəlif xarakterli obrazların partiyalarını oxuyub.
Allahın səltənəti qəlbimizdədir
"Allahın səltənəti qəlbimizdədir" (rus. Царство Божие внутри вас) Lev Tolstoyun yazdığı əxlaqi-mənəvi, qeyri-bədii əsərdir.Fəlsəfi bir traktat olan kitab ilk dəfə 1894-cü ildə Almaniyada, vətəni Rusiyada qadağan olunduqdan sonra nəşr edilmişdir. Bu kitab otuz illik Tolstoy təfəkkürünün son nöqtəsidir və xristianlığın ümumbəşəri sevgiyə yönəlmiş təfsiri əsasında cəmiyyət üçün yeni bir mütəşəkkillik yaradır. "Allahın səltənəti qəlbimizdədir", anti-zorakılıq və xristian anarxist hərəkatının tərəfdarları üçün əsas mətndir. == Fon == Kitabın adı Luka 17: 21- dən başlayır. Kitabda Tolstoy, İsa Məsih tərəfindən öyrədildiyi kimi, zorakılıqla qarşılaşdıqda qeyri- zorakı müqavimət prinsipindən danışır. Məsih "digər yanağını çevir dedikdə", Tolstoy Məsihin zo müdafiə olunduqda belə zorakılığı ortadan qaldırmaq və intiqam almaqdan imtina etməyi iddia edir. Tolstoy, əhatə dairəsini məhdudlaşdırmağa çalışan Roma və orta əsr alimlərinin şərhini rədd edir: "Allahın əmrində insanları öldürməməlisiniz yazıla-yazıla siz necə insanları qətlə yetirirsiniz?" Tolstoy müharibə aparan bütün hökumətlərin xristian prinsiplərinə hörmətsizlik etməsi ilə bağlı fikir söyləyib. Rus Pravoslav Kilsəsi zamanında — Rusiya dövləti ilə birləşən və dövlətin siyasətini tam dəstəkləyən bir təşkilat olduğu üçün Tolstoy təlimlərini Məsihin həqiqi İncili olduğuna inanmaqdan, xüsusən də Dağdakı Xütbədən ayırmağa çalışırdı. Tolstoy anti-zorakılığın həllini millətçi bəlaların həllində və kilsənin riyakarlığını görmək üçün bir vasitə kimi müdafiə etdi.
Neft və milyonlar səltənətində
Neft və milyonlar səltənətində — Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun povesti. Əsərin məzmunu Bakı neft kapitalistlərinin həyatından, məişətindən alınmışdı. İnqilaba qədərki Bakıda neft fontanları hesabına milyonlar əldə edən, birdən-birə varlanan lütfəlilərin, cəlilağaların həyat tərzi povestin əsasını təşkil edir. Müəllif doğru olaraq belə nəticəyə gəlir ki, pula hərislik, nəfsin qurbanı olmaq eyni zamanda əxlaqın korlanmasına, müvəqqəti xoşbəxtliyin faciəyə çevrilməsinə səbəb olur. Əsərin əsas qəhrəmanları olan Cəlil ağa da, Lütfəli bəy də öz yaxalarını bu faciədən qurtara bilmirlər. Nə qədər ki, Cəlil ağa pulun insan mənəviyyatını, əxlaqını korlama qabiliyyətinə bələd deyildi, burjua cəmiyyətinin pozucu, məhvedici, insanı alçaldan xüsusiyyətlərini başa düşmürdü, öz namuslu zəhməti ilə sakit bir həyat sürürdü. Ancaq Lütfəli bəy kimi alçaq təbiətli bazar adamı ilə ilk tanışlıq tədricən Cəlil ağanı mənəviyyatca korlayır, bazar əxlaqı, bazar mühiti onu öz toruna salmağa başlayır. Nəhayət, o, canından əziz tutduğu ailəsinə də xəyanət edir. Povestin əsasında 1916-cı ildə eyniadlı film çəkilmişdir.
Neft və milyonlar səltənətində (film, 1916)
Neft və milyonlar səltənətində — Çar Rusiyası dövrü tammetrajlı bədii Azərbaycan filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Sosial kinodram neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, dolanışıq üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır. Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (Vladimir Lenin) taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir. Filmdə əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K. M. Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y. S. Orlitskaya, Y. V. İvanovski, Vladimir Vyazemski və N. M. Dobrınin ifa edirlər. == Məzmun == Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın (Y. S. Orlitskaya) başqalarının yanında qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar.
Neft və milyonlar səltənətində (film)

E'timad ü səltənə
Məhəmmədhəsən xan Müqəddəm (1843, Marağa, Şərqi Azərbaycan ostanı – 1896, Tehran)-İranda çap işinin yaradıcılarından biri, tərcüməçi == Həyatı == Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda elmi dərnəklərin təşkilində, rəsmi qəzetlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yeni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi beş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü. Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, eləcə də saray tərcümə idarəsinə başçılıq etmişdi. 1871-ci ildə dövlət, milli və elmi qəzetlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Etimadüssəltənə ləqəbini daşıyırdı. XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı.
Məhəmməd mirzə Kaşifus-Səltənə
Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar (1862-?) — Qacar dövlətinin xarici işlər naziri. == Həyatı == Məhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Fransız dilini gözəl bilirdi. Kaşifüssəltənə ləqəbini daşıyırdı. Məhəmməd mirzə İran dövlətinin Parisdəki səfarətində katib işləmişdi. Istanbulda isə ticarət işləri ilə ilgilənmişdi. 1896-cı ildə Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışmışdı. Bir müddət Paris şəhərində yaşamışdı. Qacarlar dövlətinin xarici işlər naziri olmuşdu.
Səd əl-Səltənə karvansarası
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. == Tarixi == Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Səd əl-Səltənə karvansarayı

Helianthus annuus var. selene
Birillik günəbaxan (lat. Helianthus annuus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin günəbaxan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 1–2 metrə qədər olan birillik ot bitkisidir. Növbə ilə yerləşən iri, üçkünc-ürəkvarı yarpaqları vardır. Gövdəsinin yuxarısındakı yarpaqları ellipsvarıdır. İri səbət şəklində qızılı-sarı rəngli çiçəkləri və bərk qabıqlı dənəcik meyvəsi olur. Meyvələrinin toxumu yağlıdır, xoş ətirlidir. Bitki iyul-avqust aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. Adi günəbaxan Azərbaycanın əksər rayonlarında becərilir. Yerarmudu günəbaxan isə ancaq Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitunun ərazisində becərilir.